Məhkəmə qərarları › İş №2(039)-136/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-136/2024

02.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-136/2024 02.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı zəbt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli və RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışlarla onların mülkiyyətində olan Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 0.5660 və 1.6740 ha torpaq sahəsindən məcburi qaydada çıxarılmaları və 2018-ci ilin aprel ayından hazırki vaxtdək mülkiyyətində olan torpaq sahəsini əkib becərə bilmədikləri üçün onlara dəymiş 5000 manat məbləğdə maddi ziyanın cavabdehlərdən müştərək qaydada alınıb onlara verilməsi barədə qətnamə çıxarılması xahiş etmiş, sonradan iddia tələbini dəqiqləşdirərək iddianın həcmini artırmış və onlara dəymiş 8655 manat məbləğdə maddi ziyanın, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin mütəxəssis rəyinin dəyəri olan 95 manat, habelə, mütəxəssiz rəyinin verilməsi üçün ödənilmiş 300 manat məbləğdə pulun da cavabdehlərdən müştərək qaydada alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbilərini belə əsaslandırmışdır ki, Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən 0.5660 ha və 1.6740 ha torpaq sahəsi onların paylı mülkiyyətindədir. Bu barədə onlara Hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli və RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarışlar verilmişdir. Eyni zamanda torpaq sahəsinin planı və ölçüsü onların paylı mülkiyyətçilərin adına tərtib olunmuşdur. Buna baxmayaraq onlar öz mülkiyyətlərində olan torpaq sahəsindən istifadə edə bilmirlər. Belə ki, cavabdehlər onların mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və orada taxıl əkmişlər. Cavabdehlərə dəfələrlə öz qanunsuz əməllərindən əl çəkmələrini bildirsələrdə də cavabdehlər buna heç bir məhəl qoymamışlar. Bu azmış kimi Cavabdeh1 onlara qarşı cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair iddia qaldırmışdır. X32 Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Buna baxmayaraq cavabdehlər onaların paylı mülkiyyətində olan torpaq sahəsindən çıxmaq istəmirlər. Dəfələrlə cavabdehlərdən onların paylı mülkiyyətində olan torpaq sahəsindən çıxmalarını tələb etmişlər. Lakin cavabdehlər öz qanunsuz əmələrindən əl çəkməmişlər, onların mülkiyyətində olan torpaq sahəsində çıxmamışlar. Cavabdehləri başqa qaydada mülkiyyətində olan torpaq sahəsindən çıxara bilmirlər. Cavabdehlər onalara məxsus torpaq sahəsində 2018-ci ilin aprel ayından, yəni 5 il 6 aydan artıq müddətdir ki, taxıl əkməklə xeyli gəlir əldə etmişlər. Bu müddət ərzində onlar torpaq sahəsindən istifadə edib taxıl əkmişlər. Bu müddət ərzində öz mülkiyyətində olan torpaq sadəsində taxıl əksəydilər 5000 manatdan artıq gəlir əldə edə bilərdilər. Lakin cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində onlara maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir, Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddia tələbini qəbul etmədiklərini və məhkəmədən iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********63 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən 0.5660 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 adlarına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********62 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən 1.6740 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 adlarına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Yevlax rayonu, Tanrıqulular kəndi ərazisində yerləşən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mülkiyyətinə olan 0.5660 və 1.6740 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin koordinatları müəyyən edilmişdir. Qeyd edilən 0.5660 ha torpaq sahəsinin 0.55 ha hissəsi, 1.6740 ha torpaq sahəsinin 0.14 ha hissəsi naturada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə edilir. İddiçılara məxsus olan və cavabdehlər tərəfindən istifadə edilən torpaq sahəsinin koordinatları və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-52/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı2 apellyasiya şikayəti təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(039)-230/2019 nömrəli qətnaməsi ləğv edilməsi qət etmişdir. JN-103 KOD 90110018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X8, X9, X23 və X15 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 30 saylı qərarı ilə Yevlax rayonu Tanrıqulular kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 2.24 ha torpaq sahəsi verilmişdir. JN-104 KOD 90110018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Cavabdeh1, X1, X11, X12, Cavabdeh2 və X4 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 30 saylı qərarı ilə Yevlax rayonu Tanrıqulular kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.36 ha torpaq sahəsi verilmişdir. JN-106 KOD 90110018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X5 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 30 saylı qərarı ilə Yevlax rayonu Tanrıqulular kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.56 ha torpaq sahəsi verilmişdir. JN-107 KOD 90110018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Cavabdeh3, X13, X19, X14 və X16 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 30 saylı qərarı ilə Yevlax rayonu Tanrıqulular kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 2.80 ha torpaq sahəsi verilmişdir. JN-636 KOD 90110018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X20, X6 və X21 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 30 saylı qərarı ilə Yevlax rayonu Tanrıqulular kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 2.16 ha torpaq sahəsi verilmişdir. JN-634 KOD 90110018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X7 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 30 saylı qərarı ilə Yevlax rayonu Tanrıqulular kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0.72 ha torpaq sahəsi verilmişdir. JN-105 KOD 90110018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X3, X10 və X2 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 30 saylı qərarı ilə Yevlax rayonu Tanrıqulular kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 1.68 ha torpaq sahəsi verilmişdir. JN-635 KOD 90110018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, İddiaçı2, İddiaçı3, X22, İddiaçı1 və Məmmədova rosa Tofiq qızına Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 30 saylı qərarı ilə Yevlax rayonu Tanrıqulular kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.60 ha torpaq sahəsi verilmişdir. "xxxx" MMC-nin ƏQ-323/2024 saylı xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı2 mülkiyyətində olan, Yevlax rayonu, Tanrıqulular kəndində yeləşən 0.5660 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 2018-ci ilin aprel ayından 2024-cü ilin aprel ayınadək yonca bitkisindən əldə ediləcək gəlirin xərclər çıxılmaqla gəlir yanaşması metodu ilə xx.xx.2024-cü il tarixə real bazar dəyəri 8655 manat təşkil edir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3751 saylı rəyindən görünür ki, ekspert aparılmış tədqiqat nəticəsində belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/3751 saylı mütəxəssis rəyinə əsasən aşağıda göstərilənlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Əmlak Məsələləri Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrində verilmiş xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** və xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışlara əsasən Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən iddiaçıları İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mülkiyyətində olan 0.5660 və 1.6740 hektar kən təsərrüfatı təyinatlı torpaq sahələrinin koordinatları müəyyən edilmişdir. Qeyd edilən 0.5660 ha torpaq sahəsinin 0.55 ha hissəsi, 1.6740 ha torpaq sahəsinin 0,14 ha hissəsi naturada Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən istifadə edilir. İddiaçılara məxsus olan və cavabdehlər tərətindən istifadə edilən torpaq sahəsinin koordinatları və sahəsi tərtib edilmiş yerquruluşu planında göstərmişdir. Beləliklə, qeyd olunanlardan müəyyən olunur ki, iddiaçılara məxsus torpaq sahəsinin 0.5660 və 1.6740 ha hissəsi hər hansı qanuni əsas olmadan cavabdehlərin istifadə və sahibliyindədir. Buna görə də iddiaçılar həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-ci maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. 76-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, cavabdehlər, iddiaçların mülkiyyətində olan 0.5660 ha torpaq sahəsinin 0,55 ha və 1.6740 ha torpaq sahəsinin isə 0,14 ha hissəsini hər hansı qanuni əsas olmadan istifadə etdiklərindən iddiaçıların tələbi həmin hissədə haqlıdır və cavabdehlərin iddiaçılar mülkiyyətində olan Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 0.5660 ha hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin həmin- 0.55 ha hissəsindən və 1.6740 ha hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin həmin - 0.14 ha hissəsindən çıxarılmalıdırlar. İddianın maddi ziyanla bağlı hissəsi ilə əlaqədar isə məhkəmə hesab edir ki, iddiaçılar vurulmuş maddi ziyanla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilmədiyindən həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 ( bir yüz) manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada dövlət büdcəsi xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul isə Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, hazırki iş üzrə "xxxx" MMC-dən alınmış mütəxəssis rəyinin verilməsinə görə iddiaçılar tərəfindən ödənilmiş 300 (üç yüz) manat onların özlərinə aid edilməli, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsindən alınmış mütəxəssis rəyinin verilməsinə görə iddiaçılar tərəfindən ödənilmiş 95 (doxsan beş) manat pul isə cavabdehlərdən müştərək qaydada iddiaçıların xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 mülkiyyətində olan Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 0.5660 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.55 hektar hissəsindən və 1.6740 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.14 hektar hissəsindən çıxarılsınlar. İddia qalan hissədə təmin edilməsin. Mütəxəssis rəyinin verilməsinə görə iddiaçılar tərəfindən ödənilmiş 300 (üç yüz) manat məhkəmə xərci iddiaçılara aid edilsin. Mütəxəssis rəyinin verilməsinə görə iddiaçılar tərəfindən ödənilmiş 95 (doxsan beş) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 xeyrinə tutulsun. İddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 100 (bir yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət büdcəsi xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:**********, Hesab: AZ 41 NABZ ********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar