Məhkəmə qərarları › İş №2(039)-1445/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1445/2021

31.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1445/2021 31.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı orqan Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı orqan Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi»haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X2 19 noyabr 2003-cü il tarixdə anadan olması faktının, yəni doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizəni onunla əsaslandırmışlar ki, onlar faktiki ailə quraraq nikahlarını 21 avqust 2016-cı il tarixdə rəsmiləşdirmişlər. Onların birgə evliliyindən 19 noyabr 2003-cü il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Müəyyən səbəblərdən (doğulduğu Yevlax rayon Varvara kəndində yerləşən tibb məntəqəsi yanğın nəticəsində tələf olmuşdur) övladlarının adına doğum haqqında şəhadətnamə alınmamışlar. Belə ki, onun adına tibbi doğum haqqında şəhadətnamə verilmədiyindən, doğum qeydinin maraqlı orqan Maraqlı şəxsndə aparılması mümkün deyildir. Uşağın anadan olmasını təsdiq edən sənədləri başqa formada əldə etmək mümkün olmadığından doğum haqqında şəhadətnaməni almaq mümkün deyildir. Ona görə də uşağın anadan olması faktının, yəni doğumun qeyd edilmə faktının məhkəmə qaydasında müəyyən edilməsi mümkün olduğundan hazır ki, ərizə ilə müraciət etmək məcburiyyətində qalmışlar. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəmə iclasında ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı orqan Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, maraqlı orqanın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı orqan Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçilərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, 21 avqust 2016-cı il tarixli AZ-ll 145706 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Ərizəçi1 ilə X1 21 avqust 2016-cı il tarixdə evlnmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən, Maraqlı şəxs 10 iyun 2021-ci il tarixli, 05/Q-52/15 saylı məktubundan məlum olur ki, Ərizəçi2 məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3 maddəsinə əsasən, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ərizəçilər faktiki olaraq ailə qurmuşlar. Birgə yaşayışlarından ev şəraitində 19 noyabr 2003-cü il tarixdə qız övladları olmuşdur. Uşağın doğumu qeydə alınmamışdır. Hazırda ərizəçilr rəsmi nikah qeydindən keçmişlər. Məhkəmə belə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi2 19 noyabr 2003-cü il tarixdə bir qız uşağının doğması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi2 19 noyabr 2003-cü il tarixdə bir qız uşağının doğması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Bu qətnamə müvafiq doğum akt qeydinin Maraqlı şəxs tərəfindən aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar