Məhkəmə qərarları › İş №2(039)-1244/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1244/2021

23.06.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1244/2021 23.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı1 nümayəndəsi və vəkili X4 Cavabdehlər X1 və Cavabdeh3 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «əqdin bağlanmış hesab edilməsi» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «əqdin bağlanmış hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 arasında 1998-ci ildə torpaq islahatı zamanı qarşılıqlı razılıq əsasında torpaq sahələrinin (icma şəkilində) dəyişdirilməsi barədə əqdin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 iddia tələblərini müdafiə edərək izah etdi ki, ona və ailə üzvələrinə 1998-ci ildə torpaq islahatı zamanı torpaq verilmişdir. Həmin zaman onlara verilən torpaq “qara ağac” adlanan əraziyə düşmüşdür. Cavabdehlərə verilən torpaq isə “50 hektar” adlanan əraziyə düşmüşdür. Onların torpağı cavabdehlərin evinə və cavabdehlərə verilən torpaq onların evinə yaxın olduğundan 1998-ci ildə razılığa gələrək torpaqlarını dəyişmişlər. Lakin notariat ofisinə gedərək bunu rəsmiləşdirməmişlər. Hazırda cavabdehlər onun torpağını şumlayıb torpaqdan istifadə edə bilmir. Bu səbəbdən də, hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı1 nümayəndəsi və vəkili X6 iddia tələblərini müdafiə edərək izah etdi ki, tərəflərə torpaq islahatı zamanı torpaq verilmişdir. 1998-ci ildə tərəflərin qarşılıqlı razılığı əsasında torpağı dəyişiblər. Lakin bunu rəsmiyyətə salmamışlar. Hazırda həmin torpaqların kateqoriyası belə fərqlidir. İddiaçılar istifadə etdikləri torpağa qulluq ediblər. Cavabdehlər isə aralarında olan razılığın rəsmiyyətə salınması üçün notariat ofisinə getməkdən imtina edirlər. İddiaçı2 iddia tələblərini müdafiə edərək izah etdi ki, 1998-ci ildə torpaqlar paylanan zaman cavabehlərlə razılığa gələrək, torpaqlarını dəyişib istifadə etmişlər. Onlara verilən torpağın ümumi sahəsi 17.95 ha olmuşdur. Cavadehlərə isə verilən torpaq sahəsinin ümumi sahəsi 17.28 ha olmuşdur. Torpaqların kateqoriyası fərqli olduğundan kənd ərazisində torpaqlar bərabər bölünməmişdir. Aralarında razılıq olanda torpaqların kateqoriyasından və ölçülərindən hər iki tərəfin məlumatı var idi. Hazırda cavabdehlər razılıqlarını rəsmiləşdirməkdən imtina edirlər. İddiaçı3 iddia tələblərini müdafiə edərək izah etdi ki, 1998-ci ildə torpaqlar paylanan zaman cavabehlərlə razılığa gələrək, torpaqlarını dəyişib istifadə etmişlər. Özü Qarabağ veteranıdır. Evində də ikinci qrup müharibə qazisi var. Torpağın rəsmi olaraq paylanması üzrə istifadə etmək onun üçün əlverişsizdir. Ona görə də aralarında olan razılaşma rəsmiyyətə düşməlidir. İddiaçı4 iddia tələblərini müdafiə edərək izah etdi ki, 1998-ci ildə torpaqlar paylanan zaman cavabehlərlə razılığa gələrək, torpaqlarını dəyişib istifadə etmişlər. Hər iki tərəf torpağın hansı keyfiyyətdə olmasından məlumatı var idi. Hər iki tərəf bilə-bilə torpağı dəyişməyə razılıq vermişdir. Həmin vaxt rüsumlara görə notariat ofisinə gedərək razılıqlarını rəsmiləşdirməmişlər. İddiaçı5 iddia tələblərini müdafiə edərək izah etdi ki, 1998-ci ildə cavabehlərlə razılığa gələrək, torpaqlarını dəyişib istifadə etmişlər. Həmin vaxt rüsumlara görə notariat ofisinə gedərək razılıqlarını rəsmiləşdirməmişlər. Hazırda cavabdehlər torpaqların dəyişdirilməsi ilə bağlı notariusa getməkdən imtina edirlər. Cavabdeh X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izah etdi ki, onlara torpaq islahatı zamanı torpaq verilmişdir. Həmin vaxt onların torpağı iddiaçıların evinə, iddiaçıların torpağı isə onların evinə yaxın düşmüşdür. Tahir adlı ağsaqqalın təklifi əsasında torpağı dəyişmişlər və istifadə etmişlər. Ona düşən yer qüvvətli olub, iddiaçılara düşən torpaq isə şorandır. Tərəflərdən biri öz torağını satmış və müahisə bundan başlamışdır. Məhəmmədə razılığa gəlmək təklifi etmiş, Məhəmməd ondan iki gün vaxt istəmiş və polisə şikayət etmişdir. Cavabdeh3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izah etdi ki, həqiqətən 1998-ci ildə torpaqları dəyişərək istifadə etmişlər. Lakin o torpağını satmamışdır. Hazırda da, satmaq fikri yoxdur. Yaxşı olar ki, hər kəs dövlət tərəfindən onlara verilmiş torpaqdan düzgün olaraq istifadə etsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, 1998-ci ildə torpaq islahatı zamanı tərəflərə Yevlax rayonu, Tanrıqulular kəndində kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İddiaçılara verilmiş torpaq cavadehlərin evinə, cavabdehlərə verilmiş torpaq isə iddiaçıların evinə yaxın ərazidə verilmişdir. Tərəflərin arasında olan şifahi razılaşma əsasında tərəflər torpaqlarını dəyişərək istifadə etmişlər. İddiaçılar məhkəməyə müraciət edərək, onlarla cavabdehlər arasında 1998-ci ildə torpaq islahatı zamanı qarşılıqlı razılıq əsasında torpaq sahələrinin (icma şəkilində) dəyişdirilməsi barədə əqdin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər iddianı qəbul etmir. Məhkəmə hesab edir ki, iddiaçı əqdin bağlanmış hesab edilməsi ilə bağlı məhkəməyə müraciət edərək cavabdehlərin yayındığını bildirsə də, tərəflər öz aralarında razılığa gələrkən notariat orqanlarına getmələrinə hər hansı bir maneə olmamışdır. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «əqdin bağlanmış hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.4-cü maddəsinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik,istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 178.1-ci mad.göstərilir ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinə görə əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 22 mart 2006-cı il tarixli qərarındakı formalaşdırdığı hüquqi mövqeyə görə… əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır…. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması;notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslanmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «əqdin bağlanmış hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar