Məhkəmə qərarları › İş №2(039)-1479/2023

Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-1479/2023

04.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1479/2023 04.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi barədə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixində, Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsi, bina 17, 5-ci blok. 5-ci mərtəbədəki mənzili su sızmasına görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilən 655 manat sığorta ödənişini məbləğinin və ödənilmiş 30.40 manat dövlət rüsumu məbləğinin cavabdehdən alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində Cavabdeh məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, bina 17, 5-c blok, 6-cı mərtəbə, 86 saylı mənzilindən yüksək təzyiqli su axıntısı nəticəsində həmi binada yerləşən X4 məxsus 84 saylı mənzilə su sızmış və maddi zərər dəymişdir. xx.xx.2022-ci il tarixli sığorta hadisəsi nəticəsində əmlakın zədələnməsi barədə hesabat uyğun olaraq mənzilə 655 manat zərər dəyməsi müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC öz nöbəsində dəymiş zərəri aradan qaldıraraq 84 saylı mənzilin sahibinə 655 manat sığorta ödənişini həyata keçirilmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin aparıcı hüquqşünası X2 ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan. xx.xx.2021-ci il tarixli sığorta aktından müəyyən olunur ki, 216996 saylı sığorta şəhadətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı Sığorta Şirkəti ASC-də “X1 və Kredit Zəmanət Fondu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsi ev 17, mənzil 84-da icbari sığortası” növündə sığortalanmış xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanında qonşu mənzilindən su sızma nəticəsində əmlaka zərər dəymişdir. xx.xx.2021-ci il tarixli sığorta hadisəsi nəticəsində əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq 655 manat təşkil edir. xx.xx.2021-ci il tarixdə hadisə nəticəsində əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, ev su basma nəticəsində zədələnmiş əmlaka baxış keçirilən zaman, əmlaka dəymiş zərərin 655 manat təşkil edir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparat yanında Mənzil-Tikinti Kooperativi İdarə Heyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “D” yaşayış sahəsi, bina 17, 5-ci blok, 6-cı mərtəbə, 86 saylı mənzildəki qonşunun məsluliyətsizliyi ucbatından baş vermiş və zərər yetirənin 86-cı mənzilin sahibi Cavabdeh olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, Yevlax şəhəri Dostluq küçəsində yerləşən 83 saylı 0.036 ha həyətyanı torpaq sahəsi X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi D yaşayış sahəsi ev 17,mənzil 84-da xüsusi mülkiyyət üzrə X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestirində qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X5 655 manat sığorta ödənişi edilmişdir. Dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu, 0,40 manat bank xidməti haqqı ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehə məxsus mənzildən İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığorta müqaviləsi əsasında sığorta olunmuş mənzilə su sızması nəticəsində vurulmuş ziyanın əvəzi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmişdir. Mülki Məcəllə: Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2 Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülkhüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 655 manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 238-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 655 (altı yüz əlli beş) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat 40 (qırx) qəpik alınaraq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar