Məhkəmə qərarları › İş №2(039)-135/2020

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-135/2020

05.03.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-135/2020 05.03.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Rəşad Şahsevər oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X7, Cavabdehlər Cavabdeh1 nümayəndəsi X1, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) 17 saylı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı çıxarışın ləğv edilməsi və həyətyanı torpaq sahəsinin cavabdeh tərəfindən zəbtdən azad edilməsi tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 və DƏDRX 17 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanına dair mərhum həyat yoldaşı X3 adına olan xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan 021084№-li çıxarışın ləğv edilməsi, (həyətyanı torpaq sahəsinin ölçüsünün əskik yazılması səbəbilə), mərhum həyat yoldaşı X3 mülkiyyət hüququ JN 2529 Asaylı 90101002 kodlu torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən ünvan 4 saylı ünvanda həyətyanı torpaq sahəsinin 1 m eni x 5 m uzunu və ya 10 m uzunu x 50 sm eni ölçüdə sahəsinin Cavabdeh1 tərəfindən zəbtdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, ünvan 4 saylı ünvanda yerləşən daşınmaz əmlakı mərhum həyat yoldaşı X9 ilə birgə nikah müddətində inşa etdirmişlər. Belə ki, həmin daşınmaz əmlakı onlar 1971- ci il tarixdə əldə etmiş , həmin ünvanda fərdi yaşayış evi inşa etdirmişlər. Həmin ünvana dair "Torpaq Qeydi" 1649 nömrə ilə X4 adına verilmişdir. Qeyd edilən "Torpaq Qeydi" sənədində torpağın həcmi 225 kv.m göstərilmişdir. Respublikamızda torpaq islahatı gedən zaman Yevlax rayonu X6 xx xxxxxx 2006-cı il tarixli 10 nömrəli qərarı ilə yuxarıda qeyd edilən əsaslarla qanuni istifadələrində olan həyətyanı torpaq sahəsi X4 mülkiyyətinə verilmişdir. Mülkiyyət hüququ JN 2529 A saylı 90101002 kodlu torpağın mülkiyyətinə verilməsinə dair-şəhadətnaməyə əsasən təsbit edilmişdir. Lakin həmin şəhadətnamədə torpağın həcmi 0.02 göstərilmişdir.0.02 ha həyətyanı torpaq sahəsinin X8 mülkiyyətinə verilməsi ilə bağlı Yevlax rayonu X6 xx xxxxxx 2006-cı il tarixli 10 nömrəli qərarı, o cümlədən mülkiyyət hüququnu təsbit edən JN 2529 A saylı 90101002 kodlu torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamə ləğv edilməmiş, dəyişdirilməmiş və etibarsız sayılmamışdır. Hal hazırda qüvvədədir. Lakin mərhum həyat yoldaşım X4 adına olan xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeyd nömrəsi olan 02 10984 №-li Çıxarışda Yevlax şəhəri C. Kərimov 56 ünvanına dair torpaq sahəsinin ölçüsü 0.01954 ha olaraq qeyd edilmişdir. Yəni torpaq sahəsi ölçüsü əskik qeyd edilmişdir. Hazırda ünvan 2 saylı ünvanda yerləşməkləmərhum həyat yoldaşı ilə birgə nikah müddətində əldə etdikləri, o cümlədə hissədə miras qalmış həmin daşınmaz əmlaka qanun üzrə vərəsəlik işi açdırmaq istəyir. Lakin vahid daşınmaz əmlak olaraq 0.01954 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinə dair verilmiş xx.xx.2011- ci il qeyd, tarixli ********** qeydiyyat nömrəsi olan 02 10984 №li Çıxarışa Yevlax şəhəri C.Kərimov 56 ünvanına dair əsasən vərəsəlik işi açdırmaq onun mənafeyinə toxunur. Bununla bağlı o, cavabdeh DƏDRX-nin 17 saylı X15 müraciət etmişdir. Müraciəti ilə bağlı ona bildirilmişdir ki, Çıxarış verilər yerində baxış keçirdi faktiki həyətyanı torpaq sahəsinin ölçüsü 0.01954 ha ola üçün Çıxarış faktiki ölçü əsasında işlənmişdir. Belə olan halda, onların həyət torpaq sahəsi əskik halda Çıxarışa işlənmişdir, eni x 5 m uzunu və ya 10 m uzunu x 50 sm eni. İddiaçı nümayəndəsi Sevda Bəkirova iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi İbrahim Quliyev iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh1 tərəfindən iddia ərizəsində qeyd edilən ünvanda hər hansı torpaq sahəsi, o cümlədən iddiaçıya məxsus torpaq sahəsi zəbt edilməmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh DƏDRX 17 saylı Ərazi İdarəsinin nümayəndəsi Səxavət Kərimov iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi çıxarış faktiki olaraq yerində ölçülmüş və mövcud ölçülər əsasında verilmişdir. DƏDRX 17 saylı Ərazi İdarəsinə münasibətdə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdeh DƏDRX 17 saylı Ərazi İdarəsinə münasibətdə iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Torpağın Mülkiyyətə verilməsinə dair JN-2529A KOD 90101002 saylı şəhadətnamənin surətindən görünür ki, Yevlax rayonu X6 xx xxxxxx 2006cı il tarixli 10 nömrəli qərarı ilə 0,02 hektar sahə ölçüsü olan fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı Yevlax şəhər sakini X3 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* №-li çıxarışın surəti ilə müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi, 0.01954 ha torpaq sahəsi ilə X4 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır.. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti ilə müəyən olunur ki, xx.xx.2017-ci il tarixdə ölmüş X5 verilmiş **********97-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli reyestrindən çıxarışa əsasən Yevlax şəhəri, C.Kərimov küçəsi, 56 ünvanında yerləşən ümumi sahəsi 50.82 kv.m olan yaşayış evindən və evin yerləşdiyi 0,01954 ha olan yaşayış məntəqələrinin torpaq sahəsinə qanun üzrə vərəsəsi İddiaçıdır. İddia tələbindən müəyyən olunur ki, iddiaçı, cavabdeh DƏDRX 17 saylı Ərazi İdarəsinə münasibətdə torpaq sahəsinin onun mərhum ərinə verilməsinə dair şəhadətnamə ilə, eyni torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydi ilə ziddiyyət təşkil etdiyini əsas gətirməklə həmin cavabdehin hərəkətini mübahisələndirməklə ünvan 4 ünvanına dair mərhum həyat yoldaşı X3 adına olan xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan 021084№-li çıxarışın ləğv edilməsi (həyətyanı torpaq sahəsinin ölçüsünün əskik yazılması səbəbilə) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyəti məsələsi həll olunarkən mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri və bu münasibətlərin iştirakçılarının subyekt tərkibi nəzərə alınmalıdır. xx xxxxxx 2011-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələbinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qanunun mənasına görə məcburetmə hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi vəzifələri təmin edən təsir etmə üsuludur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun “İnzibati şikayətlər üzrə icraat” adlanan Vİİ fəslinin 71.2-ci maddəsinin tələbinə əsasən, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də həmin fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 31.1.4. maddəsinə görə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) inzibati orqanlara aid edilmişdir. Konkret mübahisənin hansı növ məhkəmədə - ümumi məhkəmədə, yoxsa inzibati məhkəmədə araşdırılmalı olmasının müəyyən edilməsinin mühüm təcrübi əhəmiyyətə malik olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, həm mübahisənin predmetinə, həm hüquq münasibətlərinin xarakterinə və həm də subyekt tərkibinə görə hazırkı iş üzrə cavabdeh DƏDRX 17 saylı Ərazi İdarəsinə aid hissədə mübahisəyə ümumi məhkəmədə yox, inzibati məhkəmədə baxılmalıdır. Beləliklə, təsdiq olunur ki, inzibati məhkəmədə baxılmalı olduğundan hazırkı ərizəyə ümumi məhkəmədə baxılmalı deyil. Mülki Prosessual Məcəllə Maddə 261.0.1. İş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDRX 17 saylı Ərazi İdarəsinə qarşı yönəlmiş iddiası üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilməlidir ki, DƏDRX 17 saylı Ərazi İdarəsinin hərəkətinin onun hüquqlarının pozduğunu hesab etdiyi təqdirdə idarənin hərəkətindən müvafiq inzibati məhkəməyə iddia ilə müraciət etmək hüququ mövcuddur. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261.0.1, 263, 264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdeh DƏDRX 17 saylı Ərazi İdarəsinə qarşı ünvan 4 ünvanına dair mərhum həyat yoldaşı X3 adına olan xx.xx.2011-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan 021084№-li çıxarışın ləğv edilməsi (həyətyanı torpaq sahəsinin ölçüsünün əskik yazılması səbəbilə) tələbinə dair hissəsində mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar