Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1346/2021 13.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçılar X1, İddiaçı2, Cavabdeh1 iştirakı ilə, İddiаçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı zaminlik müqaviləsinin ləğvinə dаir mülki işə Yevlax Rаyоn Məhkəməsinin inzibati binаsındа açıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə müəyyən etdi: İddiаçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı zaminlik müqaviləsinin ləğvinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 oktyabr 2014-cü il tarixdə cavabdeh arasında bağlanmış 109.LN.2102.171014.00004 saylı kredit müqaviləsinin təminatı olaraq İddiaçı1 ilə Cavabdeh2 ASC arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli, 109.CL.171014.00004/c saylı zaminlik müqaviləsinin, İddiaçı2 ilə Cavabdeh2 ASC arasında bağlanılmış 17 oktyabr 2014-cü il tarixli 109.CL.171014.00004/d zaminlik müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışdır ki, 17 oktyabr 2014-cü il tarixdə Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında 00004 saylı kredit müqaviləsi bağlanmış, habelə Cavabdeh1 arasında 17 oktyabr 2014-cü il tarixli 109.CL.171014.00004/b saylı saxlanc müqaviləsi bağlanmışdır. Birinci iddiaçı olaraq, İddiaçı1 bildirir ki, həmin müqavilə üzrə onunla 17 oktyabr 2014-cü il tarixdə 109.CL.171014.00004/c saylı zaminlik müqaviləsi, ikinci İddiaçı2 arasında 17 oktyabr 2014-cü il tarixli 109.CL.171014.00004/d zaminlik müqaviləsi bağlanmışdır. 15 aprel 2015-ci il tarixdə Gəncə şəhərində 109.LN.2102.171014.00004 saylı kredit müqaviləsinə edilmiş 1 saylı əlavənin rəsmiləşdirilməsi haqqında Cavabdeh2 ASC–nin Gəncə filialının direktoru S.Z.Həsənov şəxsində borc alan Cavabdeh1 arasında Saziş bağlanmış və bu sazişin şərtlərinə əsasən, kreditorla borcalan arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli 109.LN.2102.171014.00004 saylı kredit müqaviləsinə uyğun ayrılmış kredit kreditor tərəfindən restrukturizasiya edilmişdir. Qeyd edilən sazişin predmeti olaraq yazılmışdır ki, Cavabdeh2 ASC ilə İddiaçı2 arasında bağlanmış 17 oktyabr 2014- cü il tarixli 109.CL.171014.00004/d saylı zaminlik müqaviləsi, İddiaçı1 arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli 109.CL.171014.00004/c saylı zaminlik müqaviləsi, Cavabdeh1 arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli 109.CL.171014.00004/b saylı saxlanc müqaviləsi, Cavabdeh1 arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli 109.CL.171014.00004/a saylı girov müqaviləsi qüvvədə qalır və 17 oktyabr 2017-ci il tarixinədək etibarlı sayılır. Kredit müqaviləsinin restrukturizasiyası zamanı yalnız kredit alan Cavabdeh1 15 aprel 2015-ci il tarixli sazişin bağlanmasında iştirak etmiş və sazişə imza etmişdir. Həmin sazişin bağlanmasından ümumiyyətlə bizim məlumatımız olmamış və sazişin şərtləri ilə biz məlumatlandırılmamışıq. 17 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsi üzrə onlar ağır maddi vəziyyətə düşmüşlər. Cavabdeh1 kredit öhdəliklərini icra edə bilmir, ödənişlər onlardan tələb edilir. Birinci iddiaçı olaraq bildirir ki, o, müəllimədir. Aylıq əmək haqqından başqa, ailəsinin büdcəsinə başqa gəlir daxil olmur. Ailənin yeganə qazanc gətirən üzvü, eyni zamanda övladının tək valideynidir. İkinci iddiaçı olaraq bildirir ki, o, Yevlax şəhər 8 saylı tam orta məktəbdə xadimə işləyir. Ailəsi aztəminatlıdır. 17 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin restrukturizasiya edilməsi onlar iddiaçıları ikinci dəfə ağır vəziyyətə salmışdır, 15 aprel 2015-ci il tarixli saziş bağlanarkən onları sazişə cəlb edilməsələr də, onların tərəf olduğu zaminlik müqaviləsi qüvvədə qalmışdır. Bu halı isə onlar qanunsuz və əsassız hesab edir. Kredit alan arasında bağlanmış 15 aprel 2015-ci il tarixli sazişlə 17 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin kredit müqaviləsinin restruktrizasiya olunması zamanı öhdəlik dəyişdirilmiş və bununla da onlar üçün əlverişsiz nəticələr yaranmışdır. Habelə öhdəliyin dəyişdirilməsi zamanı bizim razılığımız alınmamışdır. 15 aprel 2015-ci il tarixli sazişlə 17 oktyabr 2014-ci tarixli kredit müqaviləsi restrukturizasiya olunarkən sazişin şərtləri kreditin ümumi məbləğinin artırılması və kreditin faizinin artırılması ilə onlar zaminlərin məsuliyyətinin artırılmasına və onları üçün digər əlverişsiz nəticələrə səbəb olmasına gətirib çıxarmışdır. 15 aprel 2015-ci il tarixli sazişlə 17 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin restrukturizasiya olunması və bununla da onlar zaminlərin məsuliyyətinin artırılması və onlar üçün əlverişsiz nəticələrin yaranmasını onlar son zamanlar bilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 ASCnin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 zaminlik müqavilələrinin ləğv edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. İş materiallarında olan 17.10.2014-cü il tarixli 109.LN.2102.171014.0004 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh2 ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 26% faiz dərəcəsi ilə 19100 ABŞ dolları kredit verilmişdir. 15 aprel 2015-ci il tarixli Sazişdən görünür ki, 17.10.2014-cü il tarixli 109.LN.2102.171014.0004 saylı kredit müqaviləsi restrukzasiya olunaraq kredit məbləği 17242,66 ABŞ dolları müəyyən edilmişdir. 17.10.2014-cü il tarixli 109.LN.2102.171014.0004 №li kredit müqaviləsi üzrə kredit alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ASC ilə İddiaçı2 (zamin) arasında 15.04.2015-ci il tarixli, 109.CL.171014.00004/d №li zaminlik müqaviləsi, İddiaçı1 (zamin) arasında 15.04.2015-ci il tarixli 109.CL.171014.00004/c №li zaminlik müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1834/2018 saylı, 19 mart 2018-ci il tarixli qərarından görünür ki, Yevlax Rayon Məhkəməsinin 15.02.2017-ci il tarixli qətnaməsi ilə, qeyd olunan kredit müqaviləsinə əsasən kredit, faiz və cərimə borcu cavabdehlər Cavabdeh1, İddiaçı1 və İddiaçı2 iddiaçı Cavabdeh2 ASC-nin xeyrinə tutulmuşdur. Həmin qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməmiş və qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır. Mövcud mübahisənin həlli ilə bağlı məhkəmə ilk növbədə onu qeyd edir ki, iddiaçılar tərəfindən ləğv olunması tələb olunan zaminlik müqavilələri məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçılar iddia ərizəsində 17.10.2014-cü il tarixli zaminlik müqavilələrinin ləğv edilməsini tələb edirlər, lakin həmin müqavilələrin mövcudluğunu təsdiq edə bilmirlər. Bundan əlavə iddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh1 ilə Cavabdeh2 ASC arasında bağlanmış 17.10.2014-cü il tarixli kredit müqaviləsi restrukzasiya olunarkən onların razılığı alınmamışdır. Halbuki, iş materiallarından da görünür ki, kredit müqaviləsi restrukzasiya olunan tarixdə iddiaçılarla zaminlik müqavilələləri bağlanmışdır. Bundan başqa qeyd olunan kredit və zaminlik müqavilələrinə əsasən iddiaçılardan kredit borcu tutulması ilə bağlı qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur ki, bu qətnamə iddiaçılar tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələblərinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiаçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ASC-yə qarşı zaminlik müqaviləsinin ləğvinə dаir iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1346/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1346/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver