Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1288/2024 19.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu İddiaçı cavabdeh X2 Enerji Təchizatı və Satışı İdarəsi Yevlax Elektrik şəbəkəsinə qarşı «yüksək gərginlikli xəttin həyətyanı torpaq sahəsindən çıxarılması və elektrik sayğacının qurulması, elektrik xəttinin çəkilməsi» tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh «Azəriqaz» X1 X3 Təchizatı və Satışı İdarəsi Yevlax Elektrik şəbəkəsinə qarşı «yüksək gərginlikli xəttin həyətyanı torpaq sahəsindən çıxarılması və elektrik sayğacının qurulması, elektrik xəttinin çəkilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, sözügedən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.2-ci maddəsinə əsasən idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.4-cü maddəsinə əsasən İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, X2 Enerji Təchizatı və Satışı İdarəsi Yevlax Elektrik şəbəkəsi Azərişıq ASC-nin tabeliyində olan idarədir və hüquqi şəxs deyildir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçıya izah edilməlidir ki, qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əməl etdikdən sonra, təkrar ərazi aidiyyətı üzrə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1, 152.1.5, 152.2, 152.3, 152.4, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh «Azəriqaz» X1 X3 Təchizatı və Satışı İdarəsi Yevlax Elektrik şəbəkəsinə qarşı «yüksək gərginlikli xəttin həyətyanı torpaq sahəsindən çıxarılması və elektrik sayğacının qurulması, elektrik xəttinin çəkilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əməl etdikdən sonra, təkrar ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1288/2024
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1288/2024
19.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver