Məhkəmə qərarları › İş №2(039)-1286/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1286/2020

06.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1286/2020 06.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi və pasport qeydiyyatdan çıxarılma tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin mülkiyyətində olan Yevlax səhəri, F. İsayev küçəsi, 25 saylı evə istifadə hüququnun itirilmiş hesab edilməsi və onların həmin ünvandan pasport qeydiyyatdan çıxarılması barədə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, Yevlax şəhəri, F.İsayev küçəsi mənzil 25 saylı evin mülkıyyətçisidir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı xx.xx.2018-ci il tarixli çıxarışı ilə Yevlax şəhəri, F.İsayev küçəsi mənzil 25 saylı fərdı yaşayış evi onun tam olaraq mülkiyyətindədir. Bundan əlavə onu qeyd etmək istəyirki, onun evində qeydiyyatda olan hazırkı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 evində bu günə qeydiyyatda qalmaqdadırlar. O, xx xxxx 2018-ci il tarixində hazırkı cavabdehlərə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini AN-1 ******* saylı xx xxxx 2018-ci il tarixində alqı-satqı etmişdir. Qanunla müəyyən olunmuş məbləği ödəyərək qeyd olunan fərdi yaşayış evini almışdır. Həmin evi alan zaman cavabdehlər öz üzərılərinə müvafiq öhdəlik götürərək fərdi yaşayış evindən çıxmalarını bildirmişlər Hal-hazırki müddətədək o, həmin insanların mülkiyyətində olan fərdi yaşayış evindən pasport qeydiyyatından çıxara bilmir. Bu insanların ona məxsus olan əmlaka heçbır istifadə hüququ olmasa da, bu günə kimi həmin hüquq onlarda saxlanılmaqdadır. O, bu səbəbdən də cavabdehlərin evinə olan istifadə hüququnun itirilmiş hesab edilməsini və onların evindən qeydiyyatdan çıxarılmalarını istəyir. Qeyd etdiyi bu əhəmiyyətli məsələonun mülkiyyət üzərində hüquqlarını əlindən almaqdadır İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş Yevlax şəhər 1 saylı Notariat ofisinin 47-154 №-li işindən görünür ki, Cavabdeh2, Cavabdeh1 adından etibarnamə əsasında, sonuncuya məxsus olan Yevlax şəhəri, F. İsayev küçəsi, 25 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı xx xxxx 2018-ci il tarixdə satmışdır və mülkiyyətçinin adından xx xxxx 2019-cu il tarixədək həmin ünvandan qeydiyyatdan çıxmağı üzərinə götürmüşdür. Həmin zaman Cavabdeh2 notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək, qeydiyyatda olduğu Yevlax şəhəri, F. İsayev küçəsi, 25 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına etirazları yoxdur və həmin ünvandan qeydiyyatdan çıxmağı üzərinə götürür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X1 ******* qeydiyyat nömrəli çıxarışdan görünür ki Yevlax şəhəri, F. İsayev küçəsi, 25 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Yevlax Rayon Polis Şöbəsinin İddiaçı ünvanlanmış məktubunda qeyd olunur ki, fərdi yaşayış evində kənar şəxslərin pasport qeydiyyatından çıxarılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllə: Maddə 646.1 daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 146.1 daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2 daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.5 mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 178.1 daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 203.1 daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Yevlax şəhəri, F. İsayev küçəsi 25 nömrəli evin keçmiş mülkiyyətçisi Cavabdeh1 adına həmin mənzilə dair dövlət reyestrli qeydiyyat yazısı ləğv edildiyindən, sonuncu evi satarkən ailə üzvləri ilə birlikdə qeydiyyatdan çıxmaq barədə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, bu ünvanda qeydiyyatda olan Cavabdeh2 həmin mənzilə dair alqı-satqı müqaviləsi notariat kontorunda təsdiq edilərkən mənzilin satılmasına dair razılıq verməklə bu mənzilə olan yaşayış sahəsindən istifadə hüquqlarından imtina etdiyindən və cavabdehlərin faktiki olaraq Yevlax şəhəri, F. İsayev küçəsi 25 nömrəli evdə yaşamamaları və qeydiyyatlarının formal xarakter daşıması təqdim olunmuş sənədlərlə tam təsdiq edildiyindən iddia cavabdehlərin həmin yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində təmin edilməlidir. Cavabdehlərin həmin ünvandan qeydiyyatdan çıxarılması hissəsi ilə bağlı qeyd olunmalıdır ki, Yevlax Rayon Polis Şöbəsi cavabdeh olaraq qeyd edilmədiyindən həmin hissədə iddia təmin edilə bilməz. Lakin, cavabdehlərin həmin mənzildən istifadə hüquqlarına xitam verildiyindən bu qətnamə onların həmin ünvanda qeydiyyatdan çıxarılması üçün əsas olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1nın və Cavabdeh2 İddiaçı məxsus Yevlax şəhəri, F. İsayev küçəsi ev 25 nömrəli yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qalan hissədə iddia təmin edilməsin. Bu qətnamə cavabdehlər Cavabdeh1nın və Cavabdeh2ünvan 4 ünvanından pasport qeydiyyatından çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar