Məhkəmə qərarları › İş №2(039)-1299/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1299/2022

04.07.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1299/2022 04.07.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində payın müəyyən edilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «ümumi birgə mülkiyyətdə olan torpaq sahəsində payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Aqrar İslahat Komissiyasının 04 iyul 1998-ci il tarixli 33 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN-132 kod 90105028 saylı dövlət aktına əsasən vəfat edən X3, Cavabdeh1, X1 və X4 ümumi birgə mülkiyyətində olan Yevlax rayonu Əkşəm kəndində yerləşən 1.08 ha torpaq sahəsindən Əzimova (Bayramova) Şahnaz Allahverdi qızının ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən 1/4 hissədə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Yevlax rayonu, Əkşəm kəndində onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş torpaq sahəsi var. Lakin həmin torpaq sahəsindən istifadə edə bilmir. Hazırda həmin 1.08 ha torpaq sahəsindən payının müəyyən edilməsini istəyir. Lakin məhkəmədən kənar məsələnin həll edilməsinə cavabdehlər razı olmamışlar. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdilər. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 iddia tələbini qəbul edərək izah etdi ki, Yevlax rayonu, Əkşəm kəndində onların ümumi birgə 1.08 ha torpaq sahəsi vardır. Hazırda İddiaçı payının müəyyən edilməsinə razıdır. Cavabdeh2 iddia tələbini qəbul edərək izah etdi ki, İddiaçı 1.08 ha ümumi birgə torpaq sahəsində payının müəyyən edilməsinə razıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Havarlı Bələdiyyəsinin 20 aprel 2022-ci il tarixli 43 saylı arayışından məlum olur ki, İddiaçı Yevlax rayonu, Əkşəm kəndində 0.27 ha çöl pay torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağa mülkiyyət hüququna dair JN-132 kod 90105028 saylı dövlət aktının surətindən məlum olur ki, X3, Cavabdeh1, X1 və X4 ümumi birgə paylı 1.08 ha torpaq sahəsi vardır. Beləliklə, məhkəmədə aydın oldu ki, torpağa mülkiyyət hüququna dair JN-132 kod 90105028 saylı dövlət aktına əsasən X3, Cavabdeh1, X1 və X4 ümumi birgə paylı 1.08 ha torpaq sahəsi vardır. İddiaçı həmin dövlət aktı ilə verilmiş torpaq sahəsində onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər iddianı qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 83.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində hüquqlarını, əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uygun həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddiaçı paylı mülkiyyətin mülkiyyətçisi olduğundan və digər mülkiyyətçiyə qarşı öz paylarının müəyyən edilməsini tələb etmək hüququ olduğundan torpağa mülkiyyət hüququna dair JN-132 kod 90105028 saylı dövlət aktına əsasən verilmiş torpaq sahəsində iddiaçının 1/4 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci mad. əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. torpağa mülkiyyət hüququna dair JN-132 kod 90105028 saylı dövlət aktına əsasən X5, Cavabdeh1, X2 və X6 1.08 hektar ölçüdə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 1/4 hissədə payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar