Məhkəmə qərarları › İş №2(039)-1280/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1280/2020

27.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1280/2020 27.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkil Əkbərov Xəqani Məhəmmədəli oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər X5, Cavabdeh2 Cümşüd oğluna və Cavabdeh3 Cümşüd oğluna qarşı cavabdehlərin zəbt etdiyi torpaq sahəsindən çıxarılmaları tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X5 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən zəbt edilmiş, onun istifadəsində olan Yevlax rayonu Aran qəsəbəsi ərazisində yerləşən 46,04 ha torpaq sahəsindən çıxarılmaları və dövlət rüsumu kimi ödədiyi 20 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mərhum əri X6 ilə Yevlax rayon Aran Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 28 nömrəli qərarı əsasında bağlanmış xx.xx.2006-cı il tarixli 08 nömrəli icarə müqaviləsi əsasında Yevlax rayon Bələdiyyəsinin mülkiyyətində olan 38 nömrəli çevrədən heyvandarlığın inkişafı üçün 15 il müddətinə 200 ha torpaq sahəsi ayrılaraq mərhum ərinin istifadəsinə verilmişdir. Mərhum ərinin adına Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-9398 saylı KOD 90100016 olan Şəhadətnamə verilmişdir. Yevlax rayon Aran Bələdiyyəsinin ərazisində 200 ha torpaq sahəsində yerləşən Əmlak Kompleksinə dair müqavilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsi tərəfindən icra edilərək, Yevlax rayon Aran Bələdiyyəsinin ərazisində 200 ha torpaq sahəsində yerləşən Əmlak Kompleksi binaları mərhum əri X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, ona hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2014-cı il tarixli, RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli çıxarış və tikilinin Texniki Pasportu verilmişdir. Qeyd olunan torpaq sahəsinin 46,04 ha hissəsi cavabdehlər tərəfindən zəbt olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər X7, Cavabdeh2 Cümşüd oğlu və Cavabdeh3 Cümşüd oğlu məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkil Əkbərov Xəqani Məhəmmədəli oğlu iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN:93xx xxx 90100016 saylı “torpaqdan müvəqqəti istifadə hüququna” dair şəhadətnamədən görünür ki, Yevlax rayon Aran Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 28 nömrəli qərarı ilə Yevlax rayon Aran Bələdiyəsinin mülkiyyətində olan 200 ha torpaq sahəsi 15 il müddətinə heyvandalığı inkişafı məqsədi ilə Şahverdiyev Seminar İsrafil oğulunun istifadəsinə verilmişdir. Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 628696 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2013-cü ildə vəfat etmişdir. xx.xx.2014-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2013-cü ildə vəfat etmiş X2 arvadı İddiaçı mirasda payı mirasın 100%-dən (tam) ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, Yevlax rayonu Aran qəsəbəsində yerləşən mübahisəli torpaq sahəsinə mütəxəssisin, iddiaçının və cavabdehin iştirakı ilə baxış keçirilərək cavabdehin faktiki istifadə etdikləri torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Həmin koordinatlar Yevlax rayonu “Aran” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində yerləşdirildikdə, iddiaçının xx.xx.2006-ci il tarixli, KOD 90100016 saylı, JN seriyalı 9398 №-li torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə əsasən istifadəsinə verilmiş, 3 hissədən ibarət olan 200 ha torpaq sahəsinin 60,52 hektar hissəsinin 12,14 hektarının cavabdehlər tərəfindən istifadə olunduğu müəyyən edilmişdir. Beləliklə qeyd olunanlardan müəyyən olunur ki, iddiaçının istifadəsində olan torpaq sahəsinin 12,14 ha hissəsi hər hansı qanuni əsas olmadan cavabdehlərin istifadə və sahibliyindədir. Buna görə də iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə hesab edir ki, cavabdehlər iddiaçının istifadəsində olan torpaq sahəsinin 12,14 ha hissəsini hər hansı qanuni əsas olmadan istifadə etdiyindən iddiaçının tələbi həmin hissədə haqlıdır və cavabdehlər iddiaçın istifadəsində olan Yevlax rayonu Aran qəsəbəsində yerləşən 200 ha torpaq sahəsinin zəbt etdikləri 12,14 ha hissəsindən çıxarılmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə, ekspertiza xərci- 623 manatdan 120 manat iddiaçıdan, 503 manat cavabdehlərdən müştərək qaydada “Kadastr və X10 Mərkəzi” MMC-nin hesabına tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər X7, Cavabdeh2 Cümşüd oğlu və Cavabdeh3 Cümşüd oğlu İddiaçı istifadəsində olan Yevlax rayonu Aran qəsəbədində yerləşən 200 ha torpaq sahəsinin 12,14 hektar hissəsindən çıxarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat məbləğində pul müştərək qaydada cavabdehlər X3, Cavabdeh2 Cümşüd oğlundan və Cavabdeh3 Cümşüd oğlundan İddiaçı xeyrinə tutulsun. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul İddiaçı, 503 (beş yüz üç) manat pul müştərək qaydada cavabdehlər X3, Cavabdeh2 Cümşüd oğlundan və Cavabdeh3 Cümşüd oğlundan alınaraq “Kadastr və X10 Mərkəzi” MMC-nin hesabına (VÖEN: ********** Hesab AZ 23AİİB********************) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar