Məhkəmə qərarları › İş №2(039)-1422/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1422/2023

23.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1422/2023 23.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi və onun vəkili X21 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Mingəçevir Regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisini qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi olan RX seriyalı, № ******* olan çıxarışa əsasən, xx.xx.2002-ci il tarixdə vəfat etmiş mərhum X8ndan miras qalmış Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 0.7482 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini xx.xx.2011-ci il tarixdə vəfat etmiş X14 tərəfindən mirası qəbul edilməsi faktının təstiq edilməsi, o cümlədən həmin əmlakın anasının mülkiyyəti sayıldıqdan sonra tərəfindən həmin mirasın (Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 0.7482 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin) qəbul edilməsi faktının təstiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş, sonuncu yaşayış ünvanı Yevlax rayonu, Qaraməmmədli kəndi olmuş X17 onun nənəsidir. Mərhum X8ndan Yevlax rayonu, Qaraməmmədli kəndində daşınmaz əmlak – 0.7482 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsinə dair nənəsinin mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəsi olan RX seriyalı, № ******* olan çıxarışa əsasən təstiq edilmişdir. X5 qanun üzrə birinci növbəli yeganə vərəsəsi onun X14 olmuşdur. X13 xx.xx.1940-cı il təvəllüdlü olmuşdur. X14 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Bu hal (anasının yeganə vərəsə olması) Yevlax rayonu Qaraməmmədli Bələdiyyəsindən əldə etdiyi 27 mart 2023-cü il tarixli 28 saylı arayışla təstiq olunur. X8 vəfat edən zaman onun övladı- onun X14 mirası-Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 0.7482 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə əmlaka sahiblik etmiş, əmlakı idarə etməyə faktiki başlamış, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir və bununla da həmin əmlak anasının mülkiyyət sayılmışdır. O, X18 onunla birlikdə yaşayan, o cümlədən eyni təsərrüfatı idarə edən övladı olaraq, öz növbəsində, anasının mülkiyyəti hesab edilən (anamdan miras qalan)-Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 0.7482 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə mirası qəbul etmiş yeganə vərəsədir. Belə ki, anasının vəfatından sonra, həmin təsərrüfata- kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yalnız o, sahiblik etmiş və faktiki olaraq o, idarə etmiş, həmin əmlakı X37 şəxsə icarəyə vermiş və icarə haqqını hər ay özü alır. Mingəçevir Regional “Asan Xidmət “Mərkəzində xüsusi notariusa müraciət edərək xx.xx.2002-ci il tarixdə vəfat etmiş, X8n, o cümlədən X14ndan miras qalmış Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 0.7482 ha ölçüdə torpaq sahəsinə dair adına vərəsəlik hüququ haqqında şəhadətnasi verilməsini xahiş etdi. Lakin, Mingəçevir Regional “Asan Xidmət “Mərkəzində xüsusi notarius Ramin Muradov tərəfindən ona verilmiş 17 yanvar 2023-cü il tarixli 85 nömrəli məktubla ona bildirilmişdir ki, mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin təqdim etməyini bildirmişlər. Ərizəçi məhkəmə baxışı zamanı ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs, Mingəçevir Regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Ərizəçinin vəkili Sevda Bəkirova ərizəçi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə, notariat kontorunun nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 və X19 ifadələrində Yevlax rayonu, Qaraməmmədli kəndində yaşadıqlarını, Ərizəçi onların həmkəndlisi olduğunu, ərizəçinin mərhum nənəsi X22 rayonu Qaraməmmədli kəndində qalmış torpaq sahəsini onun vəfatından sonra Nəsibin anası mərhum X18, sonuncunun vəfatından sonra isə Ərizəçi istifadəsində olduğunu bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Notariat kontorunun xüsusi notariusu Ramin Muradov tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 85 saylı məktubda qeyd edilir ki, ərizəçinin xx.xx.2002-ci il tarixdə vəfat etmiş X10 qalmış miras əmlaka mirasın qəbulu faktı vaxtında rəsmiləşdirilməsinə baxmayaraq, adına vərəsəlik haqqında şəhadətnamə verməyi xahiş etməyi barədə ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edilməmişdir. Mirasın qəbul müddətinin uzadılması üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən 0.7482 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 adına tam mülkiyyət kimi qeydə alınmışdır. Yevlax rayonu Qaraməmmədli kənd sovetliyi tərəfindən xx.xx.1967-ci il tarixdə verilmiş AZ-İİ № 366689 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X35 ilə X25 arasında bağlanmış nikah 1967-ci ilin iyun ayının 20-ci günündə Yevlax rayonu Qaraməmmədli kənd sovetliyinin akt qeydləri kitabında 10 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Sadıqov, arvada isə Sadıqova soyadı verilmişdir. Yevlax rayonu Qaraməmmədli kənd inzibati nümayəndəliyi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ 680006 №-li, ölüm haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2002-ci il tarixdə vəfat etmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ 487610 №-li, ölüm haqqında şəhadətnamədən görünür ki, X23 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ 283283 №-li, ölüm haqqında şəhadətnamədən görünür ki, X35 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Yevlax şəhər İcra Hakimiyyət Başçının Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixli, 282 saylı arayışdan görünür ki, X1 yaşamış və xx.xx.2002-ci il tarixdə Qaraməmmədli kəndində vəfat etmişdir. Yevlax şəhər İcra Hakimiyyət Başçının Qaraməmmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2022-ci il tarixli, 283 saylı arayışdan görünür ki, Ərizəçi mərhum X30 Əİbənt qızı öldüyü günə qədər xx.xx.2002-ci ilə kimi Yevlax rayonu Qaraməmmədli kəndində pasport qeydiyyatında olmuş və yaşamışdır. X6 ölümündən sonra ölən qədər onunla birlikdə yaşamış və miras qoyanın öldüyü gündən hal-hazırdək həmin ünvanda pasport qeydiyyatında olan xx.xx.1940-ci il təvəllüdlü X23 vəfat etmişdir. Yevlax Rayon Qaraməmmədli kənd Bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 028 saylı arayışdan görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş, sonuncu yaşayış ünvanı Yevlax rayonu Qaraməmmədli kəndi olmuş X12 yeganə övladı xx.xx.1940-ci il təvəllüdlü X23 olmuşdur. Zərniyar Quliyevanın başaq vərəsəsi olmamışdır. X20 vəfat etdikdən sonra, ondan miras qalmış Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 0.7482 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsində nəvəsi Ərizəçi (qızı X18 oğlu) istifadə etmiş və həmin torpaq sahəsi onun sahibliyində olmuşdur. X18 digər vərəsələri həmin torpaq sahəsindən istifadə etməmişlər. Yevlax rayon Qeydiyyat Şöbəsinin 371 №-li, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2011-cu ilədək daxil edilmiş bütün xx.xx.1933-cü il təvəllüdlü X23 və ailə üzvləri barədə məlumatlar belə qeyd olunmuşdur; həyat yoldaşı xx.xx.1940-cı il təvəllüdlü X35, oğlu xx.xx.1959-cü il təvəllüdlü X36, oğlu xx.xx.1969-cu il təvəllüdlü X27, oğlu xx.xx.1965-ci il təvəllüdlü Ərizəçi və qızı xx.xx.1971-ci il təvəllüdlü X28. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı:

10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1.Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlarla təsdiq olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** №-li çıxarışa əsasən Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən 0.7482 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X11 mülkiyyətinə verilmişdir. Ərizəçinin anası X34 Quliyevanın yeganə varisi olmuş və sonuncu, xx.xx.2002-ci il tarixdə öldükdən sonra ondan miras qalmış əmlakı birinci növbə vərəsə kimi faktiki olaraq qəbul etmişdir. Mənzər Sadıqova xx.xx.2011-ci il tarixdə öldükdən sonra isə oğlu Ərizəçi birinci növbə vərəsə kimi həmin torpaq sahəsindən istifadə etməklə həmin miras əmlakı qəbul etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş üzrə sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, şahidlərin ifadəsini və digər sübutları təkzib edən, onların mötəbərliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Ərizədə qeyd edilən faktın təsdiq edilməsi ərizəçiyə vərəsəlik haqqında şəhadətnamənin alınması üçün gərəkdir, miras əmlakın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət də keçdiyindən və bu müddətin uzadılması imkanı da itirildiyindən ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. X4 miras qalmış Yevlax rayonu Qaraməmmədli kəndində yerləşən 0.7482 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ilk olaraq qızı, mərhum X23 tərəfindən qəbul edilməsi faktı təsdiq edilsin. X7 miras qalmış Yevlax rayonu, Qaraməmmədli kəndində yerləşən 0.7482 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin oğlu, Ərizəçi tərəfindən qəbul edilməsi faktı təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar