Məhkəmə qərarları › İş №2(039)-1248/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1248/2021

07.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1248/2021 07.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 9 saylı Ərazi X2rşı “ezamiyyə xərclərinin ödənilməsi” barədə iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azərbaycan Respublikası Təhsil Nazirliyi 9 saylı Ərazi X2rşı “ezamiyyə xərclərinin ödənilməsi” barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən 2018 və 2019-cu illər üçün nəzərdə tutulmuş və ödənilməmiş 16.000 manat ezamiyyə pullarının alınıb ona birdəfəlik ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 2007-ci ilin dekabr ayından 2020-ci ilin yanvar aynadək Mingəçevir şəhər X8 məktəbində direktor vəzifəsində işləmiş, məktəbdə işlədiyi müddət ərzində X8 Şahmat Məktəblərinin təşkil etdiyi yarışlarda iştirak etmişdir. Yarışlarda iştirak etdiyi zaman müxtəlif şəhər və rayonlara ezam olunmuşdur. Lakin həmin rayonlara ezamiyyətə getmək üçün 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən ezamiyyə pulları ona ödənilməmişdir. Bu səbəbdən 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə müraciət edərək, ezamiyyət pullarının ona ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh, Mərkəzin 2021-ci ilin xərclər smetasında debitor borcların ödənilməsi ilə bağlı vəsaitin nəzərdə tutulmadığını əsas gətirərək həmin pulların ödənilməsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Uşaq Gənclər İdman Şahmat məktəbinin arayışdan görünür ki, İddiaçı 2017-ci ilin oktyabr ayından 2020-ci ilin yanvar ayının 31-dək uşaq idman şahmat məktəbində direktor vəzifəsində işləmişdir. 2018-2019-cu illərdə iddiaçıya ödənilməyən ezamiyyə xərcləri barədə məlumatın əldə olunması üçün cavabdeh Mərkəzə məhkəmə tərəfindən sorğu göndərilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, 22-30 oktyabr 2018-ci il tarixində Şahmat üzrə Respublika birinciliyinin zona yarışlarında iştirak etmək üçün X8 Şahmat məktəbinin məşqçi müəllimi (X5) və şagirdləri Mingəçevir şəhər Təhsil şöbəsinin 84 №li əmri və 75 №li ezamiyyə vərəqəsi ilə 9 günlük Gəncə şəhərinə ezam edilmişdirlər. (Hesablanması: Mingəçevir-Gəncə;13 nəfər x 2,04 = 26,52; Gəncə- Mingəçevir; 14 nəfər x 2,00 = 28,00; yemək xərci: 14 nəfər x 9 gün x 14,00 = 1764,00; yataq xərci: 14 nəfər x 8 gecə x 28,00 = 3136,00; Cəmi: 4954,52) 08-18 iyul 2018-ci il tarixində Yeniyetmələrin Respublika Şahmat Olimpiadasında iştirak etmək üçün X8 Şahmat məktəbinin məşqçi müəllimi (X1) və şagirdləri Mingəçevir şəhər Təhsil şöbəsinin 59 №li ezamiyyə vərəqəsi ilə 11 günlük Qusar şəhərinə ezam edilmişdirlər. Lakin ezamiyyə vərəqəsində 58 №li əmr göstərilsə də əmrin özü mərkəzi mühasibatlığa təqdim edilməmişdir. (Hesablanması:yemək xərci: 12 nəfər x 11 gün x 13,00 = 1716,00; yataq xərci: 12 nəfər x 10 gecə x 26,00 = 3120,00; Cəmi: 4836,00) 22-30 oktyabr 2019-cu il tarixində Şahmat üzrə respublika birinciliyinin zona mərhələsində iştirak etmək üçün X8 Şahmat məktəbinin sabiq direktoru (İddiaçı) və şagirdləri Mingəçevir şəhər Təhsil şöbəsinin 67 №li əmri və 86 №li ezamiyyə vərəqəsi ilə 9 günlük Gəncə şəhərinə ezam edilmişdirlər. (Hesablanması:yemək xərci: 14 nəfər x 9 gün x 14,00 = 1764,00; yataq xərci: 14 nəfər x 8 gecə x 28,00 = 3136,00; Cəmi: 4900,00) 20-27 noyabr 2019-cu il tarixində Şahmat üzrə respublika birinciliyinin final mərhələsində iştirak etmək üçün X8 Şahmat məktəbinin məşqçi müəllimi (X4) və şagirdləri Mingəçevir şəhər Təhsil şöbəsinin 75 №li əmri və 90 №li ezamiyyə vərəqəsi ilə 8 günlük Ağsu rayonuna ezam edilmişdirlər. (Hesablanması:yemək xərci: 3 nəfər x 8 gün x 13,00 = 312,00; yataq xərci: 3 nəfər x 7 gecə x 26,00 = 546,00; Cəmi: 858,00) Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı 22-30 oktyabr 2019-cu il tarixində Mingəçevir Təhsil Şöbəsinin 67 №li əmri və 86 №li ezamiyyə vərəqəsi ilə 9 günlük Gəncə şəhərinə ezam edilmişdir. Ezamiyyə xərci 4900 manat müəyyən olunmuş və iddiaçıya ödənilməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 181-ci maddəsinə əsasən ixtiraçı və səmərələşdirmə təkliflərinin müəllifləri olan, qan və qan komponentləri verən, ezamiyyətə göndərilən işçilərin iş yeri və orta əmək haqqı saxlanılmaqla onlara digər müvafiq təminatların verilməsi qüvvədə olan normativ hüquqi aktlarla tənzim edilir. “İşçilərin ezamiyyə qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18.01.2012-ci il tarixli, Q-01 №li Qərarının birinci bölməsinin 1-ci bəndində qeyd olunur ki, dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Təşkilatların işçilərinin ezamiyyətə göndərilməsi həmin təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir və müvafiq əmrlə rəsmiləşdirilir.(bənd 2).Ezam olunan işçiyə ezamiyyətə getməzdən əvvəl ezamiyyətin müddətinə uyğun olaraq pul avansı verilir. Pul avansı ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclərdən və nəqliyyat xərclərindən ibarətdir. Ezamiyyə xərclərinin 1 günlük normasına - gündəlik, mehmanxana, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlərlə bağlı xərclər daxildir.(bənd 5) Qeyd olunalara əsasən məhkəmə hesab edir ki, iddia tələbi 4900 manat ezamiyyə xərcinin tutulması hissəsində əsaslı olduğu üçün təmin edilməli, qalan hissədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 9 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən 4900(dörd min doqquz yüz) manat məbləğində ezamiyyə xərci alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar