Məhkəmə qərarları › İş №2(039)-127/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-127/2021

16.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-127/2021 16.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1n oğluna və Cavabdeh2 qarşı, 3-cü şəxs Maraqlı şəxs qeyd etməklə cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsi və pasport qeydinin ləğvinə dair iddiası üzrə mülki işə ünvan 1lax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1n oğluna və Cavabdeh2 qarşı, 3-cü şəxs Maraqlı şəxs qeyd etməklə cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsi və pasport qeydinin ləğvinə dair iddia ərizəsi ilə ünvan 1lax Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, ünvan 1lax şəhəri Nizami prospekti ev 39 D, mənzil 2 ünvanında yerləşən evin mülkiyyətçisidir. Ailəsi ilə birlikdə faktiki həmin ünvanda yaşayır. Cavabdehlər hazırda onun mülkiyyətində olan ünvan 1lax şəhəri Nizami prospekti ev 39 D, mənzil 2 ünvanda pasport qeydiyyatında olsalar da, həmin ünvanda faktiki olaraq yaşamırlar. Onların qeydiyyatı formal xarakter daşıyır. O, hazırda cavabdehlərin onun mülkiyyətində olan evdən istifadə hüquqlarına xitam verilməsi və pasport qeydinin ləğvini istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehləri tanımır, cavabdehlər bir gün belə iddiaçıya məxsus evdə yaşamamış, onlarla hər hansı qohumluq əlaqəsi yoxdur və cavabdehlərin həmin mənzilə hansı əsasla qeydiyyata düşməsi barədə hər hansı məlumatı yoxdur. Hazırkı tələbi ilə Maraqlı şəxsnə müraciət etsə də, tələbi təmin edilməmiş və ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı cavabdehlərin ona məxsus yaşayış evinə hər hansı əmlak hüququnun olmamasını, bir gün belə həmin yaşayış evində yaşamadığını və təsadüfən həmin evə qeydiyyata düşdüyünü əsas gətirərək iddia tələbini əsaslandırmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020-ci il tarixli Qərarında göstərilir ki, “Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı hazırki tələbi ilə bağlı inzibati orqana- Maraqlı şəxsnə müraciət etməlidirlər. İnzibati orqan tərəfindən tələbi təmin edilmədiyi halda isə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara alıdı: İddiaçı cavabdehlər Cavabdeh1n oğluna və Cavabdeh2 qarşı, 3-cü şəxs Maraqlı şəxs qeyd etməklə cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsi və pasport qeydinin ləğvinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. İddiaçı izah olunur ki, iddia ərizəsində göstərilən tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində ünvan 1lax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar