Məhkəmə qərarları › İş №2(039)-1428/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1428/2021

06.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1428/2021 06.07.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1966-cı il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olması faktının, yəni doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmədə ərizəsini müdafiə edərək izah etdi ki, o xx xxxxxx 1966-cı il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olmuşdur. Doğum haqqında şəhadətnaməsi olsa da, itirmişdir. Bu barədə Maraqlı şəxsnə müraciət etsə də, onun doğum akt qeydi aşkar edilməmişdir. Ona məhkəməyə müraciət etməsi bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısıdır. Valideynləri əvvəllər Ukraynada yaşamışlar və orada o dünyaya gəlmişdir. Sonra işi ilə əlaqədar Ermənistana köçmüşlər. Ermənistanda yaşadıqları zaman İrina dünyaya gəlmişdir. Daha sonra Azərbaycana gələrək, Yevlaxda yaşamışlar. Burada da, digər bacısı Züleyxa dünyaya gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısıdır. Valideynləri əvvəllər Ukraynada yaşamışlar və orada Elmira dünyaya gəlmişdir. Sonra işi ilə əlaqədar Ermənistana köçmüşlər. Ermənistanda yaşadıqları zaman İrina dünyaya gəlmişdir. Daha sonra Azərbaycana gələrək, Yevlaxda yaşamışlar. Burada da, digər bacısı və o dünyaya gəlmişdir. Məhkəmə ərizəçinin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən 19 dekabr 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, Ərizəçi xx xxxxxx 1966-cı il tarixdə Ermənistan Respublikası, Yexeqnadzor rayonunda anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş 27 may 2021-ci il tarixli 1057 saylı məktubdan məlum olur ki, Ərizəçi doğum haqqında akt qeydinin müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə və Maraqlı şəxs arxiv kitablarında yoxlama aparılmış və doğum haqında akt aşkar edilməmişdir. Əks halda məhkəməyə müraciət edə bilər. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 14 mart 1977-ci il tarixli lV-JQ 477320 saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, X2 08 mart 1977-ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 25 sentyabr 1964-cü il tarixli Vl- UR 150195 saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, X5 10 sentyabr 1964cü il tarixdə Marqanets şəhərində anadan olmuşdur. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən 22 iyun 2021-ci il tarixli AZ-T 172582 saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, X4 21 oktyabr 1973-cü il tarixdə Yevlax şəhərində anadan olmuşdur. Beləliklə, işin araşdırılmış hallarından müəyyən edilir ki, ərizəçinin xx xxxxxx 1966cı il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda doğulması faktı qeydiyyat orqanında qeyd edilmiş, ərizəçinin doğum haqqında şəhadətnaməsi əsasında ona şəxsiyyət vəsiqəsi verilmişdir. Lakin, ərizəçi doğum haqqında şəhadətnaməsini itirmiş və “vətəndaşlıq vəziyyəti aktları” qeydiyyat informasiya sistemində ərizəçinin doğum haqqında akt qeydi aşkar edilməmişdir. Ərizəçi yeni “doğum haqqında şəhadətnamə” əldə edə bilmir və onun həmin sənədi başqa qaydada əldə etmək imkanı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyət olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında tədqiq edilən sübutlarin məcmusu təsdiq edir ki, ərizəçinin, atasının X6 və anasının X1maqla xx xxxxxx 1966-cı il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi, atasının X6 və anasının X1maqla xx xxxxxx 1966-cı il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Bu qətnamə yenidən doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar