Məhkəmə qərarları › İş №2(039)-1276/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1276/2020

11.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1276/2020 11.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun azyaşlı uşağıxx.xx.2009-cu il təvəllüdlü X3 ilə birlikdə Yevlax şəhəri Nizami prospekti ev 19, mənzil 26 (keçmiş Nizami prospekti dalan 5, ev 9, mənzil 4) ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabdehlərdən Cavabdeh1 keçmiş qaynanası və Cavabdeh2 ilə keçmiş həyat yoldaşıdır. Cavabdeh2la aralarında olan xx xxxxxx 2008-ci il tarixli nikahları Yevlax rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahdan olan uşaqları xx.xx.2009-cu il təvəllüdlü X1 onun yanında qalması qət edilmişdir. O, Cavabdeh2la 2008-ci ilin noyabr ayının 22-də ailə həyatı quraraq həmin vaxt cavabdehin yaşadığı və qohumlarına məxsus Yevlax şəhəri Nizami prospekti ev 19, mənzil 26 (keçmiş Nizami prospekti dalan 5, ev 9, mənzil 4) ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə gəlin köçmüşdür. 2010-cu ilin əvvəllərində onlar həmin evdə yaşayan zaman mübahisəli ev alqı-satqı yolu ilə alınaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. O, məcburiyyət qarşısında qalıb mübahisəli evdən 2017-ci ilin əvvəllərində azyaşlı uşağı ilə birlikdə çıxmış və hal hazırda başqa ünvanda yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki işin materialları(doğum haqqında şəhadətnamə, DƏDRX-in 17 saylı Ərazi İdarəsindən tələb olunan sənədlər, çıxarış) və iddiaçının izahatı ilə müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh2 ilə 2008-ci ilin noyabr ayının 22-də nikahlarını rəsmiləşdirmiş, 2008ci ildən mübahisəli evə köçərək orada yaşamağa başlamış, xx.xx.2009-cu ildə oğlanları Bahadur anadan olmuş, Yevlax Rayon Məhkəməsinin 2(039)-42/11 saylı, xx xxxx 2011-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş və Bahadurun anasının yanında qalması qərara alınmışdır, 2017-ci ilin əvvəllərindən iddiaçı həmin evdə yaşamır. ƏMDK yanında DƏDRX-in 17 saylı X4 məhkəməyə təqdim etdiyi sənədlərdən müəyyən olunur ki, Yevlax şəhəri Nizami prospekti 19 nömrəli evin 26 saylı mənzili(mübahisəli mənzil) Yevlax şəhər İcra Hakimiyyətinin xx xxxxx 2008-ci il tarixli, 29 nömrəli orderi ilə Cavabdeh1nın(hazırkı iş üzrə cavabdeh) və onun ailə üzvləri Cavabdeh2 (hazırkı iş üzrə cavabdeh), X2 istifadəsinə verilmişdir. Cavabdeh2 xx.xx.2010-cu il tarixdə mübahisəli evin digər Cavabdeh1nın adına özəlləşdirilməsinə razılıq vermişdir. Beləliklə, mübahisəli evə 2010-cu ildə Cavabdeh1 mülkiyyət hüququ qeydə alınsa da, hüquq münasibətləri yaranan zaman, yəni 2008-ci ildə mübahisəli ev dövlət mənzil fonduna aid olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçı mübahisəli mənzilə köçən zaman, yəni xx.xx.2008-ci il tarixdə mübahisəli mənzilin dövlət mənzil fonduna aid olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmadığı məsələsi xx.xx.2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mübahiəli mənzilə istifadə hüququ yarandığından iddia təmin edilməli, iddiaçı uşağı Bahadurla birlikdə mübahisəli yaşayış evinə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. İddiaçı uşağı-xx.xx.2009-cu il təvəllüdlü X3 ilə birlikdə Yevlax şəhəri Nizami prospekti ev 19, mənzil 26 (keçmiş Nizami prospekti dalan 5, ev 9, mənzil 4) ünvanında yerləşən 2 otaqlı fərdi yaşayış evinə köçürülsün. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar