Məhkəmə qərarları › İş №2(039)-1329/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1329/2025

05.09.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1329/2025 05.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X12, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o X8 ilə 12 aprel 2014-cü il tarixdə nikah bağlamışlar və nikahlarını Yevlax rayonu ərazisində qaçqın və məcburi köçkünlərin məskunlaşdığı düşərgədə Yevlax şəhər icra hakimiyyəti başçısının nümayəndəliyində rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X5 adlı iki övladları doğulmuşdur. O, xx.xx.2014-cü il tarixindən 2019-cu ilin noyabr ayına kimi qeydiyyatda olduğu Yevlax şəhəri, Yeni qəsəbə 6/42-də yerləşən mənzildə əri və oğlu X9 ilə birlikdə yaşamışlar. X24 həmin mənzildə yaşadıqları dövrdə doğulmuş və 2019-cu ilin noyabr ayına kimi onlarla birlikdə orada yaşamışdır. Cavabdeh əri Şəhriyarın ögey anası, Həmidə Hacıyeva və Şahnaz Hacıyeva isə ögey bacılarıdır. 2019-cu il tarixində ögey baldızı boşanıb azyaşlı oğlu Tunar ilə birlikdə onların yaşadıqları evə gələn zaman qayınanası onu, əri Şəhriyarı və oğlu Nəsimini Yevlax şəhəri, Yeni qəsəbə 6/42-də yerləşən mənzildən çıxartmış və mənzilin bundan sonra onun qızına məxsus olduğunu bildirmiş və bundan sonra onu həmin mənzilə bir daha buraxmamışdır. Yevlax şəhəri Yeni Qəsəbə 6/42-də yerləşən 3 otaqlı mənzil Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə qaynatası X16 ilə xx.xx.2013-cü tarixində bağlanmış 342 №-li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən onun və ailə üzvlərinin istifadəsinə verilmişdir. O (iddiaçı) həmin mənzildə 2014-cü ilin aprel ayından yaşamağa başlamışdır. 2021-ci ilin noyabr ayında qayınatası vəfat etmişdir. Qayınatası vəfat etdikdən sonra Cavabdeh öz övladları ilə həmin mənzildə yaşamış, lakin onun, əri və övladlarının həmin mənzildən istifadə huququnu pozmuşdur. Bu günə kimi onun və ailə üzvlərinin yaşayış sahəsinə olan ehtiyacı ödənməmişdir. Hal-hazırda kirayədə yaşayırlar. O, Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə ərizə ilə müraciət edərək, onun və ailə üzvlərinin həmin mənzildən istifadə hüququnun bərpa olunmasın xahiş etmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən onun müraciətinə münasibətdə ünvanladığı 3-36-5/2-Z-7xx-xx/2025/85 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda onun və ailə üzvlərinin Yevlax şəhəri Yeni qəsəbə 6/42-də qeydiyyatda olduğu, müqavilədə adları qeyd olunmuş şəxslərlə bərabər mənzildə yaşamaq və ondan bərabər istifadə etmək hüquqlarının olduğu qeyd olunmuş, həmçinin yuxarıda qeyd olunmuş məsələlərlə əlaqədar məhkəməyə müraciət etmək hüquqlarının olduğu qeyd olunmuşdur. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq, onun, əri X8 və azyaşlı övladları xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2020-ci il təvəllüdlü X5 ilə birlikdə Yevlax şəhəri, Yeni Qəsəbə 6/42-də yerləşən, ümumi sahəsi 84 kv.m olan 3 otaqdan ibarət mənzilə köçürülmələrinə və 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, onun və azyaşlı uşaqları 03 yanvar 2015-ci il təvəllüdlü X9 və 17 yanvar 2020-ci il təvəllüdlü X5 ilə birlikdə ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 84. kv.metr olan 3 otaqdan ibarət mənzilə köçürülməyinə və 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə X8 ailə qurmuş və 2014-cü ildə mübahisəli ünvana gəlin köçmüşdür. İddiaçı 2019-cu ilədək həmin ünvanda yaşamış və həmin tarixdən etibarən iddiaçı əri və uşağı ilə birilkdə öz istəkləri ilə yaşamaq üçün başqa ünvana köçmüşlər. Həmin vaxtdan etibarən İddiaçı əri Şəhriyar Hacıyev və övladları ilə birlikdə başqa ünvanda yaşayır. X21 mübahisəli mənzildə yaşamadığı və yaşamaq istəmədiyi halda, onun qeyd edilən xüsusatlar üzrə hər hansı bir iddiası və tələbi olmadığı halda məhz onun həyat yoldaşı olduğuna görə mənzildə bir neçə il yaşamış və 2019-cu ildən də başqa ünvanda yaşamaq üçün getmiş İddiaçı heç bir hüququ yoxdur. Hazırda iddiaçının mübahisəli mənzilə köçüb orada yaşamasına razı deyildir. İddianın əsassız oldğunudan təmn edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X13 iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X14 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə X16 arasından bağlanmış xx.xx.2013-cü il tarixli, 342 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Yevlax şəhəri Yeni köçkünlər qəsəbəsində yerləşən 6 saylı evin 42 saylı mənzili X10 və onun ailə üzvləri olan həyat yoldaşı Cavabdeh, X3, X4 və X6 istifadəsinə verilmişdir. İşdə olan Yevlax rayonu ərazisində qaçqın və köçkünlərin məskunlaşdığı düşərgədə Yevlax şəhər İHB-ın nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı 12 aprel 2014-cü ildə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabından 06 saylı qeydiyyat aparılmışdır. İşdə olan Bərdə regional «ASAN xidmət» Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 17 yanvar 2020-ci ildə doğulmuşdur, atası X8, anası İddiaçıdır. İşdə olan Yevlax rayonu ərazisində qaçqın və köçkünlərin məskunlaşdığı düşərgədə Yevlax şəhər İHB-ın nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 03 yanvar 2015-ci ildə doğulmuşdur, atası X8, anası İddiaçıdır. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 3 ünvanındakı 42 nömrəli mənzil İddiaçı qzına və digər ailə üzvlərinə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında verilmiş və hal-hazırda İddiaçı həmin ünvanda qeydiyyatdadır. Bu müqavilədə adları qeyd olunan şəxslərin mənzildə yaşamaq və ondan bərabər istifadə etmək hüqunları vardır. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin Yevlax şəhəri bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 225 saylı arayışının surətindən görünür ki, məcburi köçkün X1 şəhəri, Yeni qəsəbə 6/42 ünvanında müvəqqəti məkunlaşmışdır. Ailə üzvləri h/y İddiaçı, oğlu X9 və qızı X2 ibarətdir. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 12 noyabr 2021-ci ildə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 5əcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün inşa edilmiş 615 ailəlik qəsəbədə bina 6 ünvanındakı 42 nömrəli mənzil İddiaçı və digər ailə üzvlərinə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında verilmişdir. Övladları da daxil olmaqla İddiaçı hal-hazırda həmin mənzildə qeydiyyatdadır. Bu müqavilədə adları qeyd olunan şəxslərin mənzildə yaşamaq və ondan bərabər istifadə etmək hüququ vardır. İşdə olan Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən X7 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 5əcburi köçkünlərin müvəqqəti məskunlaşması üçün inşa edilmiş 615 ailəlik qəsəbədə bina 6 ünvanındakı 42 nömrəli mənzil X7 və digər ailə üzvlərinə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi əsasında verilmişdir. Övladları da daxil olmaqla X8 hal-hazırda həmin mənzildə qeydiyyatdadır. Bu müqavilədə adları qeyd olunan şəxslərin mənzildə yaşamaq və ondan bərabər istifadə etmək hüququ vardır. İşdə olan Qaçqınların və X14 üzrə Dövlət Komitəsi məcburi köçkünlərin vahid məlumat bazasında qeydiyyatı haqqında məlumatdan görünür ki, İddiaçı məcburi köçkün statusu vardır. Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə X16 arasından bağlanmış xx.xx.2013-cü il tarixli, 342 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin 2.3-cü bəndində görünür ki, kirayəçi öz ailə üzvlərini (Kirayəçi ilə birgə yaşayan arvadı (əri), uşaqları və valideynləri, habelə kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan digər qohumlar və əmək qabiliyyəti olmayan kirayəçinin himayəsində olanlar; müstəsna hallarda məhkəmə qaydasında kirayəçinin ailə üzvləri hesab edilən digər şəxslər) yaşadığı yaşayış sahəsinə köçürmək hüququna malikdir. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, bu müqavilə həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab olunur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə X16 arasından bağlanmış xx.xx.2013-cü il tarixli, 342 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Yevlax şəhəri Yeni köçkünlər qəsəbəsində yerləşən 6 saylı evin 42 saylı mənzili X10 və onun ailə üzvləri olan həyat yoldaşı Cavabdeh, oğlu X3, qızları X4 və X6 istifadəsinə verilmişdir. X8 ilə İddiaçı 2014-cü ilin aprel ayında rəsmi nikaha daxil olduqdan sonra İddiaçı həmin mənzilə köçmüş və 2019-cu il tarixədək mübahisəli mənzildə yaşamışdır. Həmin mənzilə dair İddiaçı ilə Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında kirayə müqaviləsi bağlanmamış və xx.xx.2013-cü il tarixli, 342 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə İddiaçı kirayəçi X10 ailə üzvü kimi daxil edilməmişdir. 2019-cu ildə İddiaçı daimi yaşamaq üçün ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsinə köçmüş və həmin tarixdən də mübahisəli mənzillə əlaqəsi kəsilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. «Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi» haqqında Azərbaycan Respublikası Nazirlər Kabnetinin xx.xx.2010-cu il tarixli, 118 saylı Qərarının 1.2-ci hissəsinə əsasən Yaşayış sahəsinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş dövlət və ya bələdiyyə mülkiyyətində olan xüsusi təyinatlı mənzil fonduna aid edilməsi bu Qaydanın tələbləri nəzərə alınmaqla həyata keçirilir. 1.3. Xüsusi təyinatlı mənzil fondunun uçotu mənzil fondunun dövlət uçotunun tərkib hissəsidir. 1.4. Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aşağıdakılar aiddir: - xidməti yaşayış sahələri; - yataqxanalarda yaşayış sahələri; - manevr fondu yaşayış sahələri; - əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; - məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; - qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; - ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 17.1-ci maddəsinə əsasən mənzil fondu - Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 17.3. İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu – dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. Həmin Məcəllənin 91.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.4. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 99.5. Kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 99.6. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 99.7. Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.3. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər. 82.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi onunla birlikdə yaşayan ailə üzvlərinin yazılı razılığı ilə istənilən vaxt sosial kirayə müqaviləsini ləğv etmək hüququna malikdir. 82.3. Kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Məhkəmə iclasında tərəflərin izahtalarından və iş materiallarından müəyyən edildiyi kimi X8 ilə İddiaçı 2014-cü ilin aprel ayında rəsmi nikaha daxil olduqdan sonra İddiaçı həmin mənzilə köçmüş və 2019-cu il tarixədək mübahisəli mənzildə yaşamışdır. Həmin mənzilə dair İddiaçı ilə Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında kirayə müqaviləsi bağlanmamış və xx.xx.2013-cü il tarixli, 342 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə İddiaçı kirayəçi X10 ailə üzvü kimi daxil edilməmişdir. 2019-cu ildə İddiaçı daimi yaşamaq üçün ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsinə köçmüş və həmin tarixdən də mübahisəli mənzillə əlaqəsi kəsilmişdir. Məhkəmə iclasında İddiaçı mübahisəli mənzildən cavabdehin tələbi ilə çıxdığını göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçı iddia ərizəsində mübahisəli mənzildən qaynatası 2021-ci ilin noyabr ayında vəfat etdikdən sonra Cavabdeh öz övladları ilə həmin mənzildə yaşadığını, lakin onun, ərinin və övladlarının həmin mənzildən isitfadə hüquqlarını pozduğunu göstərsə də, həmin hal məhkəmə iclasında təqdiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında 2019-cu il tarixədək həmin mənzildə yaşadığını və həmin tarixdən etibarən məcbur olub mənzildən çıxdığını göstərmişdir. Halbuki, iş materiallarından və iddiaçının izahatından da müəyyən edilir ki, X16 2021-ci ilin noyabr ayında ölmüş, iddiaçı isə 2019-cu ildə ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxmışdır. Həmin tarixdən etibarən iddiaçı və ailə üzvləri başqa ünvanda yaşamış və ötən müddət ərzində mübahisəli mənzilə qayıdıb orada yaşamaq istəməsi, cavabdehin isə buna etiraz etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı ancaq 2025-ci ildə mübahisəli mənzilə qayıdıb yaşamaq istəmiş və hazırkı iddia ərizəsi ilə məhkəməyə mürciət etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh qarşı mənzilə köçürülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar