Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1429/2025 02.10.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, İddiaçı və onun vəkili X8, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X11 qarşı cavabdehdən borcun alınmasına, cavabdehin evdən əl çəkməyə və evin onun mülkiyyətinə keçirilməsinə maneələr yaratmaması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, X2 Cavabdeh arvadı olmuşdur. Onların hər ikisi ona ünvan 1 ünvanında yerləşən X2nın adına mülkiyyətində olan evi razılaşma əsasında 2010-cü ildə 17000 manata satmışlar. Bundan sonra onun xəbəri olmadan həmin evi «Agbank»ın Yevlax filialına qirov qoyaraq Kəmalənin adına 10000 (on min) manat pul götürmüşlər. Bankdan götürülmüş məbləğin, yəni 10 000 (on min) manatın 4436 (dörd min dörd yüz otuz altı) manatını X2 cədvəl üzrə hissə-hissə ödəmişdir. Bir müddət sonra ödəniş edilməmiş və o (iddiaçı) məcburiyyət qarşısında yerdə qalan borcu, yəni 5564 (beş min beş yüz altmış dörd) manatı ödəmişdir. Hansı ki, onlar bu pulu götürdükləri müddətdə cavabdehlər birgə nikahda olmuşlar. Onun (iddiaçının) həmin pulu ödəməsi barədə bank hesabından çıxarış və qəbzləri vardır. X2 Cavabdeh həmin ünvandan Pişəvəri küçəsi 3A, mənzil 5 ünvanından çıxmasına dair 8000 (səkkiz min) manat təzminat ödənilməsi barədə qətnamə çıxarılmışdır. Mərhum X1 şəhəri Pişəvəri küçəsi ev 3A, mənzil 5 ünvanına notarial qaydada qeyliyyata düşməyinə icazə vermişdir. Hal-hazırda xx.xx.2020-ci ildən həmin evdə qeydiyyatdadır. Bu faktı təsdiqləyən Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin arayışı vardır. xx.xx.2013-cü ildə X2 ilə Cavabdeh arasındakı Yevlax rayon qeydiyyat şöbəsində 84 nömrəli nigah aktı qeydi pozulmuşdur. Evi aldığı vaxtdan, yəni 2010-cü ildən o evə daxil olub yaşayır və 2014-2018-ci illərdə evi təmir etdirmişdir. Onun təmirə təqribən 15000 manat xərci çıxmışdır. 2014-cü il sentyabrın 14-də həmin ünvanda oğlu X6 toy etmişdir. 20 mart 2018-ci ildə isə ərinin X3 yas mərasimini keçirmişdir. Həmin evə işıq, qaz, su pulunu və ev haqqını o ödəmiş və hazırda da ödəyir. Cavabdeh Ağayev X16 şəhəri Pişəvəri küçəsi ev 3A, mənzil 5 ünvanında yerləşən evi onun mülkiyyətinə keçirməkdən imtina edir. Cavabdeh evi satmağa ona görə razılıq vermişdir ki, ona 7000 dollar pul verəcək və həmin pulu ondan tələb edir. Yevlax rayon prokurorluğunun 04 yanvar 2020-ci il tarixdə cinayət işinin qaldırılmaması haqqında qərarı var. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(107)-716/2022 saylı qətnaməsi ilə Cavabdeh yaşayış hüququ verilmişdir. O bu yaxınlarda, təxminən bir ay yarım bundan qabaq bu barədə bilmişdir. xx.xx.2025-ci ildə X2 vəfat etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh 5564 (beş min beş yüz altımış dörd) manat pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və Cavabdeh 5564 (beş min beş yüz altımış dörd) manat pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, Kəmalə Cabbarova ilə 2013-cü ildən boşandıqlarını, onun öhtəliklərinə cavabdeh olmadığını, onun ölümündən sonra mərhumun vərəsəsi olmadığını, heç bir mirasla bağlı mənfəət əldə etmədiyini, iddiaçı ilə mərhum Kəmalə Cabbarova arasında pulun verilməsi və alınması ilə əlaqədar razılaşma olduğundan məlumatının olmadığın, iddiaçıdan hər hansı məbləğdə pul almadığını göstərərək, iddianın əsassız olduğundan təmn edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, MH ******* saylı çıxarış surətindən görünür ki, Yevlax şəhəri Pişəvəri küçəsi 3A/5 saylı mənzil X5 mülkiyyətindədir. İşdə olan Bərdə «ASAN xidmət» mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, X10 ilə Cavabdeh arasında xx.xx.2013-cü ildə Yevlax rayon qeydiyyat şöbəsində bağlanmış, 84 saylı nikah pozulmuşdur. İşdə olan Yevlax şəhər 2 saylı MTİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 79 saylı arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır və qeydiyyatdadır. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ağayev X16 şəhəri Pirşəvəri küçəsi ev 3 A, mən. 5 ünvanında qeydiyyatdadır. İşdə olan Yevlax rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış materialda cinayət hadisəsi müəyyən olunmadığına görə cinayət işinin başlanması rədd edilmiş, müraciətdə göstərilən xüsusatlar mülki xarakterli olduğundan Cavabdeh müvafiq rayon məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Həmin qərardan görünür ki, X10 verdiyi izahatında Cavabdehlə faktiki 2010-cu il tarixdə, 2013-cü il tarixdə isə rəsmi qaydada bşandıqlarını, həmn dövrdən 2020-ci il tarixədək aralarında hər hansısa əmlakla bağlı mübahisə olmadığını göstərmişdir. İşdə olan Yevlax rayon 1 saylı notariat kontoruna yazılmış ərizənin surətindən görünür ki, X10 mükiyyətində olan ünvan 3 ünvanında yerləşən evini İddiaçı satmışdır. Ondan 14000 manat almış, ev Agbankda girovdadadır. 3000 manat İddiaçı tərəfindən Agbanka ödənildikdən sonra evin onun adına sənədləşdirilməsinə etiraz etmir. İşdə olan Yevlax rayon 1 saylı notariat ofisinə yazılmış ərizənin surətindən görünür ki, X10 mükiyyətində olan ünvan 3 ünvanında yerləşən evinə İddiaçı daimi qeydiyyata düşməsinə razılıq vermişdir. İşdə olan xx.xx.2023-cü il tarixli DİN yaşayış yeri üzrə arayışın surətindən görünür ki, X1 şəhəri Pirşəvəri küçəsi ev 3A, mən. 5 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan şəxlər X19, İddiaçı, X9, və Cavabdehdur. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-716/2022 saylı qətnaməsindən görünür ki, cavabdeh X5 vəkili X13 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Yevlax Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(039)-428/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə (mənzilə köçürülmə hissəsində) ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin bu hissədə təmin edilməsi, iddiaçı Cavabdeh xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə cavabdeh X7 məxsus olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə köçürülməsi qət edilmişdir. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-2239/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddia təmin edilərək, Əmlak Məsəlləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 30 oktyabr 2008-ci il tarixində ********** qeydiyyat nömrəli çıxarışa əsasən X7 məxsus Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzildən X10 tərəfindən 8000 manat kompensasiya ödəməklə Cavabdeh istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, MH ******* saylı çıxarışa əsasən Yevlax şəhəri Pişəvəri küçəsi 3A/5 saylı mənzil X5 mülkiyyətində olmuşdur. X2 ilə Cavabdeh arasında olan nikah xx.xx.2013-cü ildə Yevlax rayon qeydiyyat şöbəsində pozulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-716/2022 saylı qətnaməsi ilə cavabdeh X5 vəkili X13 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Yevlax Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(039)-428/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə (mənzilə köçürülmə hissəsində) ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin bu hissədə təmin edilməsi, iddiaçı Cavabdeh xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə cavabdeh X7 məxsus olan Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(039)-2239/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, Əmlak Məsəlləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 30 oktyabr 2008-ci il tarixində ********** qeydiyyat nömrəli çıxarışa əsasən X7 məxsus Yevlax şəhəri Pişəvəri küçəsi 3A nömrəli binanın 5 saylı mənzildən X10 tərəfindən 8000 manat kompensasiya ödəməklə Cavabdeh istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. Məhkəmə iclasında iddiaçı ilə Cavabdeh arasında mübahisəli mənzilin alqısatqısına dair razılaşmanın olması, bu məqsədlə iddiaçı tərəfindən cavabdehə pul verilməsi, həmçinin Cavabdeh mərhum Kəmalə Cabbarovadan qalmış miras əmlakı qəbul etməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1162-ci maddəsinə əsasən sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Həmin Məcəllənin 1163-cü maddəsinə əsasən nikahı ləğv etmiş ər-arvad birbirindən sonra vərəsə ola bilməzlər. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-1429/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1429/2025
02.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver