Məhkəmə qərarları › İş №2(039)-1253/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1253/2020

05.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1253/2020 05.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, İddiaçı Ərizəçi cavabdeh Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aparatına qarşı “mərhum oğlu X1 şəhid adının və statusunun” verilməsinə dair ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aparatına qarşı “mərhum oğlu X1 şəhid adının və statusunun” verilməsinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizənin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı cavabdeh qismində inzibati orqan Yevlax şəhər İcra Hakimiyyəti Başçısı Aparatını qeyd etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə iddiaçının hazırkı tələblə müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi müəyyən olunmur. İddiaçıya izah edilir ki, o hazırkı tələbi ilə bağlı ilk növbədə Yevlax şəhər İcra Hakimiyyəti Başçısı Aparatına müraciət etməlidir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən tələbi təmin edilmədiyi halda inzibati orqanın hərəkətlərindən inzibati məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçıya izah olunur ki, hazırkı tələbi ilə bağlı Yevlax şəhər İcra Hakimiyyəti Başçısı Aparatınamüraciət etmək hüququ vardır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDI : İddiaçı Ərizəçi cavabdeh Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aparatına qarşı “mərhum oğlu X1 şəhid adının və statusunun” verilməsinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı Ərizəçi izah olunur ki, ərizəsində göstərilən tələblə bağlı Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Aparatına müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar