Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1307/2020 19.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Yevlax Rayon Məhkəməsinin hakimi Əlizadə Ruslan Əliyar oğlu İddiaçı Cavabdehnə qarşı «xx.xx.2003-cü il təvəllüdlü X1 Cavabdehndə Yevlax şəhərində doğulmasına dair tərtib edilmiş 470 saylı akt qeydinin ləğv edilməsi, həmin akt qeydi əsasında verilmiş «doğum haqqında şəhadətnamə»nin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdehnə qarşı «xx.xx.2003-cü il təvəllüdlü X1 Cavabdehndə Yevlax şəhərində doğulmasına dair tərtib edilmiş 470 saylı akt qeydinin ləğv edilməsi, həmin akt qeydi əsasında verilmiş «doğum haqqında şəhadətnamə»nin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il təvəllüdlü qızı X1 Yevlax şəhərində doğulmasına dair Cavabdehndə xx.xx.2003-cü il tarixində tərtib edilmiş 470 saylı akt qeydinin ləğv edilməsinə dair, həmin akt qeydi əsasında X2 verilmiş AZ-l 356902 saylı «doğum haqqında şəhadətnamə»nin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 149cu maddəsi ilə müəyyən olunmuş forma və məzmuna riayət edilmədən tərtib edildiyindən, geri qaytarılmalıdır. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddia ərizəsi Şəki İnzibati Məhkəməsinə verilməli olduğu halda, aidiyyət qaydalarının pozulması ilə Yevlax rayon Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası MPM-in 152.1, 152.1.3-cü maddələrinin tələbinə görə iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki prosesual qanunvericilik mülki işlərə baxılmasının aidiyyat qaydalarını müəyyən edərkən məhkəmə aidiyyatının ərazi və növ aidiyyatını fərqləndirir. Ərazi aidiyyatına görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdeh olan fiziki şəxsin rəsmi qeydə alındığı və hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilir (MPM-nin 35-ci maddəsi). Növ aidiyyatı isə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməsinə aidiyyatını nəzərdə tutur və işdə iştirak edən şəxslərin subyekt tərkibi (işdə iştirak edən şəxsin fiziki və ya hüquqi və ya qanunla müəyən edilmiş qaydada fərdi sahibkar statusu olan fiziki şəxs olması), yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla müəyyən edilir. Ona görə də, iddia ərizəsi məhkəməyə verilərkən yalnız ərazi aidiyyatı deyil, ümumiyyətlə aidiyyat qaydaları pozulmuşsa, iddia ərizəsi şərh olunan əsaslarla geri qaytarılmalıdır. Şərh olunan maddə işin yalnız ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı olmamasına görə, iddia ərizəsinin qaytarılmasını nəzərdə tutur. Növ aidiyyətini pozmaqla məhkəməyə verilmiş (məsələn inzibati-iqtisadi məhkəməsində baxılmalı olan iddia ərizəsinin ümumi məhkəməyə verilməsi və ya əksinə) iddia ərizəsinin onun verildiyi məhkəmədə baxılmalı olmamasına görə, geri qaytarılması imkanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 2.2.2, 2.2.4, 2.2.5ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). Azərbaycan Respublikası MPM-nin 26.3-cü maddəsinə əsasən inzibati məhkəmələri qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxa bilər. Göründüyü kimi, hazırki iddia ərizəsi inzibati məhkəmənin səlahiyyətlərinə aid edilən iş üzrədir. Məhkəmə sadalanan qanun normalarına əsasən hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «xx.xx.2003-cü il təvəllüdlü X1 Cavabdehndə Yevlax şəhərində doğulmasına dair tərtib edilmiş 470 saylı akt qeydinin ləğv edilməsi, həmin akt qeydi əsasında verilmiş «doğum haqqında şəhadətnamə»nin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ümumi məhkəmədə baxılmalı olmadığından aidiyyət qaydalarına riayət etməklə, inzibati məhkəməsinə aid olduğundan, iddiaçılara qaytarılmalıdır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı qərarının 9.1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 31-ci maddəsinə əsasən aidyyət qaydalarına pozulmasına yol verilmir. İddiaçı Cavabdehnə qarşı «xx.xx.2003-cü il təvəllüdlü X1 Cavabdehndə Yevlax şəhərində doğulmasına dair tərtib edilmiş 470 saylı akt qeydinin ləğv edilməsi, həmin akt qeydi əsasında verilmiş «doğum haqqında şəhadətnamə»nin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 26, 152.1, 152.1.3, 152.2, 152.3, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdehnə qarşı «xx.xx.2003-cü il təvəllüdlü X1 Cavabdehndə Yevlax şəhərində doğulmasına dair tərtib edilmiş 470 saylı akt qeydinin ləğv edilməsi, həmin akt qeydi əsasında verilmiş «doğum haqqında şəhadətnamə»nin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. İddiaçı Cavabdehnə qarşı «xx.xx.2003-cü il təvəllüdlü X1 Cavabdehndə Yevlax şəhərində doğulmasına dair tərtib edilmiş 470 saylı akt qeydinin ləğv edilməsi, həmin akt qeydi əsasında verilmiş «doğum haqqında şəhadətnamə»nin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edə bilər. Qərardaddan 10 gün müddətinə Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1307/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1307/2020
19.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver