Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-126/2022 30.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «fiziki şəxsin ölmüş elan edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «fiziki şəxsin ölmüş elan edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 17 fevral 1978-ci il təvəllüdlü, o cümlədən 31 oktyabr 2000-ci il tarixdən rəsmi nikah münasibətlərində olduğu – həyat yoldaşı X4 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X7 ilə 31 oktyabr 2000-ci il tarixdə rəsmi nikah münasibətinə girmişdir. Yevlax Rayon Məhkəməsinin 07 avqust 2014-cü il tarixli 2(039)-928/2014 saylı qətnaməsi ilə həyat yoldaşı X4 xəbərsiz itkin düşmə faktı müəyyən edilmişdir. Onun xüsusi mülkiyyətinə 0.045 ha yaşayış məntəqələrinin torpaqları daxildir. Mülkiyyət hüququ hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2012-ci il ********** qeydiyyat nömrəsi olan ******* nömrəli çıxarışa əsasən təsbit edilmişdir. Hazırda o həmin torpaq sahəsini satmaq istəyir. Lakin həyat yoldaşının itkin düşməsi, o cümlədən artıq uzun illərdir ki, onun barəsində heç bir məlumatın olmaması səbəbi ilə qeyd edilən torpaq sahəsinin alqı-satqısını o həyata keçirə bilmir. Belə ki, alqı-satqı zamanı həyat yoldaşının razılığı tələb olunur. Onun isə həmin torpaq sahəsini satmağa böyük ehtiyacı vardır. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, işə iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı orqan Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 26 iyul 2012-ci il ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, Ərizəçi Yevlax şəhərində 0.045 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən 20 noyabr 2021-ci il tarixdə verilmiş 2497 saylı arayışından məlum olur ki, Ərizəçi ölüm faktı ilə əlaqədar məhkəməyə müraciət etməsi bildirimişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 07 avqust 2014-cü il tarixli 2(039)-928/2014 saylı qətnaməsinin surətindən məlum olur ki, Ərizəçi əri X4 xəbərsiz itkin düşməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 31 oktyabr 2000-ci il tarixli Vll-JQ 390818 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən məlum olur ki, X7 ilə X3 31 oktyabr 2000-ci il tarixdə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24 iyul 2001-ci il tarixli AZ-l 125619 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 10 iyul 2001-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 05 fevral 2003-cü il tarixli AZ-l 314308 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X8 01 fevral 2003-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 16 fevral 2022-ci il tarixli 33/671 saylı cavabından məlum olur ki, X7 03 dekabr 2011-ci il tarixdə ölkədən çıxmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Yevlax RPŞ-nin 30 mart 2022-ci il tarixli 4/2195-7518-1222 saylı cavabından məlum olur ki, X7 barəsində Yevlax RPŞ-də itkin düşmüş şəxs kimi və ya axtarışda olması barədə hər hansı bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Yevlax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 29 mart 2022-ci il tarixdə verilmiş 084 saylı arayışdan məlum olur ki, 1 saylı İ.Ə.D üzrə nümayəndəlik 2013-cü ildə yarandığına görə Yevlax şəhəri, M.Hüseynzadə küçəsində yaşamış X7 barəsində nümayəndəlikdə məlumat yoxdur. X7 barəsində məlumatı küçə müvəkkili X1 alaraq göndərmişlər. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ərizəçi 31 oktyabr 2000ci il tarixdə X7 ilə ailə qurmuşdur. X7 03 dekabr 2011-ci il tarixdə ölkədən çıxmışdır. Yevlax Rayon Məhkəməsinin 07 avqust 2014-cü il tarixli 2(039)-928/2014 saylı qətnaməsi ilə X4 itkin düşməsi faktı müəyyən edilmişdir. X7 barəsində icra nümayəndəliyində və Yevlax RPŞ-də məlumat yoxdur. Ərizəçi məhkəməyə müraciət edərək, X4 ölmüş elan edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.4-cü maddəsinə əsasən Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək və qeyd olunan qanunvericilik normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ərizəçinin həyat yoldaşı X2 Rayon Məhkəməsinin 07 avqust 2014-cü il tarixli 2(039)-928/2014 saylı qətnaməsi ilə xəbərsiz itkin düşmüş elan edildiyindən ərizə təmin edilməli, X4 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməlidir. X4 ölüm günü hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 315.1-ci maddəsinə əsasən Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 315.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X7 ölmüş elan edilsin. X4 ölüm günü məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-126/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-126/2022
30.03.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver