Məhkəmə qərarları › İş №2(039)-1390/2024

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1390/2024

09.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1390/2024 09.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair iddiasına dair mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixdə X3, xx.xx.2017-ci il tarixdə X4, xx.xx.2018-ci il tarixdə X2, xx.xx.2019-cu il tarixdə X1 və xx.xx.2021-ci il tarixdə X5 Yevlax şəhərində anadan olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçiyə və maraqlı şəxsin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Ərizəçi 19 aprel 2015-ci il tarixdə bir qız, 21 fevral 2017-ci il tarixdə bir qız, 11 aprel 2018-ci il tarixdə bir qız, 25 iyul 2019-cu il tarixdə bir qız və 04 noyabr 2021-ci il tarixdə bir qız uşağının doğulması faktının müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iddia üzrə icraata xitam verilməlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi xitam verdikdə xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsi ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə; İddia ərizəsinin icraatına xitam verildikdə ödənilmiş dövlət rüsumu olaraq ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair iş üzrə icraata xitam verilsin. xx.xx.2024-cü il tarixli ********** saylı qəbzlə ödənilmiş dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar