Məhkəmə qərarları › İş №2(039)-1475/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1475/2023

14.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1475/2023 14.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı «payın müəyyən edilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı «payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ARİN yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 23 aprel 2015-ci il tarixli ********** saylı çıxarışa əsasən, Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən 5.3555 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı3 1/8, İddiaçı2 1/8, İddiaçı4 1/8, İddiaçı1 1/8 və Cavabdeh 1/8 hissədə paylarının müəyyən edilməsinə; həmçinin ARİN yanında ƏMDX DƏDKR publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 24 aprel 2015-ci il tarixli ********** saylı çıxarışa əsasən, Yevlax rayonu, Hürüuşağı kəndində yerləşən 0.2010 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı3 1/8, İddiaçı2 1/8, İddiaçı4 1/8, İddiaçı1 1/8 və Cavabdeh 1/8 hissədə paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 iddia tələbini müdafiə edərək izah etdi ki, Yevlax rayonu, Hürüuşağı kəndində onun və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş torpaq sahəsi var. Lakin həmin torpaq sahəsindən istifadə edə bilmir. Hazırda həmin torpaq sahəsindən paylarının müəyyən edilməsini istəyirlər. Lakin məhkəmədən kənar məsələnin həll edilməsinə cavabdeh razı olmamışdır. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdilər. İddiaçılar İddiaçı2 və İddiaçı3 İddiaçı1 izahatına oxşar eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək izah etdi ki, iddiaçılarla birgə mükiyyətli torpaq sahələri vardır. Hazırda payların müəyyən edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 24 aprel 2015-ci il tarixli çıxarışın surətindən məlum olur ki, Cavabdeh, X6, X1, X2, İddiaçı3, X3, İddiaçı4 və İddiaçı1 Yevlax rayonu, Hürüuşağı kəndində 0.2010 ha ümumi birgə torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 23 aprel 2015-ci il tarixli çıxarışın surətindən məlum olur ki, Cavabdeh, X6, X1, X2, İddiaçı3, X3, İddiaçı4 və İddiaçı1 Yevlax rayonu, Hürüuşağı kəndində 5.3555 ha ümumi birgə torpaq sahəsi vardır. Beləliklə, məhkəmədə aydın oldu ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışlara əsasən Cavabdeh, X6, X1, X2, İddiaçı3, X3, İddiaçı4 və İddiaçı1 ümumi birgə paylı torpaq sahəsi vardır. İddiaçılar həmin çıxarışlarda paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh iddianı qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 83.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində hüquqlarını, əgər qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uygun həyata keçirirlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddiaçılar paylı mülkiyyətin mülkiyyətçisi olduqlarından və digər mülkiyyətçiyə qarşı öz paylarının müəyyən edilməsini tələb etmək hüququ olduğundan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 23 aprel 2015-ci il tarixli və ********** qeydiyyat nömrəli 24 aprel 2015-ci il tarixli çıxarışlara əsasən verilmiş torpaq sahəsində tərəflərin 1/8 hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci mad. əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli 24 aprel 2015-ci il tarixli çıxarışa əsasən Cavabdeh, X8, X4, X5, İddiaçı3, X7, İddiaçı4 və İddiaçı1 0.2010 hektar ölçüdə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1 və Cavabdeh 1/8 hissədə payı müəyyən edilsin. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 aprel 2015-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh, X8, X4, X5, İddiaçı3, X7, İddiaçı4 və İddiaçı1 5.3555 hektar ölçüdə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1 və Cavabdeh 1/8 hissədə payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar