Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-144/2025 23.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Etiqat qızı, Cavabdeh4, Cavabdeh5, Muradova (Nüsrətova) Bəsti Etiqat qızı, Cavabdeh7, Cavabdeh8 (Sumqayıt şəhər 1 saylı notariat ofisini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vərəsəlik hüququndan irəli gələn mübahisələr, miras əmlakda vərəsələrin paylarının müəyyən edilməsi, ləyaqətsiz vərəsə hesab edilmə və pul) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tər kibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Etiqat qızı, Cavabdeh4, Cavabdeh5, Muradova (Nüsrətova) Bəsti Etiqat qızı, Cavabdeh7, Cavabdeh8 (Sumqayıt şəhər 1 saylı notariat ofisini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı "miras əmlakda vərəsələrin paylarının müəyyən edilməsi, ləyaqətsiz vərəsə hesab edilmə və pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1228/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X10 (hazırkı iş üzrə tərəflərin anaları) xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun vərəsələri Cavabdeh2, İddiaçı, Cavabdeh3, Cav abdeh6, Cavabdeh4, X11, Cavabdeh5, Cavabdeh1dır. X2 miras qalmış əmlak Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan D/Y, Y/M, ev 2, mənzil 17, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 0,003 ha torpaq sahəsinə dair icarə hüquqları və **-CM-*** dövlət qeydiyyat nişanlı, QAZ -33021 yük markalı avtomaşındır. X1 xx.xx.2021-ci ildə vəfat etmişdir.
2. Cavabdeh7 və Süleymanov Cavabdeh8 Ulduz Etiqat qızının uşaqlarıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X3 miras qalmış Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan D/Y, Y/M, 2 saylı evin 17 saylı mənzili, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan D/Y, Y/M, 0,003 ha torpaq sahəsinə dair icarə hüquqları və **-CM-*** dövlət qeydiyyat nişanlı, QAZ -33021 yük markalı avtomaşına dair vərəsəlik üzrə iddiaçı və cavabdehlər -Muradova (Nüsrətova) Bəsti Etiqat qızı, Camalova (Nüsrətova) Şəfa Etiqad qızı, Cavabdeh2 və Cavabdeh1 arasında bərabər pay hüquqlarının müəyyən edilməsi, paylara uyğun vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi və miras əmlaklar üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına, digər cavabdehlər Cavabdeh5 və Cavabdeh4 anasına münasibətdə ləyaqətsiz vərəsə hesab edilərək miras əmlakdakı pay hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək, X7 məxsus olan qeyri-yaşayış sahəsinin icarəsindən mənimsənilmiş 29150 manat məbləğində pulun da Cavabdeh5 alınaraq vərəsələr arasında bölünməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. Daha sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək, mərhum bacısı Ulduz Süleymanovanın övladları Cavabdeh7 və Cavabdeh8 cavabdehlər qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı o,1980-ci ildən etibarən qəhrəman ana kimi anası X7 dövlət tərəfindən verilmiş Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan D/Y, Y/M- də yerləşən 2 saylı evin 17 saylı mənzilində yaşamışdır. 2007ci il tarixdə ailə qurmuş və həmin mənzildə yaşamışdır. İki övladı da həmin mənzildə doğulmuşlar. Təxminən 7 il əvvəl qardaşı Babək(cavabdeh) onu həmin mənzildə döymüş və bundan sonra o, ailəsi ilə birlikdə həmin mənzili məcburi şəkildə tərk etməli olmuşdur. İndiyə kimi də müxtəlif evlərdə kirayədə yaşayır. 2019-cu ilin fevral ayında anası vəfat etmiş, anası vəfat edənə kimi də öz mənzilində yaşamış və elə həmin mənzildə də vəfat etmişdir. Anasının yas mərasimini o və bacıları birlikdə təşkil etmişlər. Babək nə iddiaçı ilə, nə də bacıları ilə yola getmədiyi üçün anasına məxsus mənzildə onunla yaşamaq qeyrimümkündür. Sonuncu dəfə isə Babək iddiaçını 2022-ci ilin dekabr ayında döymüş və məhkəmə tərəfindən onun barəsində hökm çıxmışdır. Hal-hazırda isə analarından miras qalmış mənzil, avtomaşın, mağaza, torpaq və sair əmlakların vərəsələr arasında bölünməsinə razılıq vermir və bütün mirasın özünə məxsus olduğunu bildirir. Qanunla müəyyən edilmiş müddətdə vərəsələr notariusa ərizə ilə müraciət etmiş və miras əmlakı qəbul etmişlər. Lakin mirasda payları qarşılıqlı razılıqla bölüşdürmək mümkün olmamışdır. Ona görə də anası X3 miras qalmış əmlaklarda payların məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır.
7. Məhkəmə iclasında Cavabdeh3 ərizə təqdim edərək, iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmiş, eyni zamanda qeyd etmişdir ki, o, öz payına düşən əmlakı iddiaçı və onun uşaqlarına bağışlamağa razıdır. Mübahisələndirilən əmlakdan cavabdehlər Cavabdeh5 və Nərmin Nüsrətovaya pay düşməsinə isə razı deyildir. Onların Aygün adlı bacıları da olmuşdur. Belə ki, onların bacısı Aygünün harda olmasından ümumiyyətlə məlumatı yoxdur.
8. Məhkəmə iclasında Cavabdeh4 iddia tələbinə etiraz edərək bildirmişdir ki, anası Zahidə Nüsrətovanın vəfat etm əmişdən əvvəl mübahisələndirilən əmlakların iki qardaş, yəni iddiaçı və Cavabdeh5 arasında bölünməsi ilə bağlı vəsiyyəti olmuşdur.
9. Cavabdeh1 ərizə təqdim edərək, bildirmişdir ki, iddia tələbini qəbul edir. Eyni zamanda bildirmişdir ki, anası vəfat etməmişdən əvvəl atası Cavabdeh2 tərəfindən çox əziyyətlər çəkmişdir. Həmçinin qeyd etmişdir ki, Cavabdeh5 onları şantaj etmiş və atasının cinayətinin üstünü pərdələmişdir. Hazırda mübahisələndirilən ev anasına 10 uşaqlı olduğu üçün 1982-ci il fevral ayının 25-i dövlət tərəfindən verilmişdir. Həmin vaxt qardaşı Babək hələ doğulmamışdı. Atası Cavabdeh2 ləyaqətsiz vərəsə hesab edilməlidir. Cavabdeh5 analarına dəfələrlə şiddət göstərmişdir. Hətta bununla bağlı polis idarəsində anasının müraciətləri də vardır. Sözügedən marketi anası, o və qardaşı Vətən işlətdiyi üçün qazanılan gəlirləri sadəcə onlar bilirdilər. Cavabdeh4 o hələ uşaq olandan anasını təhqir edir, ona şiddət göstərirdi. Həmçinin, Cavabdeh5 onun anası ilə əlaqə saxlamağına davamlı maneçilik yaradırdı. Anasının şifahi və ya yazılı vəsiyyəti ilə razı deyildir. Sözügedən avtomobili işlətdikləri marketdən əldə olunan gəlirlərlə anası qardaşı Vətən üçün almışdır. Anası Zahidə uşaqları arasında heç bir pay bölgüsü etməmişdir. Mağaza inşa edilən zaman Cavabdeh5 mağazanın təmirində iştirak etdiyini görməmişdir. Evin təmiri və tikinti işlərində çəkilən bütün xərcləri anası qarşılamışdır. O, Cavabdeh5 mübahisələndirilən mənzili təmir etdirməyinə şahid olmamışdır. Qeyd olunanlara əsasən, mübahisələndirilən əmlakdan hər kəsə bərabər payların bölünməsini məhkəmədən xahiş etmişdir.
10. Cavabdeh Muradova (Nüsrətova) Bəsti Etiqat qızı ərizə təqdim edərək, iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Eyni zamanda bildirmişdir ki, anası vəfat etməmişdən 2 saat əvvəl onun yanında olmuşdur. Həmin vaxt anası ona sadəcə Aygünün harda olduğunu bilmədiyini demişdir. Lakin ölümü ilə bağlı heç bir məlumat verməmişdir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 öz ifadəsində göstərmişdir ki, tərəflər bacısı uşaqlarıdır. Bacısı Zahidə vəfat etməmişdən əvvəl mübahisələndirilən mənzilin 1 otağını və “QAZ -33021” yük markalı avtomobili İddiaçı, həmin mənzilin bir otağını və marketi isə Cavabdeh5 vermişdir. Bacısı əmlakın bölünməsi ilə bağlı qeyd etdiklərini onun yanında olarkən demişdir. Sözügedən market 2002-ci ildə tikilmişdir.
12. Məhkəmə iclasında ş ahid qismində dindirilmiş X9 öz ifadəsində göstərmişdir ki, tərəflərlə qohumluq əlaqələri var. Sözügedən mağazanı onlar inşa etmişlər. Zahidə Nüsrətova vəfat etməmişdən əvvəl mağazanı Cavabdeh5, “QAZ -33021” yük markalı avtomobili isə İddiaçı verdiyini bildirmişdir. Mağazanın artırılması ilə bağlı tikinti işlərini o həyata keçirmişdir. Sumqayıt şəhəri, Yaşma bağlarına iddiaçı ilə birlikdə getmişlər. İddiaçı ona heç bir təzyiq göstərməmişdir. Həmin ünvanda mağaza var idi və o, orada fəhlə kimi işləyirdi. Mağazada tikinti işləri zamanı işlədiyi müddət 10 günü belə keçməmişdir. O, avtomobilin sənədlərini görməmişdir. Zahidə xanım özü avtomobili iddiaçıya verdiyini bildirmişdir.
13. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Şəbnəm Həxiyeva) 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qi smən təmin edilərək, xx.xx.2019-cu ildə vəfat etmiş X3 miras qalmış Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir yol yaşayış massivi, ev 2, mənzil 17-yə və Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 0,003 ha torpaq sahəsinə İddiaçı 1/9 hissədə, Cavabdeh2 1/9 hissədə, Cavabdeh3 1/9 hissədə, Cavabdeh6 1/9 hissədə, Cavabdeh4 1/9 hissədə, Cavabdeh5 1/9 hissədə, Cavabdeh1 1/9 hissədə, X4 övladları Cavabdeh7 və Cavabdeh8 1/9 hissədə vərəsəlik payları müəyyən edilmiş, qalan 1/9 hissə X12 münasibətdə açıq saxlanılmış, X3 miras qalmış **-CM-*** dövlət qeydiyyat nişanlı, “QAZ -33021” yük markalı avtomaşın birgə nikah dövründə əldə olunan daşınar əmlak kimi bərabər paylarla bölünərək və həmin əmlak üzərində X5 ½ və Cavabdeh2 ½ pay üzrə mülkiyyət hüquqları tanınmış, **-CM-*** dövlət qeydiyyat n işanlı, “QAZ -33021” yük markalı avtomaşının X7 məxsus ½ hissəsinə - İddiaçı 1/9 hissədə, Cavabdeh2 1/9 hissədə, Cavabdeh3 1/9 hissədə, Cavabdeh6 1/9 hissədə, Cavabdeh4 1/9 hissədə, Cavabdeh5 1/9 hissədə, Cavabdeh1 1/9 hissədə, X4 övladları - Cavabdeh7 və Cavabdeh8 1/9 hissədə vərəsəlik payları müəyyən edilmiş, qalan 1/9 hissə X12 münasibətdə açıq saxlanılmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
14. Məhkəmə ilk öncə Cavabdeh7 və Cavabdeh8 cavabdehlər qismində işə cəlb edilməsi ilə bağlı qeyd etmişdir ki, mərhum X5 vəfatında sonra qızı X11 vərəsə kimi tanınmış və bununla əlaqədar notariat ofisinə ərizə təqdim etmişdir. Lakin miras payı qəbul edənədək vəfat etmişdir. Belə olan halda, iddiaçı mərhum X4 övladlarının cavabdehlər qismində işə cəlb edilməsində haqlı olmuşdur.
15. Məhkə mə iddia tələbinin “Cavabdeh5 və Cavabdeh4 anasına münasibətdə ləyaqətsiz vərəsə hesab edilərək miras əmlakdakı pay hüququndan məhrum edilməsi” hissəsi ilə bağlı qeyd etmuişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
16. Belə ki, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır.
17. Məhkəmə qeyd etmişdir ki, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər.
18. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, iddiaçı Mülki Məcəllənin 1137-ci maddəsind ə qeyd edilmiş halların cavabdehlər tərəfindən həyata keçirilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
19. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlmişdir ki, araşdırma zamanı İddiaçı Mülki Məcəllənin 1137-ci maddəsinin tələbləri baxımından cavabdehlər Cavabdeh5 və Cavabdeh4 ləyaqətsiz vərəsə olmasını təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda iddia tələbinə əlavə edilmiş sənədlər (səs yazısı və s.) isə cavabdehlərin ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas yaratmamışdır.
20. Məhkəmə iddia tələbinin “Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan D/Y, Y/M, 2 saylı evin 17 saylı mənzilə və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan D/Y, Y/M, 0,003 ha torpaq sahəsinə dair icarə hüquqlarına dair vərəsəlik üzrə iddia çı və cavabdehlər Muradova (Nüsrətova) Bəsti Etiqat qızı, Camalova (Nüsrətova) Şəfa Etiqad qızı, Cavabdeh2 və Cavabdeh1 arasında bərabər pay hüquqlarının müəyyən edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.
21. Məhkəmə, hazırkı mübahisənin obyektiv həlli üçün ilk növbədə mübahisəli əmlakların qanunvericiliyin tələblərinə görə birgə nikah dövründə əldə edilmiş ümumi əmlak olub-olmadığının araşdırılmasını məqsədəmüvafiq hesab etmişdir.
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzili və mübahisəli torpaq sahəsinə dair icarə hüquqları mərhum X10 tərəfindən nikah dövründə əldə olunmasına baxmayaraq, əvəzsiz əqd əsasında əldə edildiyindən qanunvericiliyin tələblərinə əsasən ər-arvadın birgə mülkiyyəti sayılmır.
23. Bundan əlavə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 ilə X5 nikahlarından X13 adlı övladları olmuşdur. Onun sağ olub-olmaması ilə bağlı məlumat yoxdur. Bununla əlaqədar məhkəmə tərəfindən tərəflərin hərəkətlərində cinayətin əlamətlərinə dəlalət edən faktların araşdırılması üçün Sumqayıt Şəhər Prokurorluğuna məlumat verilmişdir.
24. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, X12 münasibətdə pay açıq saxlanılmalıdır.
25. Məhkəmə işin yuxarıda sadalanan hallarını və işin materiallarını nəzərdən keçirib hesab etmişdir ki, miras qalmış mübahisəli əmlaklara tərəflərin bərabər şəkildə pay hüquqları müəyyən edilməlidir.
26. Belə olan halda məhkəmə hesab etmişdir ki, vəfat etmiş X3 miras qalmış Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir yol yaşayış massivi, ev 2, mə nzil 17yə və Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 0,003 ha torpaq sahəsinə İddiaçı 1/9 hissədə, Cavabdeh2 1/9 hissədə, Cavabdeh3 Etiqat qızının 1/9 hissədə, Cavabdeh6 1/9 hissədə, Cavabdeh4 1/9 hissədə, Cavabdeh5 1/9 hissədə, Cavabdeh1 1/9 hissədə, X4 övladları - Cavabdeh7 və Cavabdeh8 1/9 hissədə vərəsəlik payları müəyyən edilməli, qalan 1/9 hissə X12 münasibətdə açıq saxlanılmalıdır.
27. Məhkəmə iddia tələbinin “**-CM-*** dövlət qeydiyyat nişanlı, QAZ-33021 yük markalı avtomaşına dair vərəsəlik üzrə iddiaçı və cavabdehlər-Muradova (Nüsrətova) Bəsti Etiqat qızı, Camalova (Nüsrətova) Şəfa Etiqad qızı, Cavabdeh2 və Cavabdeh1 arasında bərabər pay hüquqlarının müəyyən edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir.
28. Məhkəmə, hazı rkı mübahisənin obyektiv həlli üçün ilk növbədə mübahisəli nəqliyyat vasitəsinin qanunvericiliyin tələblərinə görə birgə nikah dövründə əldə edilmiş ümumi əmlak olub-olmadığının araşdırılmasını məqsədəmüvafiq hesab etmişdir.
29. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, **-CM-*** dövlət qeydiyyat nişanlı, “QAZ -33021” yük markalı avtomobil Cavabdeh2 ilə X5 birgə nikahları dövründə əldə edilmişdir.
30. Belə olan halda, məhkəmə hesab etmişdir ki, vəfat etmiş X3 miras qalmış **-CM*** dövlət qeydiyyat nişanlı, QAZ -33021 yük markalı avtomaşın birgə nikah dövründə əldə olunan daşınar əmlak kimi bərabər paylarla bölünməli və həmin əmlak üzərində X5 ½ və Cavabdeh2 1/2 pay üzrə mülkiyyət hüquqları tanınmalı, **-CM-*** dövlət qeydiyyat nişanlı, QAZ -33021 yük markalı avtomaşının X7 məxsus ½ hissəsinə İddiaçı 1/9 hissədə, Cavabdeh2 1/9 hissədə, Cavabdeh3 Etiqat qızının 1/9 hissədə, Cavabdeh6 1/9 hissədə, Cavabdeh4 1/9 hissədə, Cavabdeh5 1/9 hissədə, Cavabdeh1 1/9 hissədə, X4 övladları Cavabdeh7 və Cavabdeh8 1/9 hissədə vərəsəlik payları müəyyən edilməli, qalan 1/9 hissə X12 münasibətdə açıq saxlanılmalıdır.
31. Məhkəmə iddia tələbinin “X7 məxsus olan qeyri-yaşayış sahəsinin icarəsindən mənimsənilmiş 29150 manat məbləğində pulun da Cavabdeh5 alınaraq vərəsələr arasında bölünməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
32. Belə ki, İddiaçı Cavabdeh5 tərəfindən 54 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini müxtəlif şəxslərə 550 manata icarəyə verilməklə, ötən 4 il 5 ay ərzində 29150 manat pulun mənimsənildiyini bildirsə də, bu halı təsdi q edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir.
33. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137, 1139, 1203.2, 1243.1,1243.2, 1247, 1252 -ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
34. Cavabdeh5 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia müddətinin tətbiq edilməsini, şərəf və ləyaqətini təhqir edənlərin, işgüzar nüfuzuna xələr gətirənlərin təzminat ödəməyini, anasından miras qalmış Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmiryol yaşayış massivi, ev 2, mənzil 17 və Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 0,003 ha torpaq sahəsi əmlaklarının, 50-CM437 dövlət qeydiyyat nişanlı, QAZ-33021 yük markalı avtomaşına vərəsələrdən yalnız onunCavabdeh5 payının müəyyən edilməsi, evindən götürülmüş 5 200 manat məbləğində pulunun və ona məxsuz qızıl-zinət əşyalarının anasının qalmış təqaüdünün ölü pulunun İddiaçı, Cavabdeh3 Etiqat qızı, Cavabdeh6 alınıb ona verilməsi və anasının ölümünün araşdırılıb, təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə məhkəmə iştirakçıların adından yalan ifadələr qeyd edilərək yazılmışdır. Proses iştirakçısı kimi onun prosessual hüquqları pozulmuşdur. Şahidləri dindirilməmiş, vəkillə təmin edilməmiş, notarius etibarsız sənədlər üzərində qeydiyyat aparmışdır. Məhkəmə qətnamədə notariusa verilən ərizələrin düzgünlüyünü barkodla təsdiq edildiyini əsaslandırmışdır. Barkod notariat işinin asanlaşdırması üçün notarius işçisi tərəfindən tə rtib edilən vasitədir, sənədin həqiqiliyini təsdiq edilməsi üçün əsas deyil, təqdim olunan ərizələrin mövcud vaxt ərzində elektron imzası ilə həqiqiliyi QR kod vasitəsiylə təsdiq edilir, bu da öz təsdiqini tapmır.Ərizəçinin miras qalmış əmlaka aid özünün və ya başqasının qanunsuz olaraq əldə etdiyi miras əmlakı ərizəsində qeyd etməməsi, notariusa bildirməməsi, habelə miras qoyanın digər vərəsələrinə dair, itkin düşmüş vərəsələrə dair məlumat verməməsi qanunla məsuliyyət daşıyan əsaslardandır. Ərizələr, ərizələrdəki sənədlərin surətlərinin, sənədlərdən çıxarışların düzgünlüyü etibarlılığı elektron qaydada avtomatlaşdırılmış şəkildə sistemə düşərək təsdiq edilməmişdir, imzalanmamışdır və ərizələrin, ərizədəki sənədlərin, etibarnamələrin dublikatlarının sürətlərlərinın çıxarışlarlarının həqiq iliyi elektron imza ilə təsdiq edilərək, həmçinin şəhadətnamələr tələb edənlərə verilməmişdir, bu özü mirasın digər vərəsələr tərəfindən qəbul etmədiyinin faktıdır. İddiaçının və cavabdehlərin mirası faktiki qəbul etdiklərinə dair notariat qaydada təsdiq edilmiş sənədləri yoxdur. Məhkəmə tərəfindən notariusun etibarsız sənədlərindəki Bələdiyyə mülkiyətindəki icarə hüququna aid 0,003 ha torpaq sahəsinə dair yanlış qətnamə çıxarılmışdır. Belə ki iş materiallarında bu torpağa dair qəbzlərdə qeyd edilmişdir ki, o, notarius qeydiyatına qədər anasının adında olan torpaq vergisinə, mülkiyyət icarə vergisinə, əmlak vergisinə, mənzil mülkiyyət vergisinə olan 2 illik borcunu xx.xx.2019-cu ildə ödəmişdir, icarə hüququnda olan əmlaka faktiki şəksiz şübhəsiz sahiblik idarə edir, qoruyub saxlayır və bu ödənişləri etməklə onun adına icarə hüququ keçərək VÖEN açılmışdır. Anasının adında olan icarə hüququna qanunla 2 illik borcu ödəmədiyinə görə xitam verilmişdir, bu məhkəmə sorğusu əsnasında alınan nəticədə dövlət daşınmaz əmlak reyestrininin təqdim etdiyi sənəddə də öz əksin tapır ki, 0.003 ha torpaq sahəsinə dair icarə hüququ X5 adına qeydiyata alınmamışdır. Bu barədə Məhkəməyə Bələdiyyə Sədrinin və baş mühasibinin qələm ilə möhür ilə rəsmi sənəd təqdim etmişdir ki, 2017-ci ildən mərhum anasının qalmış borclarını 2019-cı ildə və bundan sonra 2024-ci ilə qədər 2024-ci ildə daxil olmaqla yaranmış borcları vaxtaşırı ödəmişdir. Məhkəmə yanlış qərar verərək icarə hüququnu 1/9 hissəyə bölməklə qətnamə çıxartmışdır. İş materiallarındakı notarius sənədlərindəki mənzilin çıxarışının həqiqiliyi tə sdiq olunmur. Sənədin əslində tarixinə baxılsa reyestr №**********57-li mənzil xx.xx.2013-ci ildə Nüsrətova Zahidənin adına mülkiyyət hüququ qeydiyata alınıb.Bu barədə məhkəmə daşınmaz əmlaka dair sorğusunda da təsdiqlənmişdir və bildirmişdir ki 0,003 ha torpaq sahəsinin icarə hüququ Nüsrətova Zahidə adına qeydiyata alınmamışdır, həmçinin qeyd olunmuşdur ki xx.xx.1982-ci il anasına iş yerindən yaşamaq üçün verilən mənzil № N/298 saylı orderə nisbətdə öz hüququ statusunu dəyişərək hamının razılığı ilə mərhumənin adına tam pay mülkiyət hüququ qeydiyata alınmışdır. İş materiallarında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2019-cu ildə notariusa ərizə vermişdir və xx.xx.2023-ci ildə iddia ərizəsi məhkəməyə təqdim etmişdir. Notarius ərizələrinin, sənədlərinin saxtalığını, tarixini və məhkəməyə veril miş iddia tarixi nəzərə alınsa, qanunvericiliklə hər bir halda iddia müddəti notariusa ərizə verib miras qəbul etməsi üçün ayrılmış müddət ötürülmüşdür. Məhkəmə iş materiallarındakı “QAZ 33021” markalı **-CM-*** dövlət qeydiyat nişanlı yük nəqliyyat vasitəsi mirasqoyan Zahidə Nüsrətova tərəfindən pay bölərkən İddiaçı işlətmək üçün vermişdir, bu kimsə tərəfindən təkzib edilməmişdir, etiraza səbəb olmamışdır.Cavabdeh2, Nüsrətova Zahidə nikahda olsalar belə, uzun illər birgə yaşamadığı hətta 1980-cı ildən başqa nigahdan kənar qadınla yaşadığı hər kəs tərəfindən təsdiq olunmuşdur, anası ilə birgə yaşamadığı rəsmi sənədlərdə də öz əksini taparaq təsdiq olunmuşdur. Yük nəqliyyat vasitəsi mərhum anası və atası birgə nigah dövründə yaşadığı müddətdə alınmamışdır.Anası ilə öz vəsaiti hesabına bir gə 2001-ci ilin yay ayında tikdiyi, bölgü əsnasında ona verilən 21 kv. metrlik mağazanı daha sonra müxtəlif şirkətlərdə işləyərək artıraraq 24 kv. metr etdiyi mağazadan gələn gəlir hesabına yük avtomaşını alınmışdır. 0.003 ha torpaq icarə hüququna dair sənədə əsasən bu miras əmlak hesab edilmədiyindən bələdiyyə mülkiyyəti icarə hüququnu bələdiyyə müəyyən edir, bu məsələ vərəsəliklə bölünməsi qanunda nəzərdə tutulmayıb. 21 kv. metrlik mağazada Cavabdeh2 işləməmişdir, yalnız az bir müddət cavabdehlərdən Xəyalə, iddiaçı Vətən satıcı kimi anası Zahidə ilə o, topdan satış mərkəzlərindən mal almağa getdikləri günün müxtəlif vaxtlarında bir-birlərini dəyişərək işləmişlər, təxminən 2005-ci ildə mağaza bağlanmışdır. Bunu şahidlər və məhkəmə iştirakçıları da təsdiq edir. Miras mənzildə digər cavabde hlər yaşamamışlar. Cavabdehlərin hamısının başqa əmlakları vardır. Həmin mənzildə yaşadığı müddətdə əsasən yalnız o, anasının bütün ehtiyaclarını, xərclərini qarşılamış, sözügedən bütün əmlaka sahiblik etmişdir. Əmək haqqı ilə təmir etmiş, hətta 21.kv metr mağazanın qabağın sökərək artırıb 24.kv. metr etmiş, 0,003 ha kv. metrlik torpağ sahəsində mağaza tikmişdir.
36. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (105)-1228/2024 nömrəli, 29 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: İlqar Dəmirov sədrlik edən və məruzəçi, Fuad Məmmədov və Lalə Rəhimli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 0,003 ha torpaq sahəsinə vərəsəlik paylarının müəyyən edilməsi” hissəs ində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmiş, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmışdır.
37. Məhkəmə kollegiyası iddia tələbinin Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 0,003 ha torpaq sahəsinə dair vərəsəlik hüquqularının müəyyən edilməsinə dair hissəsi ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materiallarında olan X5 adına icarəyə verilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən 0,003 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdən 10 il müddətinə xx.xx.2024-cü il tarix kimi icarəyə verilmişdir. Buna görə məhkəmə kollegiyası qeyd edir ki, həmin torpaq sahəsi mülkiyyət hüququ əsasında deyil, yalnız icarə hüququ əsasında miras kütləsinə daxil olsa da, hazırki to rpaq sahəsi üzərində icarə hüquqlarına artıq xitam verildiyindən o, öz hüquqi əhəmiyyətini itirmişdir.Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi kobud səhvə yol verərək, Sumqayıt şəhəri, X6 mülkiyyətində olan 0,003 ha torpaq sahəsinin səhvən mülkiyyət hüququ əsasında miras kütləsinə daxil etmişdir.
38. Məhkəmə kollegiyası miras kütləsinə daxil olan digər əmlaklara münasibətdə isə qeyd etmişdir ki, xx.xx.2019-cu ildə vəfat etmiş X3 miras qalmış Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir yol yaşayış massivi, ev 2, mənzil 17-yə münasibətdə İddiaçı 1/9 hissədə, Cavabdeh2 1/9 hissədə, Cavabdeh3 Etiqat qızının 1/9 hissədə, Cavabdeh6 1/9 hissədə, Cavabdeh4 1/9 hissədə, Cavabdeh5 1/9 hissədə, Cavabdeh1 1/9 hissədə, X4 övladları - Cavabdeh7 və Cavabdeh8 1/9 hissədə vərəsəlik payların ı müəyyən edilməsinə və qalan 1/9 hissədə X12 münasibətdə açıq saxlanılmasına dair birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir.
39. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, **CM-*** dövlət qeydiyyat nişanlı, “QAZ -33021” yük markalı avtomobil Cavabdeh2 ilə X5 birgə nikahları dövründə əldə edilmişdir.Belə olan halda birnci instasniya məhkəməsi düzgün olaraq X5 ½ və Cavabdeh2 1/2 pay üzrə mülkiyyət hüquqları tanınmalı, **-CM-*** dövlət qeydiyyat nişanlı, QAZ -33021 yük markalı avtomaşının X7 məxsus ½ hissəsinə İddiaçı 1/9 hissədə, Cavabdeh2 1/9 hissədə, Cavabdeh3 Etiqat qızının 1/9 hissədə, Cavabdeh6 1/9 hissədə, Cavabdeh4 1/9 hissədə, Cavabdeh5 1/9 hissədə, Cavabdeh1 1/9 hissədə, X4 övladları - Cavabdeh7 və Cavabdeh8 1/9 hissədə vərəsəlik payları müəyyən edilməli, qalan 1/9 hissə X12 münasibətdə açıq saxlanılmalıdır.
40. Belə ki, Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.Buna görə məhkəmə kollegiyası buraxılış ili 1999-cu il olan həmin nəqliyyat vasitəsinin bir nikah dövründə əldə olunmuş vəsait hesabına alınmamasına dair apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir.
41. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273.1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
42. Belə olduğu halda iddiaçı və digər cavabdehlər miras əmlakına faktiki sahibliyi həyata keçirməsələr və mirası qəbul etmə barədə notariat orqanlarına müraciət eməsələr də fakitiki olaraq mülki qanunvericiliyə əsasən vərəsəlik qaydasında miras əmlakları onların mülkiyyətinə keçməklə hər birinin bərabər payı müəyyən edilməlidir.
43. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi Sumqayıt şəhəri, Hacı Zey nalabdin qəsəbəsi, 0,003 ha torpaq sahəsi üzərində payların vərəsəlik qaydasında keçməsinə dair düzgün hüquqi nəticəyə gəlmədiyindən həmin hissədə qətnamə ləğv edilməklə iddia tələbi həmin hissədə rədd edilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1146, 1151.1, 1151.2, 1159.1, 1243.1, 1243.2, 1247, 1252, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-ci maddələrinə də istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
45. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsi xa hiş etmişdir.
46. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəf məhkəməyə müraciət edib heç bir hüququ olmadığı halda özünə və digər cavabdehlərə anasından miras qalmış əmlakdan pay tələb etmişdir. Miras əmlakını təşkil edən mənzil anasının mülkiyyətində olmuşdur. X20 vəfat etməmişdən əvvəl ancaq Cavabdeh5 ilə yaşamışdır. Anası vəfat etdikdən sonra həmin əmlaka faktiki sahibliyi Cavabdeh5 etmişdir. O, miras əmlakı olan mənzilə anasını sağlığında və anası öldükdən sonra xeyli miqdarda xərc çəkmiş və təmir etdirmişdir. Ancaq bütün bunlara baxmayaraq iddiaçı qardaşı onu cavabdeh kimi göstərərk, onun ləyaqətsiz vərəsə hesab edilməsi və miras əmlakından pay almamasını məhkəmədən tələb etmişdir. Miras isə qeyri-bərabər bölümüşdür.
47. Miras əmlakını faktiki olaraq Cavabdeh5 qəbul etmişdir. Ondan başqa heç kim faktiki olaraq mirası əbul etməmişdir. Mülki Məcəlləyə əsasən Cavabdeh5 anasının qanun üzrə vərəsəsi hesab edilir. Ancaq yazılı olmasa da şifahi olaraq anası X10 ölməmişdən əvvəl Qazel markalı avtomaşınını İddiaçı, mənzilini isə kiçik oğlu Cavabdeh5 vəsiyyət etdiyini bildirmişdir. Bunu birinci instansiya məhkəməsində ifadə vermiş şahidləri də təsdiq etmişdir. Anasının vəsiyyəti olmuşdursa onda məhkəmə vəsiyyəti əsas götürüb miras əmlakını bölməli idi.
48. Bundan başqa, iddiaçılar Cavabdeh5 ünvanına nalayiq ifadələr işlətmiş, onun şərəf və ləyaqətini alçaltmışdırlar. Onun barəsində məhkəmə iclasında xoşagəlməz ifadələr işlətmişdirlər. Məhkəmə iclasına sədrlik edən hakim isə bu hərəkətləri edən şəxslər barəsində heç bir tədbir görməmişdir.
49. Bildirmək istəyirəm ki, a naları Nüsrətova Zahidənin sağlığı dövründə Cavabdeh5, Cavabdeh3, həyat yoldaşı Cavabdeh2 onun sağlığı dövründə onunla maraqlanmayıblar, onun qayğısına qalmayıblar. Anası ilə ancaq xəstəliyinin vaxtlarında və son illərində ancaq Cavabdeh5 qalmışdır. Anasını müalicə etdirmişdir. Lakin anaları öldükdən sonra həyat yoldaşı və övladları Nüsrətova Zahidədən qalmış mirasdan pay tələb etmişdirlər. İddiaçı cavabdeh Nüsrətov Bbaəkin ləyaqətsiz vərəsə hesab edilməsini məhkəmədən tələb etsə də, məhkəmə onun iddiasını təmin etməmişdir. Ancaq işin hallarına baxsaq əslndə analarının sağlığı dövründə onunla maraqlanmayan, onun qayğısına qalmayan digər vərəsələr (Cavabdeh3, İddiaçı, Cavabdeh2 və digərləri) məhkəmənin qərarı ilə ləyaqətsiz vərəsə hesab edilməli idilər.
50. Miras əmlakını faktiki olaraq Cav abdeh5 qəbul etmişdir. Ondan başqa heç kim faktiki olaraq mirası əbul etməmişdir. Mülki Məcəlləyə əsasən Cavabdeh5 anasının qanun üzrə vərəsəsi hesab edilir. Ancaq yazılı olmasa da şifahi olaraq anası X10 ölməmişdən əvvəl Qazel markalı avtomaşınını İddiaçı, mənzilini isə kiçik oğlu Cavabdeh5 vəsiyyət etdiyini bildirmişdir. Bunu birinci instansiya məhkəməsində ifadə vermiş şahidləri də təsdiq etmişdir. Anasının vəsiyyəti olmuşdursa onda məhkəmə vəsiyyəti əsas götürüb miras əmlakını bölməli idi.
51. Cavabdeh kassasiya şikayətinə əlavə göndərərək qeyd etmişdir ki, həm birinci instansiya məhkəməsində işə baxılan zaman, həm də apellyasiya instansiyası məhkəməsində Babək Hüseynov anasından miras qalmış evə xərclər çəkdiyini bildirmişdir. Belə ki, həm anasının sağlığı dövründə həm də anası vəfat etdikdən sonra anasından miras qalmış ünvan 1 ünvanındakı mənzili təmir etmiş, ora əlavə əşyalar (kondisioner, qapı-pəncərə, digər əlavə aksessuarlar) alıb yerləşdirmişdir. Bunu sübut etmək üçün birinci instansiya məhkəməsində Cavabdeh5 tanışları, onların ailəsinin yaxınları və evi təmir edən qohumları gəlmiş və məhkəmədə ifadə vermişdirlər. Onların məhkəmədə verdikləri ifadə ilə bir daha sübut olunur ki, Cavabdeh5 anasından miras qalmış mənzili öz vəsaiti hesabına təmir etdirmiş, bu iş ilə özü məşğul olmuşdur. Şahidlər özləri birbaşa bunu təsdiq etmişdirlər. X20 vəfat etdikdən sonra indiyədək Babak Nüsrətəv həmin mənzildə yaşayır. Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən mənzil vərəsələr arasında bərabər paylara bölünmüşdür. Onda Babək həmin miras əmlakı sayılan mənzilin təmirinə və dü zəldilməsinə çəkdiyi, oraya aldığı əlavə əşyalara görə xərclədiyi pullar necə kompensasiya edəcəkdir? Əgər əmlak, mənzil vərəsələr arasında bölünürsə, onda Babəkin xərclədiyi vəsait də vərəsələr arasında bölünməli və həmin pulların ona qaytarılması barəsində qərar qəbul edilməli idi. Uzun illər Babək anası ilə miras qalmış həmin mənzildə yaşamışdır. Onun idarə edilməsində, təmirində qardaşının, atasının, bacılarının heç bir köməyi, yardımı olmamışdır. İndi isə həmin mənzilin digərləri ilə bərabər paylara bölünməsi onun maraqlarına, mənafelərinə toxunur.
52. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasi 29, 71-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1, 1134.1,1137-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 53. k assasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
54. Maddə 1133.1.Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
55. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
56. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
57. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlan mış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.
58. Maddə 1145. Miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
59. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
60. Maddə 1151.1.Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
61. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
62. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qo yanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
63. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
64. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
65. Maddə 1247.Əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır.
66. Maddə 1252. Əgər vərəsə miras a çıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
67. Maddə 225.1.Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
68. Maddə 73.
1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir:... torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
69. Maddə 14.
2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
71. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
72. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların ayd ınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
75. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
76. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
77. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
78. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində yox lanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
79. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
80. Məhkəmə kollegiyası kassasiya şikayətinin mənzil vərəsələr arasında bölünürsə, onda Babəkin xərclədiyi vəsaitin də vərəsələr arasında bölünməli və həmin pulların ona qaytarılması barisində qərar qəbul edilməli oması barədə dəlili ilə razılaşmır.Belə ki, Cavabdeh5 mənzilə çəkdiyi xərclərin vərəsələr ara sında bölünməsi və pulların ona qaytarılması məsələsi hazırkı iş üzrə məhkəmə araşdırmasının predmeti olmamışdır.Ona görə də apellyasiya məhkəməsi göstərilən məsələ üzrə qətnamə qəbul etməməklə hər hansı maddi və prosessual hüquq normasının pozuntusuna yol verməmişdir.
81. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hüquqi hallara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
82. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tə rəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
83. Cavabdeh məhkəmə kollegiyasına sənədlər (qiymətləndirmə hesabatı və s.) göndərsə də, məhkəmə kollegiyası bildirir ki, kassasiya məhkəməsi sübutlar qəbul etmir, işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır
84. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədə n saxlanılmalıdır.
85. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 avqust 2024-cü il tarixli 2(105)-1228/2024 nömrəli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.