Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-127/2022 05.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən cavabdehin çıxarılması və dövlət rüsumunun cavabdehdən tutulması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək Yevlax rayonu Aran qəsəbəsində yerləşən onun və ailə üzvlərinin xüsusi mülkiyyətinə daxil olan 3.60 ha torpaq sahəsinin 2.0 ha hissəsindən cavabdehin çıxarılması və dövlət rüsumu hesabına ödədiyi 100 manat pulun cavabdehdən alınıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırılmışdır ki, Yevlax rayonu Aran qəsəbəsində onun və ailə üzvlərinin xüsusi mülkiyyətinə 3.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daxildir Mülkiyyət hüququ hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 20.05.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan ******* №li Çıxarışa əsasən təsbit edilmişdir. Cavabdeh qonşudur və o, həmin torpaq sahəsinin 2.0 ha hissəsini zəbt etmişdir. Həmin torpaq sahəsini tərk etməsinə dair tələblərini cavabdeh qəbul etmir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini və əlavə ərizə təqdim edərək mülki iş üzrə torpaq ekspertizasının aparılması görə çəkilən xərcə görə ödədiyi 510 manat xidmət haqının onun özünə aid edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Lakin, əgər iddiaçıya məxsus torpaq sahəsinin onun tərəfindən zəbt edilməsi müəyyən edilirsə həmin sahədən çıxmağa heç bir etirazı yoxdur. Sübutlar: Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin Seriya RX ******* №-li çıxarışdan müəyyən olunur ki, Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 3.60 ha torpaq sahəsinin 2/4 hissəsi İddiaçı, ¼ hissəsi X3, ¼ hissəsi isə X5 mülkiyyətindədir. Torpağa mülkiyyət hüququna dair JN-0013 nömrəli ******* kodlu Dövlət Aktından müəyyən olunur ki, Yevlax rayonu Aran qəsəbəsində yerləşən 1.85 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X2 və X1 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd olunur ki, 1. 20.05.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarış elektron məlumat bazasında mövcud olan Yevlax rayonu, Aran Bələdiyyəsinin xəritə materialları (DWJ torpaq islahatının nəticələrini özündə əks etdirən qeydiyyat nömrəsi olan çıxarışın ayrılmaz hissəsi olan, koordinatları özündə əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən İddiaçı mülkiyyətinə verilmiş 3.60 ha torpaq sahəsinin 0.4541 ha hissəsi naturada cavabdeh tərəfindən istifadə edilir. Elektron məlumat bazasında mövcud xəritə materialları ilə natura arasındakı bu cür uyğunsuzluqların aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X4 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış “X4 X9”ndə olan məlumatlara əsasən naturada üst-üstə düşmə mövcud deyil. 2. 20.05.2017-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan çıxarışın ayrılmış hissəsi olan koordinatları özündə əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş koordinatlar daxilində yerləşən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilən hissəsinin koordinatları və ölçüsü müəyyən edilmişdir. Hüquqi məsələlər: Torpaq Məcəlləsi: Maddə 5.
3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlarla müəyyən olunur ki, 20.05.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan çıxarış əsasında İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan Yevlax rayonu, Aran qəsəbəsində yerləşən 3.60 ha torpaq sahəsinin 0.4541 ha hissəsi naturada Cavabdeh tərəfindən zəbt edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan 3.60 ha torpaq sahəsinin 0.4541 ha hissəsinin cavabdeh tərəfindən zəbt olunması mütəxəssis rəyi əsasında təsdiqini tapır. Cavabdeh həmin rəyin əsassızlığını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan 3.60 ha torpaq sahəsinin 0.4541 ha hissəsindən çıxarılmalıdır. Məhkəmə xərclərinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, mütəxəssis rəyinin verilməsinə çəkilmiş xərc isə iddiaçının müraciəti əsasında onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Daşınmaz əmlakın Dövlət reyestrində 20.05.2017-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmış, İddiaçı mülkiyyətinə verilmiş 3.60 ha torpaq sahəsinin 0.4541 ha hissəsindən çıxarılsın. Qalan hissədə iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi 100 (bir yüz) manat 40 (qırx) qəpik Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Toğrul Əliyev