Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-184/2021 15.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı «vərəsəlik hüququndan məhrum etmə» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh X2 və X1 vərəsəsi olması hüququndan məhrum edilməsi və ləyaqətsiz vərəsə elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, xx xxxxxx 2020-ci il tarixdə iş üzrə hazırlıq iclası keçirilmiş, mülki işin baxış iclası bu günə, yəni xx xxxxxx 2021-ci il tarixə, saat 11:40-a təyin edilmişdir. xx xxxxxx 2021-ci il tarixdə İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, işlə bağlı əlavə faktların toplanması, Azərbaycan Respublikası Ali Məhkəməsinə apellyasiya məhkəməsindən kassasiya şikayəti verməyi ilə əlaqədar olaraq məhkəmə baxışının dayandırılmasını və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Belə olan halda qanunun qeyd edilən tələbinə uyğun olaraq İddiaçı iddia ərizəsi baxılmamış saxlanmalı, ümumi qaydada yenidən məhkəmədə iddia qaldırmaq hüququ ona izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «vərəsəlik hüququndan məhrum etmə» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-184/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-184/2021
15.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver