Məhkəmə qərarları › İş №2(039)-1353/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1353/2021

10.08.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1353/2021 10.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2, Cavabdeh7 və X3 qarşı “çıxarışın ləğv edilməsi tələbinə” dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, həyat yoldaşı X4 ilə bağlanmış 27.08.2003-cü il tarixli alğısatqı müqaviləsindən sonra əvvəlki mülkiyyətçilər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X1 təkrarən 09.02.2013-cü il tarixdə X5 ilə bağladığı AN-1 032891 №li alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bundan sonra əldə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh8 adına verilmiş Yevlax rayonu Cırdaxan kəndində yerləşən 6,93 ha torpaq sahəsinə dair 02.09.2014-cü il tarixli, ******* saylı çıxarışın ləğv edilməsi, həmçinin Cavabdeh8 ilə Cavabdeh7 arasında bağlanmış 12.05.2015-ci il tarixli, AN-1 00499376 №li alğı-satqı müqaviləsinin ləğv edilməsi, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Yevlax rayon Cırdaxan kəndində yerləşən 17,3 ha torpaq sahəsindən 6,93 ha torpaq sahəsinə münasibətdə 06.05.2015-ci il tarixli çıxarışın qismən ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılması 10 avqust 2021-ci il tarixə təyin olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7. işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh7 iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiklərini bildirmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260-cı maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2, Cavabdeh7 və X3 qarşı “çıxarışın ləğv edilməsi tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar