Məhkəmə qərarları › İş №2(039)-131/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-131/2022

15.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-131/2022 15.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, onların vəkili X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər, X4 və X6 qauni nümayəndələri Cavabdeh1 və Cavabdeh2 qarşı Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməklə mirasdan paylarının müəyyən edilməsi tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh, yetkinlik yaşına çatmayan Surxay Sadıqlının və Sadıq Sadıqlının qanuni nümayəndəsi Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək X1 miras qalmış ********** qeydiyyat nömrə 14.08.2020 qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmakın Dövlət reyestrindən Çıxarışa əsasən Yevlax rayonu Ərəş kəndində yerləşən 11.1013 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/6 hissəsinə münasibətdə Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməklə mirasdan paylarının müəyyən edilməsi (qanun üzrə vərəsələr onlar və 10.07.2009-cu il təvəllüdlü X13 və 13.11.2010- cu il təvəllüdlü X14 hesab edilməklə) qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ər-arvad olmaqla Yevlax rayonu, Ərəş kəndində ümumi paylı mülkiyyətlərinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daxildir. Həmin torpaq sahəsi 11.1013 ha olmaqla, 2/6 hissə İddiaçı2, 1/6 hissə isə İddiaçı1 mülkiyyəti altındadır. Mülkiyyət hüquqları ********** qeydiyyat nömrəli, 14.08.2020 qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən təsbit edilmişdir. Həmin torpaq sahəsinə dair digər ümumi birgə mülkiyyətçi vardır: X15. Qeyd edilən torpaq sahəsinin 1/6 hissəsi də X7 mülkiyyətindədir. Vəfa Sadıqova ailə üzvləri olmaqla 13.12.2018-ci il tarixdə vəfat etmişdir. Vəfa Sadıqova həyat yoldaşı Cavabdeh2 tərəfindən 13 dekabr 2018-ci il tarixdə qətlə yetirilmişdir. Cavabdeh2 Şəki Ağır Cinayətlər Məhkəməsinin 06.09.2019-cu il tarixli 1(091)- 97/2019 saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra psixi xəstəliyə tutulduğundan barəsində Azərbaycan Respublikası CM-nin 95-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər təyin edilməsi, onun azyaşlı uşaqları - 10.07.2009-cu il təvəllüdlü Surxay Sadıqlı və 13.11.2010-cu il təvəllüdlü Sadıq Sadıqlıya nəzarət və qulluq edilməsinin təşkil olunması yaşadıqları ərazi üzrə Yevlax rayon qəyyumluq və himayəçilik orqanına tapşırılması qərara alınmışdır. Hər iki uşaq üzərində Cavabdeh1 qəyyum təyin edilmişdir. Vəfa Sadıqovanı qanun üzrə birinci növbəli vərəsəsi Cavabdeh2 qəsdən, o cümlədən heç bir səbəb olmadan qətlə yetirdiyindən onlar hesab edirlər ki, o miras qoyan Vəfa Sadıqovaya münasibətdə ləyaqətsiz vərəsə hesab edilməlidir. Vəfa Sadıqovanın iki azyaşlı övladları vardır və onların qanuni nümayəndələri Cavabdeh1dır. Vəfa Sadıqovadan miras qalmış, qeyd edilən mülkiyyətinin - kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada onun övladlarına çatdırılmasını istəyirlər. X17 miras qalmış qeyd edilən mirasın bölüşdürülməsi ilə bağlı mübahisə yarandığından notarius vərəsəlik işi açmaqdan imtina etmiş və onlara məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Onlardan başqa miras əmlak digər vərəsələr tərəfindən qəbul edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişlər. Cavabdeh, Surxay Sadıqlı və Sadiq Sadıqlınin qanuni nümayəndəsi Cavabdeh1 vəkili Fərhad Məmmədov məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddianı qəbul etmir, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, iclasa gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. Eyni zamanda müəyyən olunur ki, o, cinayət əməlini törədikdən sonra psixi xəstəliyə tutulmuş və məhkəmə qərarı ilə barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər təyin edilmişdir Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X9 və X18 ərizə təqdim edərək Yevlax rayonu Ərəş kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində hər biri 1/6 hissədə paya sahib olduqlarını qeyd edərək, Vəfa Sadıqovaya məxsus 1/6 hissənin vərəsələri onun iki övladı və valideynləri hesab edilməsinə etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu Ərəş kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1/6 hissəsi İddiaçı1, 1/6 hissəsi X2, 1/6 hissəsi X10, 1/6 hissəsi X11 və 2/6 hissəsi İddiaçı2 xüsusi mülkiyyətinə verimişdir. Azərbaycan Respublikası Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-97/2019№-li, 06.09.2019-cu il tarixli qərarın surətindən müəyyən olunur ki, X20 Sadıqov tərəfindən qətlə yetirilməsi təsdiq olunmuş, lakin Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədikdən sonra psixi xəstəliyə tutulmuş barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər təyin edilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 13.12.2018-ci il tarixdə ölmüşdür. Yevlax Rayon Qeydiyyat Şöbəsinin 03 dekabr 2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki X19 02.12.1988-ci il tarixdə doğulmuş, atası İddiaçı1, anası Xuduyeva (Abışova) Saray Məmmədxan qızıdır. Yevlax rayon qeydiyyat şöbəsinin 05 avqust 2021-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh2 ilə X19 05 iyun 2009-cu il tarixdə 222 №-li akt qeydi ilə nikah bağlayıb, ərə Sadıqov, arvada Sadıqova soy adı verilmişdir. Yevlax rayon qeydiyyat şöbəsinin 05 avqust 2021-ci il tarixli 985 nömrəli arayışından müəyyən olunur ki, X13 10.07.2009-cu ildə doğulmuş, atası Cavabdeh2 Sadiq oğlu, anası X12r. Yevlax rayon qeydiyyat şöbəsinin 05 avqust 2021-ci il tarixli, 985 nömrəli arayışından müəyyən olunur ki, X16 13.11.2010-cu ildə doğulmuş atası Cavabdeh2 Sadiq oğlu, anası X12r. Yevlax Rayon 1 saylı Notariat Ofisinin 742№-li 13 sentyabr 2021-ci il tarixli məktubunda qeyd olunur ki 13.12.2018-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlaka dair vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Beləliklə təqdim edilmiş sübutlar əsasında mübahisəsiz qaydada müəyyən edilmişdir ki, Yevlax rayonu Ərəş kəndində yerləşən 11.1013 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 14 avqust 2020-ci il tarixdə 1/6 hissədə mərhum Vəfa Sadıqovaya məxsus olmaqla paylı mülkiyyətdədir. Vəfa Sadıqova 13 dekabr 2018-ci il tarixdə Cavabdeh2 tərəfindən qətlə yetirilmişdir. Cinayət törətdikdən sonra Cavabdeh2 psixi xəstəliyə tutulduğundan barəsində Azərbaycan Respublikası CM-nin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlər təyin edilmişdir. Vəfa Sadıqovanın ölümündən sonra miras qalmış Yevlax rayonu, Ərəş kəndində yerləşən 11.1013 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/6 hissəsinin onun vərəsələri, həmin torpaq sahəsində 1/6 hissədə payı olan atası İddiaçı1, 2/6 hissədə payı olan anası İddiaçı2 və iki yetkinlik yaşına çatmayan övladı tərəfindən qəbul edilməsi mübahisələndirilmir. Həmin sahəyə vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün notariat orqanına müraciət olunsa da, mübahisə müəyyən edildiyindən şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Maddə 1143. Şəxsin ləyaqətsiz vərəsə sayılması barəsində iddianı maraqlı şəxslər həmin şəxsin mirasa sahibliyə başladığı andan beş il ərzində irəli sürməlidirlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, Cavabdeh2 miras qoyan Vəfa Sadıqovanı qətlə yetirməsi, bunun qanuni qüvvəyə məhkəmə qərarı ilə təsdiq olunması müəyyən edildiyindən Cavabdeh2 Vəfa Sadıqovanın vərəsəsi ola bilməz və o, ləyaqətsiz vərəsə hesab edilməlidir. Vəfa Sadıqovanın ölümündən sonra miras qalmış Yevlax rayonu Ərəş kəndində yerləşən 11.1013 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/6 hissəsinin onun vərəsələri, həmin torpaq sahəsində 1/6 hissədə payı olan atası İddiaçı1, 2/6 hissədə payı olan anası İddiaçı2 və iki yetkinlik yaşına çatmayan övladı tərəfindən qəbul edilməsi mübahisələndirilmədiyindən məhkəmə hesab edir ki, həmin vərəsələrin bu hissəyə bərabər payları müəyyən edilməlidir. Qeyd olunanlara əsasən iddia əsaslıdır və təmin edilməlidir. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh2 iddiaçıların xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. X1 miras qalmış, Daşınmaz əmlakın Dövlət reyestrində 114 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində ********** nömrə ilə 14 avqust 2020-ci il tarixdə qeydə alınmış Yevlax rayonu Ərəş kəndində yerləşən 11.1013 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/6 hissəsinə münasibətdə Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilsin. X1 miras qalmış, Daşınmaz əmlakın Dövlət reyestrində 114 nömrəli reyestr kitabının 73 nömrəli vərəqində ********** nömrə ilə 14 avqust 2020-ci il tarixdə qeydə alınmış Yevlax rayonu Ərəş kəndində yerləşən 11.1013 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/6 hissəsinə İddiaçı1, İddiaçı2, 10.07.2009-cu il təvəllüdlü X4 və 13.11.2010-cu il təvəllüdlü X8 hər birinin ¼ hissədə payları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi 100 (bir yüz) manat Cavabdeh2 iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar