Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1121/2024 20.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X8 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Etiqat qızı, Cavabdeh4, Cavabdeh5, Muradova (Nüsrətova) Bəsti Etiqat qızı, Cavabdeh7 və Cavabdeh8 qarşı “miras əmlakda vərəsələrin paylarının müəyyən edilməsi, ləyaqətsiz vərəsə hesab edilmə və pul tələbi”nə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(060)-3214/2023 nömrəli qərardadından Cavabdeh5 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Etiqat qızı, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı "miras əmlakda vərəsələrin paylarının müəyyən edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)-3214/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2019-cu ildə vəfat etmiş X1 miras qalmış Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Dəmir yol yaşayış massivi, ev 2, mənzil 17-yə və Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, 0,003 ha torpaq sahəsinə İddiaçı 1/9 hissədə, Cavabdeh2 1/9 hissədə, Cavabdeh3 1/9 hissədə, Cavabdeh6 1/9 hissədə, Cavabdeh4 1/9 hissədə, Cavabdeh5 1/9 hissədə, Cavabdeh1 1/9 hissədə, X2 övladları - Cavabdeh7 və Cavabdeh8 1/9 hissədə vərəsəlik paylarının müəyyən edilməsi, qalan 1/9 hissə X5 münasibətdə açıq saxlanılması, xx.xx.2019-cu ildə vəfat etmiş X1 miras qalmış **-CM-*** dövlət qeydiyyat nişanlı, “QAZ -33021” yük markalı avtomaşının birgə nikah dövründə əldə olunan daşınar əmlak kimi bərabər paylarla bölünməsi və həmin əmlak üzərində X3 ½ və Cavabdeh2 ½ pay üzrə mülkiyyət hüquqlarının tanınması, **-CM-*** dövlət qeydiyyat nişanlı, “QAZ-33021” yük markalı avtomaşının X4 məxsus ½ hissəsinə - İddiaçı 1/9 hissədə, Cavabdeh2 1/9 hissədə, Cavabdeh3 1/9 hissədə, Cavabdeh6 1/9 hissədə, Cavabdeh4 1/9 hissədə, Cavabdeh5 1/9 hissədə, Cavabdeh1 1/9 hissədə, X2 övladları Cavabdeh7 və Cavabdeh8 1/9 hissədə vərəsəlik paylarının müəyyən edilməsi, qalan 1/9 hissənin X5 münasibətdə açıq saxlanılması, qətnamənin miras əmlaklar üzərində mülkiyyət hüquqlarının qeydə alınması və miras əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin verilməsi üçün əsas olması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)-3214/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh5 tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(060)-3214/2023 saylı qərardadı ilə Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilməməsi əsası ilə geri qaytarılması qərara alınmışdır. Cavabdeh5 Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(060)- 3214/2023 saylı qərardadından şikayət verərək qərardadın ləğv olunması xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 2(060)-3214/2023 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(060)-3214/2023 saylı qərardadından Cavabdeh5 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(105)-721/2024 saylı qərardadı ilə Cavabdeh5 şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, onunla bağlı 20 və 26 fevral 2024-cü il tarixli qərardadlarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. xx.xx.20024-cü il tarixdə Cavabdeh5 Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(060)-3214/2023 saylı qərardadından yenidən şikayət verməklə yananşı, eyni zamanda qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddət bərpasına dair ərizə ilə müraciət edərək, ötürülmüş müddətin üzürlü hesab edilərək bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(060)-3214/2023 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(060)-3214/2023 saylı qərardadından Cavabdeh5 tərəfindən verilmiş şikayətin baxılmadan geri qaytarılması, Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023cü il tarixli, 2(060)-3214/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(060)-3214/2023 saylı qərardadından şikayət verilmiş, həmin şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə baxılmış və yekun qərar çıxarılmışdır. Cavabdeh5 tərəfindən eyni şikayət ilə yenidən məhkəməyə müraciət edilməsi nəzərə alınaraq şikayətə baxılmadan geri qaytarılmalıdır. Həmçinin Cavabdeh5 tərəfindən müddətin bərpası haqqında ərizə verilsə də, ərizəyə apellyasiya şikayəti əlavə edilməmişdir. Bundan əlavə Cavabdeh5 buraxılmış şikayət vermə müddəti ilə bağlı heç bir üzrlü hal göstərmədən, üzrlü halları təsdiq edən sübutları təqdim etmədən ərizəni təqdim etmişdir. Cavabdeh5 tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(060)-3214/2023 saylı qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə sənədini rəsmi qaydada poçt orqanı vasitəsilə aldığı tarix hesab edilir, müddətin axımı həmin tarixdən, yəni xx.xx.2024-ci il tarixdən başlayır. Təyin olunmuş müddət 1 ay hesablananda xx.xx.2024-ci tarixdə apellyasiya şikayəti vermişdir ki, bununla da qanunvericiliklə müəyyən edilmiş bir aylıq müddəti ötürməmişdir. Sadəcə olaraq qərardaddan şikayət verəndə əlavə olaraq da buraxılmış müddətin bərpası üçün vəsatət yazaraq xahiş etmişdir ki, nəzərə alınsın.Əslində prosesual müddəti ötürdüyü üçün əlavə vəsatət verməmişdir. Bu məsələdə də hesab edir ki, haqqlıdır, çünki həmin vaxtı məhkum hesab edilirdi, qanuvericiliklə cəza müddəti bitəndən 1 ay sonrada apellyasiya şikayəti verə bilərdi. Habelə rəsmi olaraq heç bir yerdə işləmir, çox saylı borc içindədir, vəkillə təmin olunmamış və ya vəkil tutmağa imkanı olmayıb. Bu hallarda da 2 ay, 3 ay sonra da apellyasiya şikayəti versəydi yenə də müddəti ötürmüş hesab edilmir. Ötürülmüş müddətin bərpası üçün bu elə əsas səbəblərdəndir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2(060)- 3214/2023 saylı qərardadını ləğv edib, poçt vasitəsilə qətnaməni aldığı müddətdən hesab edildiyinə görə vaxtında apellyasiya şikayət göndərdiyinə görə ötürülmüş müddəti bərpa edilməsi, apellyasiya şikayətinin baxılmasını təmin edilməsi üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(060)-3214/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(060)-3214/2023 saylı qərardadı “Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)-3214/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməsi” hissəsində ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023cü il tarixli, 2(060)-3214/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət bərpa edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsi xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemində Cavabdeh5 məxsus elektron kabinetə yerləşdirilmiş, qətnamədən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmiş, bununla da qanunla nəzərdə tutulmuş 1 aylıq apellyasiya şikayəti vermə müddəti ötürülmüş, eyni zamanda buraxılmış şikayət vermə müddəti ilə bağlı heç bir üzrlü hal göstərməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina etməsinə dair gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, mübahisələndirilən məhkəmə qətnaməsi Cavabdeh5 rəsmi qaydada xx.xx.2023-cü il tarixdə verilmiş, bununla müddətin axımı başlamış, apellyasiya şikayəti isə məhkəməyə xx.xx.2024-cü il tarixdə, yəni qanunla nəzərdə tutulan bir aylıq müddət bitdikdən 8 gün sonra elektron kabinet vasitəsilə təqdim edilmişdir ki, bununla da cavabdeh qanunla nəzərdə tutulmuş apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Lakin, iş materiallarından həmçinin göründüyü kimi Cavabdeh5 qətnamə çıxarılan gün, yəni xx.xx.2023-cü il tarixdə elelktron ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ərizəsində heç yerdə işləmədiyini, ola bilsin ki, maddi imkanı olmadığına görə elelktron məhkəmə informasiya sisteminə girə bilmədiyini, buna görə də onun iştirakı olmadan qəbul edilmiş qətanmənin apellyasiya şikayəti verə bilməsi üçün ona poçt vasitəsi ilə göndərilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi də qeyd edilən ərizə əsasında qətnaməni Cavabdeh5 xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə göndərmiş, qətnamə xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza edilməklə cavabdeh tərəfindən alınmışdır (i.v.İİİ cild 183, 187 vərəq). Həmçinin, Cavabdeh5 tərəfindən məhkəməyə təqdim edilmi Ellektron Məhkəmə İnformasiya Sistemində cavabdehə məxsus elelktron kabinetdən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirilmiş qətnamə onun tərəfindən 18 yanvar 2024-cü il tarixdə oxunmuşdir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan sübutlardan göründüyü kimi iddiaçı Cavabdeh5 xx.xx.2023-cü il tarixli elelktron ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edib, çıxarılmış qətanmədən narazı qaldığını ifadə edərək apellyasiya şikayəti verə bilməsi üçün qətnamənin ona poçt vasitəsi ilə göndərilməsini xahiş etmiş, həmçinin maddi imkanı olmaması səbəbindən elektron məhkəmə informasiya sistemindən istifadə etməkdə məhdudiyyətinin ola biləcəyini də istisna etməməklə bu barədə birinci instansiya məhkəməsini xəbərədar etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, internet xidmətlərinin pullu olması nəzərə alındıqda şəxsin maddi imkanının aşağı olması səbəbindən elektron xidmətlərdən vaxtında istifadə edə bilməməsi mümkün olan haldır. Həmçinin, cavabdehin bu məhdudiyyətini qabaqcadan görüb, birinci instansiya məhkəməsini xəbərdar etməsi halı da nəzərə alındıqda, qeyd olunan vəziyyət buraxılmış prosessual müddətin üzürlü hesab edilməsi üçün əsas hesab olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan vəziyyət üzrlü hal kimi qəbul edilməli və qətnamədən apellyasiya şikayəti verilməsi buraxılmş prosessual müddət bərpa edilməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı buraxılmış prosessual müddətin bəpasına dair ərizə verməklə yanaşı, qətnamədən apellyasiya şikayətini də məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.3, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 may 2024-cü il tarixli, 2(060)-3214/2023 saylı qərardadı-“Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)-3214/2023 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasından imtina edilməsi” hissəsində və həmin hissə ilə bağlı şikayətin təmin edilməməsinə dair 21 may 2024-cü il tarixli, 2(060)-3214/2023 saylı qərardadı ləğv edilsin. Cavabdeh5 buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(060)-3214/2023 saylı qətnaməsindən Cavabdeh5 tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzürlü hesab edilərək bərpa edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1121/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1121/2024
20.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver