Məhkəmə qərarları › İş №2(105)-1228/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1228/2024

29.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1228/2024 29.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X21 ibarət tərkibdə, məhkəmə iclas katibi Elbəyli Vüsalə Rasim qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh5, Cavabdeh3 Etiqat qızının, Muradova (Nüsrətova) Bəsti Etiqat qızının, Cavabdeh4 iştirakı ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhər 1 saylı notariat ofisini cəlb etməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Etiqat qızı, Cavabdeh4, Cavabdeh5, Muradova (Nüsrətova) Bəsti Etiqat qızı, Cavabdeh7 və Cavabdeh8 qarşı "miras əmlakda vərəsələrin paylarının müəyyən edilməsi, ləyaqətsiz vərəsə hesab edilmə və pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)-3214/2023 nömrəli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Etiqat qızı, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "miras əmlakda vərəsələrin paylarının müəyyən edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1980- ci ildən etibarən qəhrəman ana kimi anası X10 dövlət tərəfindən verilmiş Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan D/Y, Y/M- də yerləşən 2 saylı evin 17 saylı mənzilində yaşamışdır. 2007-ci il tarixdə ailə qurmuş və həmin mənzildə yaşamışdır. İki övladı da həmin mənzildə doğulmuşlar. Təxminən 7 il əvvəl qardaşı Babək onu həmin mənzildə döydü, bədəninə müxtəlif xəsarətlər yetirdi və bundan sonra o, ailəsi ilə birlikdə həmin mənzili məcburi şəkildə tərk etməli oldu. İndiyə kimi də müxtəlif kirayə evlərdə yaşayır. 2019-cu ilin fevral ayında anası vəfat etdi. Anası vəfat edənə kimi də öz mənzilində yaşamış və elə həmin mənzildə də vəfat etmişdir. Anasının yas mərasimini o və bacıları birlikdə təşkil etmişlər, Zeynalabdin qəsəbə qəbirsanlığında dəfn etmişlər. Babək nə iddiaçı ilə, nə də bacıları ilə yola getmədiyi üçün anasına məxsus mənzildə yaşamaq qeyri-mümkündür. Sonuncu dəfə isə Babək iddiaçını 2022-ci ilin dekabr ayında çox dəhşətli şəkildə döymüş, 8-ci və 9-cu qabırğalarını sındırmış və məhkəmə tərəfindən onun barəsində hökm çıxmışdır. Halhazırda isə analarından miras qalmış mənzil, avtomaşın, mağaza, torpaq və sair əmlakların vərəsələr arasında bölünməsinə razılıq vermir və bütün mirasın özünə məxsus olduğunu bildirir. Qanunla müəyyən edilmiş müddətdə vərəsələr notariusa ərizə ilə müraciət etmiş və miras əmlakı qəbul etmişlər. Lakin mirasda payları qarşılıqlı razılıqla bölüşdürmək mümkün olmamışdır. Ona görə də anası X5 miras qalmış əmlaklarda payların məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Göstərilənlərə əsasən xx.xx.2019-cu il tarixdə vəfat etmiş X5 miras qalmış Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Şirvan D/Y, Y\M, 2 saylı evin 17 saylı mənzili, Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi Şirvan D/Y, Y/M, 0,003 ha torpaq sahəsinə dair icarə hüquqları və **-CM-*** qeydiyyat nişanlı, QAZ -33021 yük markalı avtomaşına dair vərəsəlik üzrə bərabər pay hüququnun müəyyən edilməsi, tərəflərə aid paylara uyğun vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X5 miras qalmış Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan D/Y, Y/M, 2 saylı evin 17 saylı mənzili, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan D/Y, Y/M, 0,003 ha torpaq sahəsinə dair icarə hüquqları və **-CM-*** dövlət qeydiyyat nişanlı, QAZ -33021 yük markalı avtomaşına dair vərəsəlik üzrə iddiaçı və cavabdehlər -Muradova (Nüsrətova) Bəsti Etiqat qızı, Camalova (Nüsrətova) Şəfa Etiqad qızı, Cavabdeh2 və Cavabdeh1 arasında bərabər pay hüquqlarının müəyyən edilməsi, paylara uyğun vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi və miras əmlaklar üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına və digər cavabdehlər Cavabdeh5 və Cavabdeh4 anasına münasibətdə ləyaqətsiz vərəsə hesab edilərək miras əmlakdakı pay hüququndan məhrum edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək, X10 məxsus olan qeyri-yaşayış sahəsinin icarəsindən mənimsənilmiş 29150 manat məbləğində pulun da Cavabdeh5 alınaraq vərəsələr arasında bölünməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra İddiaçı məhkəməyə ərizə təqdim edərək, mərhum bacısı Ulduz Süleymanovanın övladları Cavabdeh7 və Cavabdeh8 cavabdehlər qismində cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)-3214/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2019-cu ildə vəfat etmiş X5 miras qalmış Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir yol yaşayış massivi, ev 2, mənzil 17-yə və Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 0,003 ha torpaq sahəsinə İddiaçı 1/9 hissədə, Cavabdeh2 1/9 hissədə, Cavabdeh3 1/9 hissədə, Cavabdeh6 1/9 hissədə, Cavabdeh4 1/9 hissədə, Cavabdeh5 1/9 hissədə, Cavabdeh1 1/9 hissədə, X6 övladları - Cavabdeh7 və Cavabdeh8 1/9 hissədə vərəsəlik paylarının müəyyən edilməsi, qalan 1/9 hissə X17 münasibətdə açıq saxlanılması, xx.xx.2019-cu ildə vəfat etmiş X5 miras qalmış 50-CM437 dövlət qeydiyyat nişanlı, “QAZ -33021” yük markalı avtomaşının birgə nikah dövründə əldə olunan daşınar əmlak kimi bərabər paylarla bölünməsi və həmin əmlak üzərində X7 ½ və Cavabdeh2 ½ pay üzrə mülkiyyət hüquqlarının tanınması, **-CM-*** dövlət qeydiyyat nişanlı, “QAZ-33021” yük markalı avtomaşının X10 məxsus ½ hissəsinə - İddiaçı 1/9 hissədə, Cavabdeh2 1/9 hissədə, Cavabdeh3 1/9 hissədə, Cavabdeh6 1/9 hissədə, Cavabdeh4 1/9 hissədə, Cavabdeh5 1/9 hissədə, Cavabdeh1 1/9 hissədə, X6 övladları Cavabdeh7 və Cavabdeh8 1/9 hissədə vərəsəlik paylarının müəyyən edilməsi, qalan 1/9 hissənin X17 münasibətdə açıq saxlanılması, qətnamənin miras əmlaklar üzərində mülkiyyət hüquqlarının qeydə alınması və miras əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin verilməsi üçün əsas olması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Şəbnəm Həxiyeva). Qətnamədən narazı qalan Cavabdeh5 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-3214/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddia müddətinin tətbiq edilməsini, şərəf və ləyaqətini təhqir edənlərin, işgüzar nüfuzuna xələr gətirənlərin təzminat ödəməyini, anasından miras qalmış ünvan 2, mənzil 17 və Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 0,003 ha torpaq sahəsi əmlaklarının, 50-CM437 dövlət qeydiyyat nişanlı, QAZ-33021 yük markalı avtomaşına vərəsələrdən yalnız onun- Cavabdeh5 payının müəyyən edilməsi, evindən götürülmüş 5 200 manat məbləğində pulunun və ona məxsuz qızıl-zinət əşyalarının anasının qalmış təqaüdünün ölü pulunun İddiaçı, Cavabdeh3 Etiqat qızı, Cavabdeh6 alınıb ona verilməsi və anasının ölümünün araşdırılıb, təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə məhkəmə iştirakçıların adından yalan ifadələr qeyd edilərək yazılmışdır. Proses iştirakçısı kimi onun prosessual hüquqları pozulmuşdur. Şahidləri dindirilməyib. Vəkillə təmin edilməyib. Notarius etibarsız sənədlər üzərində qeydiyyat aparmışdır. Məhkəmə qətnamədə notariusa verilən ərizələrin düzgünlüyünü barkodla təsdiq edildiyini əsaslandırmışdır. Barkod notariat işinin asanlaşdırması üçün notarius işçisi tərəfindən tərtib edilən vasitədir, sənədin həqiqiliyini təsdiq edilməsi üçün əsas deyil, təqdim olunan ərizələrin mövcud vaxt ərzində elektron imzası ilə həqiqiliyi QR kod vasitəsiylə təsdiq edilir, bu da öz təsdiqini tapmır. Miras qoyanla birlikdə faktiki qeydiyatda olan və yaşayan əmlaka faktiki sahiblik, idarə etdiyini şəksiz sübhəsiz nümayiş etdirən mirası qəbul etmiş sayılır. Faktiki olaraq miras qoyanla birlikdə qeydiyatda olmayıb yaşamayan sahiblik idarə etməyən və ya miras qoyanla birlikdə faktiki yaşamamış, qanunsuz olaraq qeydiyatda olan sahiblik idarə etməyən, habelə miras qoyanın ölümündən sonra əmlaka faktiki sahiblik etməyən, habelə miras qoyana sağlığında qulluq etməyən, qulluq etməkdən imtina edən vərəsə mirası qəbul etmiş sayıla bilməz, miras qəbul edə bilməz, mirasdan pay ala bilməz, işin bu və digər bütün detayları təsdiq edilməmiş ərizə üzərində miras qalmış əmlakı vərəsə qəbul etmiş sayıla bilməz.Ərizəçinin miras qalmış əmlaka aid özünün və ya başqasının qanunsuz olaraq əldə etdiyi miras əmlakı ərizəsində qeyd etməməsi, notariusa bildirməməsi, habelə miras qoyanın digər vərəsələrinə dair, itkin düşmüş vərəsələrə dair məlumat verməməsi qanunla məsuliyyət daşıyan əsaslardandır. Belə ki, qanunvericilikdə vərəsə qanunsuz olaraq əmlakı digər özünə yaxın vərəsələrə mirası qəbul edilməsinə köməklik göstərməsi ləyaqətsiz vərəsə kimi qeyd edilmişdir.Ərizələr, ərizələrdəki sənədlərin surətlərinin, sənədlərdən çıxarışların düzgünlüyü etibarlılığı elektron qaydada avtomatlaşdırılmış şəkildə sistemə düşərək təsdiq edilməmişdir, imzalanmamışdır və ərizələrin, ərizədəki sənədlərin, etibarnamələrin dublikatlarının sürətlərlərinın çıxarışlarlarının həqiqiliyi elektron imza ilə təsdiq edilərək, həmçinin şəhadətnamələr tələb edənlərə verilməmişdir, bu özü mirasın digər vərəsələr tərəfindən qəbul etmədiyinin faktıdır. İddiaçının və cavabdehlərin mirası faktiki qəbul etdiklərinə dair notariat qaydada təsdiq edilmiş sənədləri yoxdur. Məhkəmə tərəfindən notariusun etibarsız sənədlərindəki Bələdiyyə mülkiyətindəki icarə hüququna aid 0,003 ha torpaq sahəsinə dair yanlış qətnamə çıxarılmışdır. Belə ki iş materiallarında bu torpağa dair qəbzlərdə qeyd edilmişdir ki, o, notarius qeydiyatına qədər anasının adında olan torpaq vergisinə, mülkiyyət icarə vergisinə, əmlak vergisinə, mənzil mülkiyyət vergisinə olan 2 illik borcunu xx.xx.2019-cu ildə ödəmişdir, icarə hüququnda olan əmlaka faktiki şəksiz şübhəsiz sahiblik idarə edir, qoruyub saxlayır və bu ödənişləri etməklə onun adına icarə hüququ keçərək VÖEN açılmışdır. Anasının adında olan icarə hüququna qanunla 2 illik borcu ödəmədiyinə görə xitam verilmişdir, bu məhkəmə sorğusu əsnasında alınan nəticədə dövlət daşınmaz əmlak reyestrininin təqdim etdiyi sənəddə də öz əksin tapır ki, 0.003 ha torpaq sahəsinə dair icarə hüququ X7 adına qeydiyata alınmamışdır. Bu barədə Məhkəməyə Bələdiyyə Sədrinin və baş mühasibinin qələm ilə möhür ilə rəsmi sənəd təqdim etmişdir ki, 2017-ci ildən mərhum anasının qalmış borclarını 2019-cı ildə və bundan sonra 2024-ci ilə qədər 2024-ci ildə daxil olmaqla yaranmış borcları vaxtaşırı ödəmişdir. Məhkəmə yanlış qərar verərək icarə hüququnu 1/9 hissəyə bölməklə qətnamə çıxartmışdır.İş materiallarındakı notarius sənədlərindəki mənzilin çıxarışının həqiqiliyi təsdiq olunmur. Sənədin əslində tarixinə baxsaq reyestr №**********57-li mənzil xx.xx.2013-ci ildə Nüsrətova Zahidənin adına mülkiyyət hüququ qeydiyata alınıb.Bu barədə məhkəmə daşınmaz əmlaka dair sorğusunda da təsdiqlənmişdir və bildirmişdir ki 0,003 ha torpaq sahəsinin icarə hüququ Nüsrətova Zahidə adina qeydiyata alınmamışdır, həmçinin qeyd olunmuşdur ki AR-nın qanunlarıyla keçmiş xx.xx.1982-ci il anasına iş yerindən yaşamaq üçün verilən mənzil № N/298 saylı orderə nisbətdə öz hüququ statusunu dəyişərək hamının razılığı ilə mərhumənin adına tam pay mülkiyət hüququ qeydiyata alınmışdır. İş materiallarında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2019-cu ildə notariusa ərizə vermişdir və xx.xx.2023-ci ildə iddia ərizəsi məhkəməyə təqdim etmişdir.Belə ki, AR-nın Mülki Məcəlləsi ilə iddia müddəti isə ümumilikdə 10 il təşkil edir. Notarius ərizələrinin, sənədlərinin saxtalığını, tarixini və məhkəməyə verilmiş iddia tarixini nəzərə alsaq, qanunvericiliklə hər bir halda iddia müddəti notariusa ərizə verib miras qəbul etməsi üçün ayrılmış müddət ötürülmüşdür. Məhkəmə iş materiallarındakı “QAZ 33021” markalı **-CM-*** dövlət qeydiyat nişanlı yük nəqliyyat vasitəsi mirasqoyan Zahidə Nüsrətova tərəfindən pay bölərkən İddiaçı işlətmək üçün vermişdir, bu kimsə tərəfindən təkzib edilməmişdir, etiraza səbəb olmamışdır.Cavabdeh2, Nüsrətova Zahidə nikahda olsalar belə, uzun illər birgə yaşamadığı hətta 1980-cı ildən başqa nigahdan kənar qadınla yaşadığı hər kəs tərəfindən təsdiq olunmuşdur,anası ilə birgə yaşamadığı rəsmi sənədlərdə də öz əksini taparaq təsdiq olunmuşdur.AR-nın qanunu ilə birgə nigah dövründə olsalar belə, birgə yaşamadıqları üçün atası miras əmlakdan pay almaq hüququndan məhrumdur. Yük nəqliyyat vasitəsi mərhum anası və atası birgə nigah dövründə yaşadığı müddətdə alınmamışdır.AR-nın vərəsəliyə dair qanunu ilə ər arvad birgə nikah dövründə olsalar belə, birgə yaşamadığı üçün miras əmlakdan pay almaq hüququndan məhrumdur. Anası ilə öz vəsaiti hesabına birgə 2001-ci ilin yay ayında tikdiyi, bölgü əsnasında ona verilən 21 kv. metrlik mağazanı daha sonra müxtəlif şirkətlərdə işləyərək artıraraq 24 kv. metr etdiyi mağazadan gələn gəlir hesabına yük avtomaşını alınmışdır. 0.003 ha torpaq icarə hüququna dair sənədə əsasən bu miras əmlak hesab edilmədiyindən bələdiyyə mülkiyyəti icarə hüququnu bələdiyyə müəyyən edir, bu məsələ vərəsəliklə bölünməsi qanunda nəzərdə tutulmayıb.Belə ki, torpaq icarə müqaviləsiylə alınmış torpaq üzərindəki tikilini kim inşa etmişsə mülkiyyətçisi həmin şəxsdir, torpaq icarəsi də daha sonra mülkiyyətinə verilməsidə həmin şəxsə aiddir. 21 kv. metrlik mağazada Cavabdeh2 işləməmişdir,yalnız az bir müddət cavabdehlərdən Xəyalə, iddiaçı Vətən satıcı kimi anası Zahidə ilə o, topdan satış mərkəzlərindən mal almağa getdikləri günün müxtəlif vaxtlarında bir-birlərini dəyişərək işləmişlər, təxminən 2005-ci ildə mağaza bağlanmışdır. Bunu şahidlər və məhkəmə iştirakçıları da təsdiq edir. Miras mənzildə digər cavabdehlər yaşamamışlar. Cavabdehlərin hamısının başqa əmlakları vardır. Həmin mənzildə yaşadığı müddətdə əsasən yalnız o, anasının bütün ehtiyaclarını, xərclərini qarşılamış, sözügedən bütün əmlaka sahiblik etmişdir. Əmək haqqı ilə təmir etmiş, hətta 21.kv metr mağazanın qabağın sökərək artırıb 24.kv. metr etmiş, 0,003 ha kv. metrlik torpağ sahəsində mağaza tikmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 oğlu apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və cavabdehlər Muradova (Nüsrətova) Bəsti Etiqat qızı, Cavabdeh3 Etiqat qızı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt şəhər 1 saylı notariat ofisi ərizə ilə məhkəməyə müraciət edərək iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 0,003 ha torpaq sahəsinə vərəsəlik paylarının müəyyən edilməsi hissəsində ləğv edilməklə həmin hissədə iddia təmin edilməməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instasniya məhkəməsində şahid qismində dindirilmiş X35 öz ifadəsində göstərmişdir ki, tərəflər bacısı uşaqlarıdır. Bacısı Zahidə vəfat etməmişdən əvvəl mübahisələndirilən mənzilin 1 otağını və “QAZ -33021” yük markalı avtomobili İddiaçı, həmin mənzilin bir otağını və marketi isə Cavabdeh5 vermişdir. Bacısı əmlakın bölünməsi ilə bağlı qeyd etdiklərini onun yanında olarkən demişdir. Sözügedən market 2002-ci ildə tikilmişdir. Birinci instasniya məhkəməsində şahid qismində dindirilmiş X15 öz ifadəsində göstərmişdir ki, tərəflərlə qohumluq əlaqələri var. Sözügedən mağazanı onlar inşa etmişlər. Zahidə Nüsrətova vəfat etməmişdən əvvəl mağazanı Cavabdeh5, “QAZ -33021” yük markalı avtomobili isə İddiaçı verdiyini bildirmişdir. Mağazanın artırılması ilə bağlı tikinti işlərini o həyata keçirmişdir. Sumqayıt şəhəri, Yaşma bağlarına iddiaçı ilə birlikdə getmişlər. İddiaçı ona heç bir təzyiq göstərməmişdir. Həmin ünvanda mağaza var idi və o, orada fəhlə kimi işləyirdi. Mağazada tikinti işləri zamanı işlədiyi müddət 10 günü belə keçməmişdir. O, avtomobilin sənədlərini görməmişdir. Zahidə xanım özü avtomobili iddiaçıya verdiyini bildirmişdir. İş materiallarında olan Dəvəçi rayon ZAQS şöbəsi tərəfindən xx.xx.1972-ci il tarixdə verilmiş AЗ № 190227 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X22 nikahlarını 15 mart 1972-ci il tarixdə bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 17 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Nüsrətova soyadı verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1996- cı il tarixli, 154 saylı sərəncamından görünür ki, “Torpaq sahəsinin verilməsi və geri alınması” komissiyasının 2 saylı, 10 fevral 1996-cı il tarixli protokoluna əsasən Şirvan yaşayış sahəsi, 2 nömrəli evin 17-ci mənzilinin sakini qəhrəman ana X2 köşkün qoyulması üçün Şirvan yaşayış sahəsi ərazisində Hacı Zeynalabdin qəsəbəsindəki İcra Hakimiyyəti nümayəndəliyinə 6 kv.m torpaq sahəsinin ayrılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt şəhəri X29 Şurasının 27 aprel 2001-ci il tarixli, 04 nömrəli qərarına əsasən X10 Şirvan yaşayış sahəsi, 2 nömrəli yataqxananın ərazisində 24 kv.m torpaq sahəsi kommersiya məqsədilə beş illik icarəyə verilmişdir. İş materiallarında olan Sumqayıt şəhər “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İİ № 001644 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2019-cu il tarixdə ürəyin hipertenziv xəstəliyindən ölmüşdür. İş materiallarında olan Dəvəçi rayon ZAQS şöbəsi tərəfindən xx.xx.1972-ci il tarixdə verilmiş İ-ЖГ № 347194 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1967-ci ildə Dəvəçi şəhərində anadan olmuş, atası Cavabdeh2, anası X11r. İş materiallarında olan Binəqədi rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ № 187529 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Dəvəçi rayon ZAQS şöbəsi tərəfindən xx.xx.1973-cü il tarixdə verilmiş İİ-ЖГ № 334310 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 xx.xx.1973-cü ildə Dəvəçi şəhərində anadan olmuş, atası Cavabdeh2, anası X11r. İş materiallarında olan Dəvəçi rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1974-cü il tarixdə verilmiş İİİ-ЖГ № 290535 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X31 xx.xx.1974-cü ildə Dəvəçi şəhərində anadan olmuş, atası Cavabdeh2, anası X11r. İş materiallarında olan Sumqayıt şəhər Nikah evi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş Vİİ-ЖГ № 262902 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X44 ilə X31 nikahlarını 19 oktyabr 1995-ci il tarixdə bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 768 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Camalova soyadı verilmişdir. İş materiallarında olan Şabran rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T № 082909 nömrəli doğum haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, X24 xx.xx.1976-cı ildə Şabran rayonunda anadan olmuş, atası Cavabdeh2, anası X11r. İş materiallarında olan Sumqayıt şəhər H.Z.Tağıyev qəsəbəsi İcra nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T № 014479 saylı nikah haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, X51 ilə X24 nikahlarını xx.xx.2000-cı il tarixdə bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2000-ci il tarixdə 42 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Muradova soyadı verilmişdir. İş materiallarında olan Şabran rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T № 082907 nömrəli doğum haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Şabran rayonunda anadan olmuş, atası Cavabdeh2, anası X11r. İş materiallarında olan Şabran rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-T № 082908 nömrəli doğum haqqında şəhadətnamənin təkrarının surətindən görünür ki, Cavabdeh1 xx.xx.1982-ci ildə Şabran rayonunda anadan olmuş, atası Cavabdeh2, anası X11r. İş materiallarında olan Sumqayıt şəhər VVAQ şöbəsi tərəfindən xx.xx.1983-cü il tarixdə verilmiş İX-ЖГ № 336436 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh5 xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh2, anası X11r. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı xx.xx.2007-ci ildən etibarən X12, Cavabdeh6, X25, X32, X36, Cavabdeh1, X33, X20, X37, X38, Cavabdeh5 ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D/Y, Y/M, ev 2, 17 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Cavabdeh3 Etiqat qızının Sumqayıt şəhər 1 saylı notariat ofisinə ünvanladığı **********796 saylı, xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D/Y, Y/M, ev 2, 17 saylı mənzildə qeydiyyatda olmuş, xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X5 miras qalmış əmlakı qəbul edir. Miras əmlak “QAZ-33021” yük markalı, **-CM-*** qeydiyyat nişanlı maşından, ev və torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olubolmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, başqa vərəsələr: oğlu İddiaçı, qızı Cavabdeh1, X24. Göstərilən əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. İş materiallarında olan Cavabdeh2 Sumqayıt şəhər 1 saylı notariat ofisinə ünvanladığı **********800 saylı, xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D/Y, Y/M, ev 2, 17 saylı mənzildə qeydiyyatda olmuş, xx.xx.2019-cu il tarixdə vəfat etmiş həyat yoldaşı X5 miras qalmış əmlakı qəbul edir. Miras əmlak “QAZ-33021” yük markalı, **-CM-*** qeydiyyat nişanlı maşından, ev və torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olubolmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, başqa vərəsələr: qızı Cavabdeh3 Etiqat qızı, oğlu İddiaçı, qızı Cavabdeh1, X24, Cavabdeh5. Göstərilən əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. İş materiallarında olan Cavabdeh5 Sumqayıt şəhər 1 saylı notariat ofisinə ünvanladığı **********806 saylı, xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D/Y, Y/M, ev 2, 17 saylı mənzildə qeydiyyatda olmuş, xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X5 miras qalmış əmlakı qəbul edir. Miras əmlak “QAZ-33021” yük markalı, **-CM-*** qeydiyyat nişanlı maşından, ev və torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, başqa vərəsələr: qızı Cavabdeh3 Etiqat qızı, oğlu İddiaçı, qızı Cavabdeh1, X24, Cavabdeh2. Göstərilən əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. İş materiallarında olan Cavabdeh4 Sumqayıt şəhər 1 saylı notariat ofisinə ünvanladığı **********247 saylı, xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D/Y, Y/M, ev 2, 17 saylı mənzildə qeydiyyatda olmuş, xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X5 miras qalmış əmlakı qəbul edir. Miras əmlak “QAZ-33021” yük markalı, **-CM-*** qeydiyyat nişanlı maşından, ev və torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, başqa vərəsələr: qızı Cavabdeh3 Etiqat qızı, əri Cavabdeh2, oğlu Cavabdeh5, qızı X19. Göstərilən əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. İş materiallarında olan X6 Sumqayıt şəhər 1 saylı notariat ofisinə ünvanladığı **********248 saylı, xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D/Y, Y/M, ev 2, 17 saylı mənzildə qeydiyyatda olmuş, xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X5 miras qalmış əmlakı qəbul edir. Miras əmlak “QAZ-33021” yük markalı, **-CM-*** qeydiyyat nişanlı maşından, ev və torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, başqa vərəsələr: qızı Cavabdeh3 Etiqat qızı, əri Cavabdeh2, oğlu Cavabdeh5, qızı Cavabdeh4. Göstərilən əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. İş materiallarında olan İddiaçı Sumqayıt şəhər 1 saylı notariat ofisinə ünvanladığı **********824 saylı, xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D/Y, Y/M, ev 2, 17 saylı mənzildə qeydiyyatda olmuş, xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X5 miras qalmış əmlakı qəbul edir. Miras əmlak “QAZ-33021” yük markalı **-CM-*** qeydiyyat nişanlı maşından, ev və torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, başqa vərəsələr: qızı Cavabdeh3 Etiqat qızı, oğlu Cavabdeh5, qızı Cavabdeh1, X24, əri Cavabdeh2. Göstərilən əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. İş materiallarında olan Cavabdeh6 Sumqayıt şəhər 1 saylı notariat ofisinə ünvanladığı **********848 saylı, xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D/Y, Y/M, ev 2, 17 saylı mənzildə qeydiyyatda olmuş, xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X5 miras qalmış əmlakı qəbul edir. Miras əmlak “QAZ-33021” yük markalı, **-CM-*** qeydiyyat nişanlı maşından, ev və torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, başqa vərəsələr: qızı Cavabdeh3 Etiqat qızı, oğlu Cavabdeh5, Cavabdeh1, İddiaçı, əri Cavabdeh2. Göstərilən əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. İş materiallarında olan Cavabdeh1 Sumqayıt şəhər 1 saylı notariat ofisinə ünvanladığı **********858 saylı, xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd edilmişdir ki, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, D/Y, Y/M, ev 2, 17 saylı mənzildə qeydiyyatda olmuş, xx.xx.2019-cu il tarixdə vəfat etmiş anası X5 miras qalmış əmlakı qəbul edir. Miras əmlak “QAZ-33021” yük markalı, **-CM-*** qeydiyyat nişanlı maşından, ev və torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyinin zəruriliyi notarius tərəfindən ona izah edildi. Bildirir ki, başqa vərəsələr: qızı Cavabdeh3 Etiqat qızı, oğlu Cavabdeh5, Cavabdeh6, İddiaçı, əri Cavabdeh2. Göstərilən əmlakdan ona çatası paya qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arxiv çıxarışından görünür ki, Sumqayıt şəhər X42 İcraiyyə Komitəsinin xx.xx.1982-ci il tarixli, 4 №-li protokolundan çıxarışdan görünür ki, mənzil 17, yaşayış sahəsi 59,84 kv.m. X10 təqdim edilmişdir. 1975-ci ildən işləyir. Ailə tərkibi 10 nəfərdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı ******* saylı Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir yol yaşayış massivi, ev 2, mənzil 17 X7 adına xüsusi mülkiyyət üzrə hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2013-cü il tarixdə 205 saylı reyestr kitabının 14 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AB № 888429 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1999-cu il buraxılışlı, **-CM-*** dövlət qeydiyyat nişanlı minik nəqliyyat vasitəsi xx.xx.2013-cü il tarixdən X7 adına qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 0,003 ha torpaq sahəsinə icarə hüququ X7 adına hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx.xx.2014-cü il tarixdə 81 saylı reyestr kitabının 53 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(060)- 216/2023 saylı hökmü ilə Cavabdeh5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsili bilinmiş və onun 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hökm edilmişdir. Həmin hökmdən görünür ki, Cavabdeh5 qardaşı İddiaçı qəsdən sağlamlığa az ağır zərərvurmya aid xəsarət yetirmişdir. İş materiallarında olan Sumqayıt şəhər 1 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı 11 fevral 2019-cu il tarixdə vəfat etmiş X7 vərəsəsidir (oğlu) və miras qalmış əmlakdan irs amalıdır (vərəsələr arasında miras payla bağlı mübahisə olduğundan miras əmlakda pay nisbəti müəyyən edilməmişdir). Bundan əlavə, miras qoyanın digər vərəsələri əri- Cavabdeh2, qızı- Cavabdeh3, qızı - Cavabdeh6, qızı - Cavabdeh4, qızı X19, oğluCavabdeh5, qızı - Cavabdeh1dır. Miras qalmış əmlak Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan D/Y, Y/M, ev 2, mənzil 17, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 0,003 ha torpaq sahəsinə dair icarə hüquqları və **-CM-*** dövlət qeydiyyat nişanlı, QAZ -33021 yük markalı avtomaşından ibarətdir. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 17 saylı mənzil Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının Mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2008- ci il tarixli 9/587 nömrəli order, Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X13 23 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2013cü il tarixli 245 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələri əsasında X7 adına qeydiyyata alınmış, xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sonradan, mərhum X7 vərəsəsi Cavabdeh3 Etiqat qızının etibarnamə ilə nümayəndəsi Nümayəndə1 dublikat çıxarışının alınması ilə bağlı idarəyə müraciət etmiş və mərhum X7 adına xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Həmçinin bildirilir ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi ərazisində yerləşən 0.003 ha torpaq sahəsi üzərində icarə hüququ mərhum X7 adına dövlət reyestrində qeydiyyata alınmamışdır. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X63 İdarəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, DİN Baş X63 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “QAZ 33021” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.1999-cu il tarixdə X26 adına qeydiyyata alınmış, xx.xx.2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və nəqliyyat vasitəsinə yeni **-CM-*** dövlət qeydiyyat nişanı təhkim olunaraq X7 adına rəsmiləşdirilmişdir. Eyni zamanda diqqətə çatdırılır ki, “QAZ 33021” markalı **- CM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2013-cü il tarixdə X7 adına rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Cavabdeh2 ilə X18 arasında bağlanmış nikahdan doğulmuş uşaqlar bunlardır: X27 (xx.xx.1972), Cavabdeh4 (xx.xx.1973), X31 (xx.xx.1974), İddiaçı (xx.xx.1978), Cavabdeh1 (xx.xx.1982) İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Vətəndaşlıq Vəziyyəti aktları” X3 Sistemində vətəndaş X16 ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X28 barəsində dəqiq təyinedici məlumatlar (doğum tarixi, pasport nömrəsi) olmadığından sorğunun cavablandırılması imkan xaricindədir. Birinci instansiya məhkəməsinin araşdırmasına əsasən müəyyən olunmuşdur ki, X18 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun vərəsələri Cavabdeh2, İddiaçı, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, X19, Cavabdeh5, Cavabdeh1dır. X4 miras qalmış əmlak Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan D/Y, Y/M, ev 2, mənzil 17, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 0,003 ha torpaq sahəsinə dair icarə hüquqları və **-CM-*** dövlət qeydiyyat nişanlı, QAZ -33021 yük markalı avtomaşındır. X1 xx.xx.2021-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1247-ci maddəsinə əsasən, əgər miras almaq hüququ digər vərəsələrin mirası qəbul etmədikləri halda yaranırsa, miras onun qəbulu üçün müəyyənləşdirilmiş müddətin qalan hissəsi ərzində qəbul edilməli, bu müddət altı həftədən az olduqda isə altı həftəyədək uzadılmalıdır. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslər onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölməsi və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1.-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2.-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə kollegiyası iddia tələbinin Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 0,003 ha torpaq sahəsinə dair vərəsəlik hüquqularının müəyyən edilməsinə dair hissəsi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İş materiallarında olan X7 adına icraəyə verilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən 0,003 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdən 10 il müddətinə xx.xx.2024-cü il tarix kimi icarəyə verilmişdir. Buna görə məhkəmə kollegiyası qeyd edir ki, həmin torpaq sahəsi mülkiyyət hüququ əsasında deyil, yalnız icarə hüququ əsasında miras kütləsinə daxil olsa da, hazırki torpaq sahəsi üzərində icarə hüquqlarına artıq xitam verildiyindən o, öz hüquqi əhəmiyyətini itirmişdir.Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi kobud səhvə yol verərək, Sumqayıt şəhəri, X9 mülkiyyətində olan 0,003 ha torpaq sahəsinin səhvən mülkiyyət hüququ əsasında miras kütləsinə daxil etmişdir. Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda torpaq sahəsi və ya onun bir hissəsi üzərində icarə hüququna xitam verilir. Məhkəmə kollegiyası miras kütləsinə daxil olan digər əmlaklara münasibətdə isə qeyd edir ki, xx.xx.2019-cu ildə vəfat etmiş X5 miras qalmış Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir yol yaşayış massivi, ev 2, mənzil 17-yə münasibətdə İddiaçı 1/9 hissədə, Cavabdeh2 1/9 hissədə, Cavabdeh3 Etiqat qızının 1/9 hissədə, Cavabdeh6 1/9 hissədə, Cavabdeh4 1/9 hissədə, Cavabdeh5 1/9 hissədə, Cavabdeh1 1/9 hissədə, X6 övladları - Cavabdeh7 və Cavabdeh8 1/9 hissədə vərəsəlik paylarını müəyyən edilməsinə və qalan 1/9 hissədə X17 münasibətdə açıq saxlanılmasına dair birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, **-CM- *** dövlət qeydiyyat nişanlı, “QAZ -33021” yük markalı avtomobil Cavabdeh2 ilə X7 birgə nikahları dövründə əldə edilmişdir.Belə olan halda birnci instasniya məhkəməsi düzgün olaraq X7 ½ və Cavabdeh2 1/2 pay üzrə mülkiyyət hüquqları tanınmalı, **-CM-*** dövlət qeydiyyat nişanlı, QAZ -33021 yük markalı avtomaşının X10 məxsus ½ hissəsinə İddiaçı 1/9 hissədə, Cavabdeh2 1/9 hissədə, Cavabdeh3 Etiqat qızının 1/9 hissədə, Cavabdeh6 1/9 hissədə, Cavabdeh4 1/9 hissədə, Cavabdeh5 1/9 hissədə, Cavabdeh1 1/9 hissədə, X6 övladları - Cavabdeh7 və Cavabdeh8 1/9 hissədə vərəsəlik payları müəyyən edilməli, qalan 1/9 hissə X17 münasibətdə açıq saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.Buna görə məhkəmə kollegiyası buraxılış ili 1999-cu il olan həmin nəqliyyat vasitəsinin bir nikah dövründə əldə olunmuş vəsait hesabına alınmamasına dair apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Apellyasiya şikayətinin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273.1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Belə olduğu halda iddiaçı və digər cavabdehlər miras əmlakına faktiki sahibliyi həyata keçirməsələr və mirası qəbul etmə barədə notariat orqanlarına müraciət eməsələr də fakitiki olaraq mülki qanunvericiliyə əsasən vərəsəlik qaydasında miras əmlakları onların mülkiyyətinə keçməklə hər birinin bərabər payı müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 0,003 ha torpaq sahəsi üzərində payların vərəsəlik qaydasında keçməsinə dair düzgün hüquqi nəticəyə gəlmədiyindən həmin hissədə qətnamə ləğv edilməklə iddia tələbi həmin hissədə rədd edilməli, qətnamə digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)-3214/2023 nömrəli qətnaməsi “Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 0,003 ha torpaq sahəsinə vərəsəlik paylarının müəyyən edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qətnamə digər hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar