Məhkəmə qərarları › İş №2(039)-129/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-129/2024

15.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-129/2024 15.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Cavabdeh Maraqlı şəxs Yevlax Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh, X4, X6 və maraqlı şəxs Yevlax Şəhər İcra Hakimiyyətinə qarşı «yaşayış sahəsinə köçürülmə və istifadə hüquqlarının tanınması» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yaşayış sahəsinə köçürülmə və istifadə hüquqlarının tanınması» tələbinə dair iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından doğulmuş 21 iyun 2008-ci il təvəllüdlü X17 və 25 sentyabr 2010-cü il təvəllüdlü X18 ilə birlikdə onun cavabdehə məxsus Yevlax rayonu, Meyvəli kəndində yerləşən evinə köçürülmələrinə, həmin evdə istifadə hüquqlarının tanınmasına, yaşayış və yardımçı sahələrdən cavabdehlə birlikdə istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(040)-173/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(040)-173/2023 saylı qətnaməsindən Cavabdeh, X9 və X13 apelyasiya şikayəti vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(104)-1885/2023 saylı qərardadı ilə apelyasiya şikatərin qismən təmin edilmiş, Kəlbəcər Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(040)-173/2023 saylı qətnaməsi ləğv edilmiş, mülki iş aidiyyəti üzrə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. X9, X13 iş üzrə cavabdeh və Yevlax Şəhər İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilmişlər. İddiaçı iddianı tələbini onunla əsaslandırmışır ki, o Cavabdeh ilə 06 iyun 2008-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından iki uşaqları olmuşdur. Yevlax Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(039)-956/2022 saylı qətnaməsi ilə nikahları pozulmuş və uşaqlar onun himayəsində saxlanılmışdır. Ailə qurarkən valideyinləri tərəfindən ona verdikləri cehiz əmlakları cavabdehə məxsus Yevlax rayonu, Meyvəli kəndində yerləşən evə yerləşdirilməklə həmin evə gəlin köçmüşdür. İki övladları da həmin evdə dünyaya gəlmişlər. Həmin evdə təsərrüfatı birgə idarə etmişlər. Evdə əsaslı təmir-bərpa işləri görmüşlər. Lakin ailə münasibətləri pozulduqdan sonra cavabdeh onu və övladlarını həmin evə buraxmırlar. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işə onsuz baxıb iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh izah etdi ki, ev sənədsiz evdir. 1996-cı ildə valdeyinləri həmin evi qeyri rəsmi olaraq almışlar. Həmin ərazidə ondaladan başqa 80 ailə eyni qaydada yaşayır. İddiaçının əşyaların onların evindədir. Əşyalar istifadə olunmur. Əşyaları ayrı otaqa yığılmışdır. İddiaçı isə atasının yanında yaşayır. İddiaçı onun valideyinləri ilə yola getmir. Xasiyyətləri uyğun gəlmir. Maraqlı şəxs Yevlax Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X10 izah etdi ki, sözü gedən bina nə Yevlax Şəhər İcra Hakimiyyətinin və də Bələdiyyə mülkiyyətində yoxdur. Bu səbəbdən də fikir bildirə bilmir. Məhkəmənin əvvəlki iclasında İddiaçı izah etmişdir ki, Kəlbəcər rayonundan məcburi köçkündülər. 2007-ci ildə həmin evə gəlin köçmüşdür. İki övladı həmin evdə dünyaya gəlmişdir. İstəyir ki, ona yaşayış yeri verilsin. 2007-ci ildən 24 yanvar 2022-ci il tarixə kimi həmin evdə yaşamışdır. 2022-ci ildə nikahları pozulmuşdur. Əmlakları halhazıda da həmin evdədir. Ona nalayiq sözlər deyərək qapını göstərmişlər. Başqa yaşayış yeri yoxdur. Məhkəmənin əvvəlki iclasında cavabdeh X9 izah etmişdir ki, həmin evi Məhsəti türklər yaşadığı evlər olub. Onlar həmin evdə məskunlaşmışlar. İddiaçı əşyalarını anası ilə birlikdə çıxarmışdır. İddiaçının evə köçməsi mümkün deyil. Məhkəmənin əvvəlki iclasında cavabdeh X13 izah etmişdir ki, iddiaçının əşyaları onların evindədir. Bir evdir. İddiaçının həmin evə köçməsinə etiraz edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(039)-956/2022 saylı qətnaməsindən məlum olur ki, iddiaçı X11 ilə Cavabdeh arasında Yevlax rayonu, Ərəş kənd İƏD üzrə nümayəndəliyində qeydə alınmış 06 iyun 2018-ci il tarixli nikah qeydi pozulması; nikah pozularkən tərəflərin birgə nikahlarından anadan olmuş 21 iyun 2008-ci il təvəllüdlü X17 və 25 sentyabr 2010-cu il təvəllüdlü X18 adlı uşaqları iddiaçı X2 himayəsində saxlanılması; Cavabdeh 04 aprel 2022-ci il tarixdən başlayaraq, 21 iyun 2008-ci il təvəllüdlü X14 və 25 sentyabr 2010- cu il təvəllüdlü X15 18 yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa 130 manat məbləğində aliment iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 10 oktyabr 2022-ci il tarixli MŞŞ/1-00960 saylı arayışından məlum olur ki, İddiaçı mənzilə köçürülmə ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA seriyalı 391170 saylı məcburi köçkün vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür, Yevlax rayonunda məskunlaşmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Ərəş kənd üzrə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 23 fevral 2023-cü il tarixli 07 saylı arayışından məlum olur ki, Meyvəli qəsəbəsində müvəqqəti məskunlaşmış Kəlbəcər rayon köçkünləri: Cavabdeh oğu, İddiaçı, X9 və X5 Meyvəli Tinçilik sovxozuna məxsus olmuş yaşadıqları nənzildə heç bir rəsmi mülkiyyət hüququ yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 24 fevral 2023-cü il tarixli 3-21-3-35/2-735/2023 saylı sorğu cavabından məlum olur ki, Cavabdeh oğunun, X3 və X5 adlarına Yevlax rayonu, Ərəş və Meyvəli kəndləri ərazisində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Ərəş kənd üzrə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 27 mart 2023-cü il tarixli 12 saylı arayışından məlum olur ki, Meyvəli Kəlbəcər rayon köçkünü Meyvəli qəsəbəsində müvəqqəti yaşayan Cavabdeh oğunun hazırda yaşadığı mənzil Meyvəli Tinçilik sovxozuna məxsusdur. Kəlbəcər rayon məcburi küçkünü İddiaçı 06 iyun 2008-ci ildə Cavabdeh ilə nikaha girərək həmin mənzildə yaşayır. İddiaçı Meyvəli qəsəbəsində 1998-ci ildə məcburi köçkün kimi müvəqqəti qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası qaçqınların və məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Yevlax rayon bölməsinin 03 aprel 2023-cü il tarixli 233 saylı arayışından məlum olur ki, Kəlbəcər rayonundan məcburi küçkün İddiaçı Yevlax rayon Meyvəli kəndində Mesxeti türkləri üçün salınmış qəsəbədə 2008-ci ildən birgə nikahda olduğu Cavabdeh və uşaqları ilə birgə yaşamış, boşandıqdan sonra isə İddiaçı iki uşağı ilə birgə Yevlax rayon Meyvəli kəndində Mesxeti türkləri üçün salınmış qəsəbədə atası X7 yanında yaşayır. Dövlət Qaçqınkom tərəfindən evlə təmin olunmayıblar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın Ərəş kənd üzrə İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 20 noyabr 2023-cü il tarixli 5-9- 20/2-556/2023 saylı arayışından məlum olur ki, Cavabdeh həqiqətən Meyvəli qəsəbəsində 1999-cu ildə Meyvəli Tinçilik sovxozuna məxsus mənzildə ailəsi ilə birgə məcburi köçkün kimi müvəqqəti məskunlaşmışdır. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər Yevlax rayonu Meyvəli kəndində Meyvəli Tinçilik sovxozuna məxsus mənzildə məskinlaşmışlar. Cavabdeh ilə İddiaçı rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Ailə qurduqdan sonra iddiaçı cavabdehlər məskunlaşdığı evə köçmüş və valideyinləri tərəfindən ona hədiyyə edilmiş cehiz əşyalarını həmin evə yerləşdirmişdir. Birgə nikahlarından iki uşaqları olmuşdur. Yevlax Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(039)-956/2022 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı «yaşayış sahəsinə köçürülmə və istifadə hüquqlarının tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə Yevlax rayonu, Meyvəli kəndində yarləşən və cavabdehlər yaşadığı evə köçürülmələrinə və həmin mənzilə istifadə hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda cavabdehlər yaşadığı mənzil sənədsiz evdir. Cavabdehlər iddianı qəbul etmirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz .Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun 3 dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsayıdı (mənzildə yaşamaq səlahiyyəti versəyidi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Nəzərə alınmalıdır ki, ölkə ərazisində mənzillərdə, evlərdə və digər bu kimi yerlərdə istifadə hüququ olmadan yaşayan minlərlə insan var. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Mühafizə funksiyası hər hansı şəxsi yaşadığı mənzildən məhrum etmək istəyən şəxsə qarşı “məhrumetmə üçün qanuni əsasın olduğu təqdirdə bunu edə bilərsən” məzmunlu tələb irəli sürür, onu özbaşınalıqdan çəkindirir və məhrumetmədən əvvəl buna qanuni əsas (məhrumetməyə əsas verən hüquq) əldə etməyə vadar edir. Məsələn, özbaşına tikinti işləri aparmış şəxs orada yaşayan, lakin istifadə hüququ olmayan şəxsi özbaşına tikilidən çıxarmaq istəyirsə, əvvəlcə tikiliyə mülkiyyət hüququ əldə etməlidir. Ölkədə özbaşına tikililərin sayı çox olduğundan özbaşına tikilidə yaşayan şəxslərin də sayı çoxdur, bu səbəbdən özbaşına tikililərdə yaşayan şəxslərin orada yaşamaqdan məhrum edilməsi faktlarının sayı artır. Halbuki, özbaşına tikinti aparmış şəxs ora mülkiyyət hüququ əldə edə bilsə, həmin tikili, ya nikah dövründə əldə edildiyinə görə ər-arvadın ümumi birgə mülkiyyəti sayılacaq (Mülki Məcəllə, maddə 225), yaxud onunla həmin tikilidə yaşayan arvadı (əri), uşaqları, valideynləri də tikiliyə istifadə hüququ əldə etmiş olacaq (Mülki Məcəllə, maddə 228.5; Mənzil Məcəlləsi, maddə 30), qanunsuz məhrum etmə baş verdiyi təqdirdə onların istifadə hüququ məhkəmədə müdafiə olunacaq. Bu məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola, özbaşına tikinti aparmış şəxsə (artıq qanunu pozmuş şəxsə) növbəti qanunsuzluqlar etməyə (özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxarmağa və digər bu kimi hərəkətlər etməyə) əsas yarada bilər. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olubolmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Müəyyən olunur ki, iddiaçı evi könüllü surətdə deyil, cavabdehlə münasibətlərinin gərginləşməsi səbəbindən tərk etmişdir. İddiaçıya məxsus məişət əşyalarının evdə qalması ona dəlalət edir ki, iddiaçının geri qayıtmaq niyyəti olmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı evi tərk etdikdən sonra valideynlərinin evinə getmişdir. Ailədə gərgin münasibətlər yaranan zaman qadının ər evini tərk edərək müvəqqəti olaraq (qısa və ya uzun müddətə) valideynlərinin evinə getməsi rast gəlinən haldır. Evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşdığı məzildən qanunsuz mərhum edilə bilməz” məlum normanı təbiq edilməsinə mane olmur. Belə ki, qeyd olunan normada “məzil” ifadəsində istifadə olunur, “məzil” anlayışı məzil qanunvericiliyində müəyyən olunub (Məzil Məcəlləsi, maddə 13.3), əgər həmin konstitusion normanı təbiqi məzil qanunvericiliyində müəyyən olunmuş “məzil” anlayışı məhdudlaşsa onun məqsədinin təmin edilməsi mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, insanlar yalnız məzildən deyil, evdə, yataqxanadan, öbaşına inşa olunmuş tikilidə və digə obyektlədə də yaşmaq məqsədi ilə istifadə edirlər. “Heç kəs yaşdığı məzildən qanunsuz mərum edilə bilməz” məzmunlu normanı məqsədi insanları yaşmaq məqsədilə istifadə etdiyi bütün obyektlədə qanunsuz məhrum edilməsinin qarşsını almaqdıe. Çünki insanı yaşdığı obyektin nədən ibarət olmasıdan (məzil, ev, yataqxana, öbaşına insa olunmuş tikili və s.) asılı olmayaraq onun yaşayış yerində məhrum edilməsinin nəticələri eynidir: insan, təbiətinə görə ehtiyac duyduğ sığınacağı itirir. Ona görə də “heç kəs yaşdığı məzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normada istifadə olunan “məzil” anlayışı obyektiv amillə (yəni məzil qanunvericiliyinin müəyyən etdiyi əlamətlərə görə deyil, subyektiv amillərə (yəni insanı obyektdə hansı məsələ istifadə etdiyi nəzərə alınaraq) müəyyən olunmalıdı. Əgər insan obyektdə yaşmaq məqsədi ilə istifadə edirsə qeyd olunan normanı məqsədi baxımından həmin obyekti məzil sayılır. Konstitusiyanın maddəsinə bu cür yanaşma qanunvericiliyə zidd deyil, çünki maddənin mətni ilə mənası arasında açıq-aşkar fərq var, maddənin mətni ilə mənası arasında açıqaşkar fərq olanda isə genişləndirici şərhə yol verilir (“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu, maddə 90.4). İnsanların yaşamaq məqsədilə istifadəyə etdiyi bütün obyektlərin, o cümlədən özbaşına inşa olunan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən tikililərin mənzil hesab olunması maddənin mətnindəki “mənzil” ifadəsinin genişləndirici şərhidir. İddiaçının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Bu qətnamə gələcəkdə, qanuni əsaslar olduğu halda iddiaçının həmin evdən məhrum edilməsinə və ya evin özbaşına tikili kimi sökülməsinə mane olmur. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı, X17 və X18 ilə birlikdə Yevlax rayonu, Meyvəli kəndində yerləşən Meyvəli Tinçilik sovxozuna məxsus olmuş və cavabdehlərin yaşadığı evə köçürülməlidilər. Məhkəmə iddianını istifadə hüququnun tanınması və cavabdehlərlə birgə istifadə qaydalarının müəyyən edilməsi hissəsində qeyd edir ki, həmin evin hüquq müəyyənedici sənədi yoxdur. Cavabdehlər həmin evdə məcburi köçkün kimi məskunlaşmışlar. Bu səbəbdən də iddiaçının həmin evə istifadə hüququ tanına bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndində görə Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 8.0.2-ci maddəsində göstərilir ki, Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktlarıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 50-ci maddəsində göstərilir ki, 50.1 Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikasının Qanunu 17-ci maddəsinə əsasən Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, Məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı, X17 və X18 ilə birlikdə Yevlax rayonu, Meyvəli kəndində yerləşən Meyvəli Tinçilik sovxozuna məxsus olmuş və cavabdehlərin yaşadığı evə köçürülsünlər. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar