Məhkəmə qərarları › İş №2(039)-1344/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1344/2021

01.07.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1344/2021 01.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdehlər X6 və Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X8, X5, Cavabdeh4 və Cavabdeh5 qarşı «ümumi mülkiyyətdə olan əmlakın paylı mülkiyyət hüququ üzrə müəyyənləşdirilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X8, X5, Cavabdeh4 və Cavabdeh5 qarşı «ümumi mülkiyyətdə olan əmlakın paylı mülkiyyət hüququ üzrə müəyyənləşdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 511 saylı 90110018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyət hüququ ilə mərhum atası X2, qardaşı X8, qardaşı Cavabdeh4, bacısı X5, anası Cavabdeh1, ona, qardaşı Cavabdeh5 məxsus olan Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən 5.04 ha həyətyanı torpaq sahəsinin paylı mülkiyyət hüququ üzrə müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Aqrar İslahat Komissiyasının 25 aprel 1998-ci il tarixli 30 nömrəli qərarına əsasən 5.04 ha torpaq sahəsi torpağın mülkiyyət hüququna dair dövlət aktı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Qeyd olunan mülkiyyət DƏDRX-də torpağın mülkiyyət hüququna dair JN 511 Kod 90110018 sayla qeydə alınmışdır. Həmin yeddi şəxsin mülkiyyəti anası Cavabdeh1 tərəfindən idarə edilir. O bu günə kimi qanuni mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Nəticə etibarilə 5.04 ha torpaq sahəsi yeddi mülkiyyətçinin olmaqla, hər adama 0.72 sot torpaq sahəsi düşür. O mülkiyyətində olan torpaq sahəsində payının müəyyən edilməsini istəyir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X14 məhkəmə iclası zamanı izah etdi ki, onlara birgə mülkiyyətli 5.04 ha torpaq sahəsi verilmişdir. Lakin torpağı bir nəfər istifadə edir. Hazırda o da paylarının bərabər müəyyən edilməsini istəyir. Cavabdeh4 məhkəmə iclası zamanı izah etdi ki, Aqrar İslahat Komissiyasının 25 aprel 1998-ci il tarixli 30 nömrəli qərarına əsasən onlara birgə mülkiyyətli 5.04 ha torpaq sahəsi verilmişdir. Torpağın aralarında bölünməsi ilə bağlı razılığa gələ bilmirlər. Hazırda o da paylarının bərabər müəyyən edilməsini istəyir. Cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, X9 və Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh5 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası toprağa mülkiyyət hüququna dair JN-511 (kod ********) saylı dövlət aktının surətindən məlum olur ki, X1, X10, X11, X3, Cavabdeh1, İddiaçı və Cavabdeh5 ümumi birgə paylı 5.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Beləliklə, məhkəmədə aydın oldu ki, Azərbaycan Respublikası toprağa mülkiyyət hüququna dair JN-511 (kod ********) saylı dövlət aktına əsasən tərəflərə ümumi birgə paylı 5.04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı torpaqdan paylarının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 83.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində hüquqlarını, əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uygun həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən, Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən, Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddiaçı paylı mülkiyyətin mülkiyyətçisi olduğundan və digər mülkiyyətçilərə qarşı öz payının müəyyən edilməsini tələb etmək hüququ olduğundan tərəflərin hər birinin 5.04 hektar torpaq sahəsində payları bərabər müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci mad. əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsAslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası toprağa mülkiyyət hüququna dair JN-511 (kod ********) saylı dövlət aktına əsasən X4, X12, X13, X5, Cavabdeh1, İddiaçı və Cavabdeh5 kənd təsərrüfatı təyinatı üçün verilmiş 5.04 hektar ölçüdə torpaq sahəsindən İddiaçı düşən payı 7/1 hissədə müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. X7 vəfat etdiyindən tərəflərə vəfat etmiş şəxsdən qalmış pay üzrə vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı notariat kontoruna müraciət etmək hüququ izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar