Məhkəmə qərarları › İş №2(039)-1258/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1258/2020

25.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1258/2020 25.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qızına qarşı cavabdehlərin evdən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qızına qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 mənzil 32 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 mənzil 32 ünvanında yerləşən evin mülkiyyətçisidir və ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Ona mülkiyyət hüququ əsasında məxsus olan həmin evə xəbəri olmadan cavabdehlər pasport qeydiyyatına düşmüşlər. Bu şəxslər pasport qeydiyyatında olsalar da, həmin ünvanda faktiki olaraq yaşamırlar. Onların qeydiyyatı formal xarekter daşıyır. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdehlərə çatdırılması üçün Yevlax şəhər 4 saylı Mənzil İstismar Sahəsinin göndərilmiş, MİS-in məhkəməyə ünvanladığı məktubunda cavabdehlərin qeyd olunan ünvanda yaşamadıqları və hansı ünvanda yaşamaları barədə məlumatlarının olmaması bildirilmişdir. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsindən və 4 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, İddiaçı xx.xx.1950-ci ildə Yevlax rayonu Qarxun kəndində doğulmuş, ünvan 1 mənzil 33 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. xx xxxxxx 1998-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, ümumi sahəsi 38,20 2 m olan ünvan 1 mənzil 32 ünvanda yerləşən yaşayış evi İddiaçı adına qeydiyyata alınmışdır. Yevlax rayon Polis Şöbəsinin İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, 195- 11241Y-3220 saylı məktubundan görünür ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən mümkündür. İş materiallarına əlavə edilmiş Yevlax rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, 195-17785-1220 saylı məktubundan görünür ki, X2 xx.xx.2015-ci il tarixdən, Cavabdeh1 xx.xx.2003-cü il tarixdən, Cavabdeh5 xx.xx.2015-ci il tarixdən, Həmidov Ceyhun Solton oğlu 2013-cü il tarixdən ünvan 6 mənzil 32 ünvanında pasport qeydiyyatındadırlar. Adları göstərilən şəxslərin qeyd olunan ünvana qeydiyyata düşmələrinə əsas olmuş sənədlər arxiv-saxlama müddəti bitdiyi üçün məhv edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmişşəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 1 mənzil 32 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər həmin mənzilə daimi qeydiyyata alınsa da, mənzilin mülkiyyətçisi ilə onların arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsinin şərti kimi notariat qaydasında təsdiqlənməli olan yazılı razılaşma bağlanmamışdır.Cavabdehlər hazırda faktiki olaraq həmin ünvanda yaşamır, cavabdehlər daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinin tərkib hissəsinə hər hansı hüquq, o cümlədən istifadə hüququ əmələ gətirmir. Mənzildən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.2-ci maddəsinin göstərişinə uyğun olaraq mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmalıdır. Lakin, hazırki mülki iş üzrə iddiaçı ilə cavabdehlər arasında belə razılaşma bağlanmamışdır, ona görə də cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilindən istifadə hüququ əmələ gəlməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildən cavabdehlərin istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırır. Ona görə də cavabdehin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məqsədi baxımından iddiaçının tələbi əsasında cavabdehin səlahiyyətli dövlət orqanları tərəfindən iddiaçının mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, İddiaçımülkiyyətində olan ünvan 1 mənzil 32ünvanındacavabdehlərCavabdeh1nın, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qızınınistifadə hüququnun olmadığı müəyyən edilməlidir. Göstərilənləri əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 mənzil 32 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1nın, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qızının istifadə hüququnun olmaması müəyyən edilsin. Qətnamə, qanuni qüvvəyə mindikdən sonra cavabdehlər Cavabdeh1nın, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qızınınünvan 1 mənzil 32 ünvanından qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar