Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1405/2025 27.11.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X9 Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı2, İddiaçı5 vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən cavabdehlərin çıxarılması” tələbinə dair işə 27 noyabr 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən cavabdehlərin çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən, **********85 reyestr nömrəli kənd təsərrüfatı təyinatlı, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2023-cü il tarixli çıxarışına müvafiq olaraq mülkiyyətlərində olan, bu şəxslər tərəfindən zəbt edilmiş 3.74 ha torpaq sahəsindən çıxarılmalarına, habelə ödənilmiş 100 manat dövlət rüsumunun və 525 manat hüquqi yardıma görə ödənilən məbləğin cavabdehlərdən tutulmasını, barələrində xüsusi qərardad çıxarılmasına dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı4, hazırki tələb üzrə Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən **********85 reyestr nömrəli kənd təsərrüfatı təyinatlı ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli 3.74 ha torpaq sahəsinin mülkiyyətçiləridir. Qeyd olunan mülkiyyət onların ümumbirgə mülkiyyətindədir. Bu barədə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən hazırki çıxarış mövcuddur. Eynilə mülkiyyətə dair çıxarışın plan-ölçü sənədi vardır ki, həmin hissə tanıdılmış və məlum olmuşdur ki, onlara məxsus torpaq sahəsini hazıki cavabdehlər zəbt etməklə onun üzərində istismarı həyata keçirirlər. Torpaq sahələri bir neçə dəfə müraciətlərinə və istəylərinə baxmayaraq hazırki cavabdehlər torpaq sahələrini zəbt etməklə davam edirlər. Onlar bu səbəbdən də edilmiş zəbtlə bağlı müraciət etməklərinə baxmayaraq cavabdehlər torpaq sahələrindən çıxmırlar. Bu şəxslər onların doğmaları olsalar da, nəticə etibarı ilə öz qanunsuz hərəkətlərini davam etdirirlər. Qeyd olunan torpaq sahəsi onların pay torpaqlarıdır. Onların əmlakı və mülkiyyətidir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək izah etdi ki, onlara məxsus Yevlax rayonunun Qaraməmmədli kəndində yerləşən 3.74 ha torpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilmişdir. Ona görə də zəbt olunmuş torpaq sahəsindən cavabdehlərin çıxarılmasını istəyir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı5 iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehlər Cavabdeh1 atası, Cavabdeh2 isə qardaşıdır. Sözügedən toraq sahəsi iddiaçı olaraq onlara məxsusdur. Cavabdehlər onlara məxsus torpaq sahəsini zəbt etmişlər. Ona görə də zəbt olunmuş torpaq sahəsindən cavabdehlərin çıxarılmasını istəyir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı X2 iddia tələbini müdafiə etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı5 vəkili X4 çıxış edərək, məhkəmə baxışında bütün halların araşdırıldığını, mütəxəssis rəyindən də iddia tələbində haqlı olduqları müəyyən olunmuşdur. Odur ki, iddianı iddia tələbinin təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddianın əsassız olduğunu izah edərək bildirmişdir ki, mübahisələndirilən torpaq onlara, yəni oğlu Ədalət və ona məxsusdur. Belə ki, əvvəllər ölçü aparılarkən torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Hətta əkin sahəsinin sərhədləri, həmin toraq sahəsinin üzərində əkilmiş 2 ədəd ağacla da müəyyən etmək olar. Kordinatların dəyişdirilməsi isə Bələdiyyə sədrinin əməlləri ilə ola bilər. Bu səbəbdən iddianın təmin olunmamasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 iddianın əsassız olduğunu izah edərək bildirmişdir ki, iddiaçıların və cavabdehlərin, yəni onların torpaqlarına verilmiş çıxarışlar ayrıdır. İddiaçıların iddia etdiyi torpaq sahəsi onların istifadəsində deyildir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 vəkili Nümayəndə çıxışında bildirmişdir ki, mülki iş üzrə verilmiş mütəxəssis rəyi ilə tanış olmuşlar və mütəxəssis rəyi ilə razı deyillər. Onlar iddiaçılara məxsus, yəni Yevlax rayonunun Qaraməmmədli kəndi ərazisində yerləşən **********85 reyestr nömrəli çıxarışla verilmiş 3.74 ha torpaq sahəsinin 2.07 ha hissəsindən istifadə etmirlər. İddiaçıların və cavabdehlərin mülkiyyətinə daxil olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi eyni cizgidə yerləşməklə qonşuluq münasibətləri vardır. Respublikada torpaq islahatı keçirilən zaman həmin cizgiyə yalnız 10 (on) “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı işlənmişdir. Hazırda isə həmin cizgidə 11 mülkiyyətçi (ailə başçısı) vardır. Bu da onu göstərir ki, həmin cizgidə saxtakarlıq olmuşdur. Yəni, həmin cizgiyə 1 (bir) mülkiyyətçi əlavə edilmişdir ki, bu hal da həmin cizgidə olan subyektlər arasında mübahisələr yaradır. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və tədqiq edilmiş RUS 75 ******* nömrəli passportun surətindən görünür ki, İddiaçı5 Museyib oğlu xx.xx.1963-cü il tarixində Azərbaycanda doğulmuş, Rusiya Federasiyasının vətəndaşıdır. İş materiallarına əlavə olunmuş və tədqiq edilmiş 11 aprel 2025-ci il tarixli, arayışdan görünür ki, İddiaçı5 ilə X7 arasında nikah bağlanmışdır. İş materiallarına əlavə olunmuş və tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən təqdim edilmiş Çıxarışın surətindən görünür ki, Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən, 3.74 ha kənd təsərrüfatı təyinatlı torpaqlar İddiaçı1,İddiaçı2, İddiaçı3, X3, İddiaçı5 mülkiyyətidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli, 667 saylı qəbzdən görünür ki, İddiaçı4 məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 18 sentyabr 2025-ci il tarixli, 3-21-3-35/2-3610/2025 nömrəli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Yevlax rayonu, Qaraməmmədli kəndi ərazisində yerləşən iddiaçıların mülkiyyətinə **********85 reyestr nömrəli çıxarışa verilmiş 3.74 ha torpaq sahəsinin 2.07 ha hissəsi naturada cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 31 oktyabr 2025-ci il tarixli, 3-16-16/2-10/7422/2025 saylı məktubda Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2025-ci il tarixdə daxil olmuş 2(039)-1405/2025 nömrəli iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının aparılmasından imtina edilməsi barədə xx.xx.2025ci il tarixli məlumat qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə əsasən, torpaq sahələrini özbaşına tutmuş şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçıların hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********85 qeydiyyat nömrəli 19 aprel 2023-cü il tarixli çıxarışa əsasən Yevlax rayonu, Qaraməmmədli kəndi ərazisində mülkiyyətində 3.74 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsininin 2.07 ha hissəsini cavabdeh faktiki olaraq qanuni əsas olmadan istifadə edir və bununla da iddiaçıların mülkiyyət hüquqları kobud şəkildə pozulur. Ona görə də məhkəmə hesab edir ki, **********85 qeydiyyat nömrəli 19 aprel 2023cü il tarixli çıxarışla iddiaçının mülkiyyətində olan 3.74 ha torpaq sahəsinin 2.07 ha hissəsindən cavabdeh çıxarılmalıdır. İddiaçının dövlət rüsumu kimi ödədiyi 100 manat pul cavabdehlərdən alınıb İddiaçı4 verilməlidir. Məhkəmə iddia tələbində qeyd edilən 525 manat hüquqi yardıma görə ödənilən məbləğə münasibətdə qeyd edir ki, hüquqi yardımın göstərilməsi üçün hər hansı ödənişin edənilməsi iş materiallarından müəyyən etmək olmur və buna görə də həmin hissədə iddia təmin edilə bilməz. Eyni zamanda xüsusi qərara dair iddia tələbi də əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Torpaq sahəsi ilə bağlı müqaisəli tədqiqat mövcud deyil. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********85 qeydiyyat nömrəli 19 aprel 2023-cü il tarixli çıxarışla iddiaçıların mülkiyyətində olan 3.74 ha torpaq sahəsinin 2.07 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub İddiaçı4 verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1405/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1405/2025
27.11.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver