Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1366/2021 03.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, ərizəçi X1 iştirakı ilə, ərizəçi X1 “doğum faktının müəyyən olunması tələbi barədə” ərizəsinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi E.Bəxtiyarova, maraqlı şəxs olaraq Maraqlı şəxs qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, qızı Gülxanımın 17.10.2017-ci il tarixdə Yevlax şəhərində anadan olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. (iddia tələbinin həcmi azaldılmışdır) Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, X6 ilə 27 mart 2016-ci il tarixdə faktiki ailə qurub evlənmiş, nikahlarını 26 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Birgə yaşadıqları müddətdə 17 oktyabr 2017-ci il tarixdə Gülxanım adlı uşağı anadan olmuşdur. Uşağı Gülxanım ev şəraitində doğulduğundan onun doğumu qeydiyyat orqanda qeydə alınmamışdır. Bu səbəbdən ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin şəhadətnamənin verilməsindən ərizəçiyə imtina edilmişdir. Ərizəçi də məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi E.Bəxtiyarova məhkəmə baxışı zamanı ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(MPM) 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, ərizəçini və şahid ifadələrini dinləyərək, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 26 sentyabr 2019-cu il tarixdə verilmiş AZ-İİ 338326 №li nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X2 arasında bağlanmış nikah 2019-cu ilin sentyabr ayının 26-cı günündə akt qeydləri kitabında 68 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada isə Əhmədova soyadı verilmişdir. Maraqlı şəxs ərizəçiyə ünvanladığı 1019 №-li, 22.05.2021-ci il tarixli məktubdan görünür ki, doğum haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi əsası ilə qeydiyyat şöbəsi tərəfindən 17.10.2017-ci ildə anadan olmuş qız övladına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, ərizəçi onun arvadıdır; onlar faktiki nikaha daxil olmaqla ailə qurmuş, sonra nikahlarını rəsmiləşdirmilər; onların faktiki nikah münasibətlərindən 17.10.2017-ci il tarixdə Gülxanım adlı uşaqları doğulmuşdur. Məhkəmə tərəfindən şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ərizəçinin anasıdır. Ərizəçi Gülxanım adlı uşağını 17.10.2017-ci il tarixdə öz evində doğmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçi Yevlax şəhərində 17.10.2017-ci il tarixdə bir qız uşağı doğmuşdur, lakin bununla bağlı tibbi şəhadətnamə mövcud olmadığından ərizəçi uşağın adına “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Ərizəçinin uşağını yuxarıda qeyd olunan tarixdə doğması faktı iş materialları və şahid ifadələri ilə təsdiq olunur. MPM-nin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilənlərə qiymət verən məhkəmə hesab edir ki, ərizəçinin tələbi əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1 17.10.2017-ci il tarixdə bir qız uşağını Yevlax şəhərində doğması faktı müəyyən edilsin. Bu qətnamə doğum akt qeydinin müvafiq icra orqanı tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1366/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1366/2021
03.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver