Məhkəmə qərarları › İş №2(039)-1253/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1253/2025

08.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1253/2025 08.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X21, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı daşınmaz əmlaka dair qanun üzrə vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X2ndan miras qalmışdır. X2 07 iyul 1999-cu il tarixdə vəfat etmişdir. Yevlax Rayon Məhkəməsinin 28 mart 2005-ci il tarixli, 2-115/2005 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Yevlax şəhəri F.Əmirov küçəsi 2 saylı yaşayış evinin mülkiyyətçisi X12r. Yevlax şəhəri F.Əmirov küçəsi (könə oktyabr döngəsi) küçəsi 2 saylı evə dair mülkiyyətçi X14 vəsiyyətnamə imzalayaraq yaşayış evinin həmin dövrdə özü yaşadığı hissəsini qızı Cavabdeh1, oğlu İsmayılov Fəxrəddinin yaşadığı hissəsini isə elə axırıncının özünə vəsiyyət etmişdir. Yevlax şəhəri Fikrət Əmirov küçəsi 2 saylı yaşayış evinin 2 hissəyə ayrıldığı müşahidə edilmişdir. Yevlax şəhəri F.Əmirov küçəsi 2 saylı yaşayış evinin sol tərəfində girişi ayrı olan hissədə, yəni 1 yaşayış otağı, 1 yardımçı otaq və bir bağlı şüşəbənddən mərhum X6 İsmayılov ailəsi ilə birlikdə yaşamış, evin sağ tərəfində isə 2 yaşayış otağı, 2 yardımçı otaq və bir şüşəbənddə isə mərhum İsbəndiyar İsmayılovun özü yaşamışdır və hazırda da həmin hissədə ərizəçi Cavabdeh1 ailəsi ilə birlikdə yaşayır. Yevlax Rayon Məhkəməsinin 28 mart 2005-ci il tarixli 2-115/2005 saylı qətnaməsinə əsasən ərizəçi Cavabdeh1 ərizəsi təmin edilmiş, Cavabdeh1 X8 miras qalmış Yevlax şəhəri F.Əmirov küçəsi 2 saylı yaşayış evinə vəsiyyət üzrə vərəsə hesab edilməklə həmin evin sağ tərəfində yerləşən sahəsi 63.07 kv.m olan 2 yaşayış otağına, sahəsi 80.86 kv.m olan 2 yardımçı otaqlara, sahəsi 21.4 kv.m 1 şüşəbəndə və sahəsi 2.4 kv.m olan ayaq yoluna və ümumi olaraq 547.08 kv.m həyətyanı torpaq sahəsinin 379.22 kv.m ölçüdə həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması qət edilmişdir. O, mərhum həyat yoldaşı X9 ilə 12 dekabr 1983-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Həyat yoldaşı X9 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Yevlax Rayon Məhkəməsinin 28 mart 2005-ci il tarixli 2-115/2005 saylı qətnaməsinə əsasən ərizəçi Cavabdeh1 Yevlax şəhəri F.Əmirov küçəsi 2 saylı ünvana dair qeyd edilən hissədə mülkiyyət hüququ tanındıqdan sonra, nümayəndəsi və vəkili Vəkil tərəfindən edilmiş sorğu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Yevlax şəhəri F.Əmirov küçəsi 2 saylı ünvanda 0.0379 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2005-ci il tarixli, 3496 nömrəli qeydiyyat vəsiqəsi əsasında X10 (********** qeydiyyat nömrəsi, xx.xx.2009-cu il tarixli) məxsus olmuşdur. Həmin fərdi yaşayış evi xx.xx.2013-cü il tarixli, **********8201309 nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında Cavabdeh2 keçmiş və sonuncunun mülkiyyət hüququ xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixli ,4Ə-357 nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh3 satılmış və alıcının mülkiyyət hüququ xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyatdan keçmişdir. Yevlax şəhəri F.Əmirov küçəsi 2 saylı ünvanda yerləşən daşınmaz əmlak - həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi mərhum X8 miras qalmışdır və həmin əmlaka dair miras qoyan şəxs vəsiyyətnamə qoymuş, əmlakın bir hissəsi qızı Cavabdeh1, bir hissəsi isə oğlu X7 vəsiyyət edilmişdir. Qeyd edilən əmlakın, Cavabdeh1 çatmış hissəyə dair sonuncunun mülkiyyət hüququ qanuni qüvvəsini almış Yevlax Rayon Məhkəməsinin 28 mart 2005- ci il tarixli 2-115 2005 saylı qətnaməsi ilə mülkiyyət hüququ tanınmışdır. Habelə, sözügedən fərdi yaşayış evinin digər 1/2 hissəsinin mərhum həyat yoldaşı X7 vəsiyyət edilməsi, o cümlədən həmin hissənin sonuncunun vəfat edən günədək istifadəsində və sahibliyində olması da qüvvəsini almış Yevlax Rayon Məhkəməsinin 28 mart 2005- ci il tarixli 2-115 2005 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Mərhum həyat yoldaşı X9 xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış Bakı şəhəri Nəsimi rayonu X27 küçəsi ev 748-ci məhəllə, mənzil 41 a (yeni qaydalarla : AZ 1007,ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə, ünvan 4i sahəsi 0.0313 ha olan torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. X3 digər vəsiyyət üzrə vərəsəsi mərhum həyat yoldaşı X9, o isə sonuncunun (mərhum həyat yoldaşının) qanun üzrə vərəsəsi kimi tanınmışdır. Eyni zamanda, mərhum həyat yoldaşı Fəxrəddin İsmayılovun qəbul edilmiş miras olaraq əldə etdiyi Yevlax şəhəri F.Əmirov küçəsi 2 saylı evin 1/2 hissəsini də o miras əmlak olaraq qəbul etmişdir, onun sahibliyi və istifadəsi altındadır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə, Mülki Məcəllənin 1159, 1243, 1255-ci maddələrinə istinad edərək, mərhum həyat yoldaşı xx.xx.2023-cü il tarixdə vəfat etmiş X7 mərhum X2ndan vəsiyyət üzrə vərəsəlik qaydasında ünvan 5 ünvanda yerləşən həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə onun (iddaçının) mərhum həyat yoldaşı X5 qanun üzrə vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, 06 sentyabr 2023-cü il tarixdə ölmüş mərhum əri X7 mərhum X14 tərəfindən xx.xx.1999-cu il tarixli vəsiyyətnamə əsasında Yevlax şəhəri F.Əmirov küçəsi 2 saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin vəsiyyət edilmiş hissəsinə (miras əmlakın X5 faktiki istifadəsində olmuş vəsiyyətnamədə göstərilən hissələrinə) X5 qanun üzrə vərəsəsi tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddaçının nümayəndəsi (vəkil) Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin və iddianın dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat vermiş və iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmn edilməlidir. Belə ki, işdə olan Yevlax rayon VVAQ bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 24 dekabr 1954-cü ildə doğulmuşdur, atası qrafası bosdur, anası X18r. İşdə olan Yevlax şəhər VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1983-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X24 12 dekabr 1983-cü ildə nikahlarını bağlamışlar və arvada İsmayılova soyadı verilmişdir. İşdə olan Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 06 sentyabr 2023-cü ildə ölmüşdür. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 17 saylı Yevlax ərazi idarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanda 0.0379 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2005-ci il tarixli, 3496 nömrəli qeydiyyat vəsiqəsi əsasında X10 (********** qeydiyyat nömrəsi, xx.xx.2009-cu il tarixli) məxsus olmuşdur. Həmin fərdi yaşayış evi xx.xx.2013-cü il tarixli, **********8201309 nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında Cavabdeh2 keçmiş və sonuncunun mülkiyyət hüququ xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixli, 4Ə-357 nömrəli alqısatqı müqaviləsi ilə X4 və alıcının mülkiyyət hüququ xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyatdan keçmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu X27 küçəsi ev 748 ci məhəllə, mənzil 41 a (yeni qaydalarla : AZ 1007,ünvan 2 yerləşən ümumi sahəsi 69.3 kv.m olan mənzil X5 mülkiyyətində olmuşdur. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, ünvan 3 (yeni qaydalarla: AZ 1142, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 99 kv.m olan mənzil İddiaçı mülkiyyətindədir. İşdə olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********442 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X5 vərəsəsi İddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 99 kv.m olan 5 otaqlı mənzildən miras əmlakdan tam hissədə pay almışdır. İşdə olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********443 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X5 vərəsəsi İddiaçı ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 0.0313 ha olan torpaq sahəsindən miras əmlakdan tam hissədə pay almışdır. İşdə olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli **********444 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X5 vərəsəsi İddiaçı Bakı şəhəri Nəsimi rayonu X27 küçəsi ev 748 ci məhəllə, mənzil 41 a yeni qaydalarla: AZ 1007,Bakı şəhəri Nəsimi rayonu İzzət Həmidov küçəsi 32 ,M12 ,m 2 ünvanında yerləşən ümumi sahəsi 63.30 kv.m olan mənzildən miras əmlakdan tam hissədə pay almışdır. Sorğu əsasında X26 filialından alınıb işə əlavə edilmiş 2-115 2005 saylı işin materiallarıda olan 03 mart 1999-cu il tarixli vəsiyyətnamədən görünür ki, X14 öləcəyi günə ünvan 9 ünvanda yerləşən yaşayış evinin ona məxsus hissəsini qızı Cavabdeh1, oğluna məxss olan hissəsini isə oğlu X7 vəsiyyət etmişdir. Sorğu əsasında X26 filialından alınıb işə əlavə edilmiş 2-115 2005 saylı işin materiallarıda olan Yevlax Rayon Məhkəməsinin 28 mart 2005-ci il tarixli qətnaməsinsən görünür ki, Cavabdeh1 X8 miras qalmış ünvan 6 yaşayış evinə vəsiyyət üzrə vərəsəsi hesab edilməklə həmin evin sağ tərəfindən yerləşən sahəsi 63.07 kv.m olan 2 yaşayış otağına, sahəsi 80.86 kv.m olan 2 yardımçı otaqlara, sahəsi 21.4 kv.m olan 1 şüşəbəndə və sahəsi 2.4 olan ayaq yolu və ümumi olaraq 547.08 həyətyanı torpaq sahəsinin 379.22 kv.m ölçüdə həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mərhum X8 miras qalmışdır. X14 07 iyul 1999-cu il tarixdə vəfat etmişdir. Yevlax Rayon Məhkəməsinin 28 mart 2005-ci il tarixli, 2-115/2005 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Yevlax şəhəri F.Əmirov küçəsi 2 saylı yaşayış evinin mülkiyyətçisi X12r. Yevlax şəhəri F.Əmirov küçəsi (könə oktyabr döngəsi) 2 saylı evə dair mülkiyyətçi X14 vəsiyyətnamə imzalayaraq yaşayış evinin həmin dövrdə özü yaşadığı hissəsini qızı Cavabdeh1, oğlu İsmayılov Fəxrəddinin yaşadığı hissəsini isə elə axırıncının özünə vəsiyyət etmişdir. Yevlax şəhəri Fikrət Əmirov küçəsi 2 saylı yaşayış evinin 2 hissəyə ayrıldığı müşahidə edilmişdir. Yevlax şəhəri F.Əmirov küçəsi 2 saylı yaşayış evinin sol tərəfində girişi ayrı olan hissədə, yəni 1 yaşayış otağı, 1 yardımçı otaq və bir bağlı şüşəbənddən mərhum X6 İsmayılov ailəsi ilə birlikdə yaşamış, evin sağ tərəfində isə 2 yaşayış otağı, 2 yardımçı otaq və bir şüşəbənddə isə mərhum İsbəndiyar İsmayılovun özü yaşamışdır və hazırda da həmin hissədə ərizəçi Cavabdeh1 ailəsi ilə birlikdə yaşayır. Yevlax Rayon Məhkəməsinin 28 mart 2005-ci il tarixli 2-115/2005 saylı qətnaməsinə əsasən ərizəçi Cavabdeh1 ərizəsi təmin edilmiş, Cavabdeh1 X8 miras qalmış Yevlax şəhəri F.Əmirov küçəsi 2 saylı yaşayış evinə vəsiyyət üzrə vərəsə hesab edilməklə həmin evin sağ tərəfində yerləşən sahəsi 63.07 kv.m olan 2 yaşayış otağına, sahəsi 80.86 kv.m olan 2 yardımçı otaqlara, sahəsi 21.4 kv.m 1 şüşəbəndə və sahəsi 2.4 kv.m olan ayaq yoluna və ümumi olaraq 547.08 kv.m həyətyanı torpaq sahəsinin 379.22 kv.m ölçüdə həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması qət edilmişdir. İddiaçı X9 ilə 12 dekabr 1983-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. X9 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Yevlax Rayon Məhkəməsinin 28 mart 2005-ci il tarixli 2-115/2005 saylı qətnaməsinə əsasən ərizəçi Cavabdeh1 Yevlax şəhəri F.Əmirov küçəsi 2 saylı ünvana dair qeyd edilən hissədə mülkiyyət hüququ tanınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən edilir ki, Yevlax şəhəri F.Əmirov küçəsi 2 saylı ünvanda 0.0379 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2005-ci il tarixli, 3496 nömrəli qeydiyyat vəsiqəsi əsasında X10 (********** qeydiyyat nömrəsi, xx.xx.2009-cu il tarixli) məxsus olmuşdur. Həmin fərdi yaşayış evi xx.xx.2013-cü il tarixli, **********8201309 nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında Cavabdeh2 keçmiş və sonuncunun mülkiyyət hüququ xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra Cavabdeh2 tərəfindən xx.xx.2023-cü il tarixli, 4Ə-357 nömrəli alqı-satqı müqaviləsi ilə Cavabdeh3 satılmış və alıcının mülkiyyət hüququ xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə dövlət reyestrində qeydiyyatdan keçmişdir. Yevlax şəhəri F.Əmirov küçəsi 2 saylı ünvanda yerləşən daşınmaz əmlak - həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi mərhum X8 miras qalmışdır və həmin əmlaka dair miras qoyan şəxs vəsiyyətnamə qoymuş, əmlakın bir hissəsi qızı Cavabdeh1, bir hissəsi isə oğlu X7 vəsiyyət edilmişdir. Qeyd edilən əmlakın, Cavabdeh1 çatmış hissəyə dair sonuncunun mülkiyyət hüququ qanuni qüvvəsini almış Yevlax Rayon Məhkəməsinin 28 mart 2005- ci il tarixli 2-115 2005 saylı qətnaməsi ilə mülkiyyət hüququ tanınmışdır. Habelə, sözügedən fərdi yaşayış evinin digər 1/2 hissəsinin X1na vəsiyyət edilməsi, o cümlədən həmin hissənin sonuncunun vəfat edən günədək istifadəsində və sahibliyində olması da qüvvəsini almış Yevlax Rayon Məhkəməsinin 28 mart 2005- ci il tarixli 2-115 2005 saylı qətnaməsi ilə müəyyən edilmişdir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış əmlaklara iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və sübut edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əssən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-cü maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündər vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1269-cu maddəsinə əsasən vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, mirasdan imtina edilməsinə bu Məcəllənin 1256-cı maddəsində müəyyənləşdirilən müddət ərzində yol verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı 06 sentyabr 2023-cü il tarixdə ölmüş mərhum əri X7 mərhum atası X14 tərəfindən xx.xx.1999-cu il tarixli vəsiyyətnamə əsasında Yevlax şəhəri F.Əmirov küçəsi 2 saylı ünvanda yerləşən həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin vəsiyyət edilmiş hissəsinə (miras əmlakın X5 faktiki istifadəsində olmuş vəsiyyətnamədə göstərilən hissələrinə) X5 qanun üzrə vərəsəsi tanınsın. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar