Məhkəmə qərarları › İş №2(039)-132/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-132/2020

22.07.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-132/2020 22.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasından inşa olunmuş tikilinin sökülməsi” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasından inşa olunmuş tikilinin sökülməsi” barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Yevlax rayonu Ərəbbəsrə kəndi ərazisində qaz kəmərin mühafizə zonasınında, qaz kəmərindən 45 metr məsafədə inşa edilmiş yaşayış evinin cavabdehin öz vəsaiti hesabına tam sökülərək, diametri 530 mm-lik yüksək təzyiqli Yevlax-Şəki qaz kəmərinin mühafizə zonasından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Yevlax rayonu Ərəbbəsrə kəndi ərazisində Cavabdeh tərəfindən “qaz təchizatında mühafizə zonaları və təhlükəsizliyi tədbirləri qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı Qərarın tələbləri pozularaq İddiaçı Ağdaş magistral qaz kəmərləri sahəsinin balans və istismarında olan, diametri 530 mm-lik yüksək təzyiqli Yevlax-Şəki qolu qaz kəmərinin mühafizə zonasında, qaz kəmərindən 45 metr məsafədə yaşayış evi inşa olunmuşdur. Cavabdeh qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, orada yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh göndərilmiş məhkəmə bildirişi “Rusiyada yaşayır” qeydi ilə məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə, iş üzrə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçı əməkdaşları tərəfindən tərtib edilmiş xx xxxx 2019-cu il tarixli aktdan görünür ki, Cavabdeh tərəfindən Yevlax rayonu Ərəbbəsrə kəndində 530 mm-lik yüksək təzyiqli Yevlax-Şəki qolu qaz kəmərinin mühafizə zonasında, kəmərdən 45 metr məsafədə yaşayış evi inşa olunmuşdur. Yevlax şəhər İcra Hakimiyyəti başçısının Ərəbbəsrə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən İddiaçınə ünvanlanmış xx xxxx 2019-cu il tarixli məktubdan görünür ki, 530 mm-lik yüksək təzyiqli Yevlax-Şəki qolu qaz kəmərinin mühafizə zonasında inşa olunmuş yaşayış evi Ərəbbəsrə kənd sakini Cavabdeh tərəfindən tikilmişdir. Həmin yaşayış evinin rəsmi sənəd olub-olmaması barədə nümayəndəlikdə hər hansı sənəd yoxdur. Lakin yaşayış evinin yerləşdiyi 0,18 ha torpaq sahəsinin Cavabdeh mülkiyyətinə verilməsi barədə kod:90100048 nömrəli şəhadətnamə mövcuddur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı X3 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, Yevlax rayonu Ərəbbəsrə kəndində 0.1806 ha həyatyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində Cavabdeh və ailə üzvlərinin ümumibirgə (5 nəfər) mülkiyyət hüququ xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №li, xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, Yevlax rayonu Ərəbbəsrə kəndində 103.6 m2 sahəsində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,1806 hektar həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh və onun ailə üzvlərinin xüsusi mülikyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 26118 saylı rəyindən müəyyən edilir ki, Yevlax rayonu, Ərəbəsrə kəndində yerləşən Cavabdeh fərdi yaşayış evi İddiaçı Ağdaş magistral qaz kəmərləri sahəsinin balans və istismarında olan, diametri 530 mm-lik Yevlax-Şəki yüksək təzyiqli qaz kəmərindən 45 m kənarda yerləşdiyinindən, həmin 9,0 m enində 14,0 m uzunluğunda olan yaşayış evinin 25 m2 hissəsi qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının 2.7 bəndində göstərilən 50,0 m-lik mühafizə zonasına daxilinə düşdüyü müəyyən edilir. Beləliklə işin araşdırılan hallarından məlum olur ki, Yevlax rayonu Ərəbbəsrə kəndində 0,1806 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 103,6 m2 olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh və onun ailə üzvlərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yaşayış evinin 25 m2 hissəsi qaz kəmərinin mühafizə zonasının daxilinə düşsə də, yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının 29.2-ci maddəsinin əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “qaz kəmərinin mühafizə zonasından inşa olunmuş tikilinin sökülməsi” barədə iddiası təmin olunmasın. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar