Məhkəmə qərarları › İş №2(039)-132/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-132/2021

02.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-132/2021 02.06.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı «torpaqdan çıxarılma» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı «torpaqdan çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərinə verilmiş Yevlax rayonu, Ərəş kəndində yerləşən 1.65 hektar torpaq sahəsinin zəbt edilmiş 1.40 hektar hissəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbini müdafiə edərək izah etdi ki, ona və ailə üzvlərinə məxsus Yevlax rayonu, Ərəş kəndində 1.65 ha torpaq sahələri vardır. Bu barədə adlarına müvafiq olaraq çıxarış da verilmişdir. Həmin torpaq sahəsinin 1.40 ha hissəsini cavabdeh zəbt etmişdir. Dəfələrlə cavabdehə torpaqdan çıxmasını bildirələr də, cavabdeh torpaqdan çıxmaqdan imtina edir. İddiaçı1 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən ********** saylı 01 aprel 2020-ci il tarixli çıxarışının surətindən məlum olur ki, İddiaçı2, X1, İddiaçı3 və İddiaçı1 Yevlax rayonu, Ərəş kəndi ərazisində 1.6556 hektar torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 18 fevral 2016-cı il tarixli AZ-l 782668 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X2 15 fevral 2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 25 dekabr 2020-ci il tarixli **********04 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş mütəxəssiz rəyindən görünür ki, cavabdeh baxışda iştirak etmədiyindən iddiaçıya məxsus 1.21 ha torpaq sahəsinin onun və ya başqa şəxslərin istifadəsində olubolmamasını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 may 2021-ci il tarixli **********73 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə göndərilmiş mütəxəssiz rəyindən görünür ki, iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmış 1.65 ha torpaq sahəsinin məkan göstəriciləri ilə iddiaçının və cavabdehin faktiki istifadə etdikləri torpaq sahələrinin məkan göstəriciləri arasında uyğunsuzluqlar və konfiqurasiya fərqi olduğundan mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.02.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahələri ilə bağlı mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı1 və ailə üzvlərinə Yevlax rayonu, Ərəş kəndi ərazisində 1.6556 hektar torpaq sahəsi verilmişdir. İddiaçı cavabdehə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Mütəxəssis iddiaçının mülkiyyət hüququ qeydiyyata alınmış 1.65 ha torpaq sahəsinin məkan göstəriciləri ilə iddiaçının və cavabdehin faktiki istifadə etdikləri torpaq sahələrinin məkan göstəriciləri arasında uyğunsuzluqlar və konfiqurasiya fərqi olduğundan qoyulmuş sualların cavablandıra bilməmişdir. Eyni zamanda iddiaçıların torpağının cavabdeh tərəfindən zəbt olunmasına dair məhkəməyə sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı «torpaqdan çıxarılma» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 75.72 manat iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 alınıb, KapitalBank ASC-nin Xətai filialının, VÖEN **********, müxbir hesabı: AZ37NABZ********************, SWİFT kod AllBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə- Tədqiqat Mərkəzi MMC, hesab AZ 23AllB******************** hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı «torpaqdan çıxarılma» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 75.72 manat iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 alınıb, KapitalBank ASC-nin Xətai filialının, VÖEN **********, müxbir hesabı: AZ37NABZ********************, SWİFT kod AllBAZ2X, Kadastr və Yerquruluşu Lahiyə- Tədqiqat Mərkəzi MMC, hesab AZ 23AllB******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar