Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-148/2025 21.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsinin arxiv materiallarının və elektron baza məlumatlarını təsdiq edən sənədlərin Ərizəçi və mərhum qaynanası X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi Yevlax rayonu, kolanlı kəndində 0.14 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və trxniki pasportun verilməsinə köməklik göstərilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, təqdim olunan sənədlərin idarənin arxiv materialları ilə elektron baza məlumatları ilə düzgünlüyünü yoxlayarakən onun ata adının “Zahid” yox “Vahid” kimi qeyd olunması, təvəllüdünün isə “1967” yox “1984” kimi qeyd olunması və eləcə də hazırda vəfat etmiş qayınanası X2 adı “Sumara” yox “Sumaya” kimi qeyd olunmuşdur. Hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, lakin ərzəsinin icrasının mümkün olmadığı barədə ona bildiriş göndərilmişdir. Hazırda qeyd edilən faktın başaq formada bərpası mümkün olmadığından ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin, habelə şahidlərin izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Ərizəçi məxsus xx.xx.1967-ci il tarixdə verilmiş AЗ №-li ******* doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.1967-ci il tarixdə Yevlax şəhərində anadan olmuşdur; atası-X17, anası-X10r. Ərizəçi məxsus AA seriyalı, ******* №-li şəxsiyyət vəsiqəsində ərizəçinin soyadı “İsmayılova”, adı “Mahirə”, atasının adı “Zahid”, doğulduğu tarix isə “xx.xx.1967”, göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Yevlax filialı tərəfindən verilmiş xx.xx.2024cü il tarixli arxiv arayışından görünür ki, Dövlət Arxivindən mühafizə olunan Yevlax rayonu, Kövər kənd Nümayəndəliyinin (Kolanı kəndi üzrə) 1999-2000-ci il illərə dair 03 saylı təsərrüfatbaşına kitabının 06-cı səhifəsinin 511 saylı qeydinə əsasən qaynanası X11 təsərrüfat başçısı yazılmışdır. Ailə başçısı 1906-cı il təvəllüdlü X11, oğlu xx.xx.1962-ci il təvəllüdlü X18, qızı-gəlini xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi, qızı-nəvəsi xx.xx.1990-cı il təvəllüdlü X6 və oğul-nəvəsi xx.xx.1991-ci il təvəllüdlü X3 adlı ailə üzvləri vardır. Təsərrüfatın xüsusi mülkiyyətində olan yaşayış evinin ümumi sahəsi 56 kv metr, o cümlədən yaşayış sahəsi 48 kv metr, yazılmışdır. Sənəddə təsərrüfatın xüsusi mülkiyyətində 0,14 ha (on dörd sot) həyatyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsinin 3-16-5/8-11-884/2024 №-li, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ildək aparılmış məlumatlar aşkar edilmişdir. X5 (xx.xx.1962) vəfat etmiş, oğlu xx.xx.1991-ci il təvəllüdlü X7, oğlu X22 (xx.xx.1943) vəfat etmiş, oğlu X19 (xx.xx.1958) vəfat etmiş, oğlu X27 (xx.xx.1959) vəfat etmiş, qızı xx.xx.1956-ci il təvəllüdlü X13, qızı X20 (xx.xx.1965) vəfat etmiş və qızı X28 (xx.xx.1953) vəfat etmişdir. AZ-İİİ seriyalı İİİ nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X1 atası X18 anası Ərizəçidır. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir; Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir; Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı 637929 №li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X8 ilə X6 arasında bağlanmış nikah 2011-ci ilin fevral ayının 05-ci günündə akt qeydləri kitabında 06 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Almədətov, arvada isə Almədətova soyadı verilmişdir. Yevlax rayonu Malbinəsi kənd sovetliyi tərəfindən 11 iyun 1987-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı 362767 №li nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X18 ilə X14 arasında bağlanmış nikah 1987-ci ilin iyun ayının 11-ci günündə akt qeydləri kitabında 21 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada isə İsmayılova soyadı verilmişdir. DƏDRX-in 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yevlax rayon şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 3-48-DA-15F/2-263/2024 №-li arxiv arayışında hər hansı bir düzəlişin və ya dəyişikliyin edilməsi DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyildir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X21 və X29 ifadələrində bildirmişdir ki, ərizəçi onların bacısı və xalası oğlunun qızıdır. Ərizəçinin atasının adı “Zahid” olduğunu, qaynanası adı isə “Sumara” olmadığını bildirmişdirlər. Qeyd olunanlara əsasən müəyyən edilir ki, ərizəçin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsinin arxiv materiallarının və elektron baza məlumatlarını təsdiq edən sənədlərin göstərilmiş ərizəçinin “ata adı” ilə doğum haqqında şəhadətnaməsində göstərilən “ata adı” ilə düz gəlmir, arxiv materiallarının və elektron baza məlumatlarında “Ərizəçi” əvəzinə “Ərizəçi Vahid qızı” yazılmış və digər tələbdə isə ərizəçinin məhrum qayınanasının “adı” ilə ölüm haqqında şəhadətnaməsində göstərilən “adı” ilə düz gəlmir, arxiv materiallarının və elektron baza məlumatlarında “X11” əvəzinə “X12” yazılmış Məhkəmə, mövcud mübahisəninin həlli ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsinin arxiv materiallarının və elektron baza məlumatlarını təsdiq edən sənədlərin göstərilən “Ərizəçi Vahid qız” Ərizəçi məxsus olan AЗ №-li ******* №-li doğum haqqında şəhadətnamədə göstərilən şəxs ilə eyni şəxsdir, “X15” mərhum “X4” məxsus olan ölüm aktı qeydində göstərilən şəxs ilə eyni şəxsdir ərizəçi həmin arxiv materiallarının və elektron baza məlumatlarını ona məxsus olması faktının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsinin arxiv materiallarının və elektron baza məlumatlarını təsdiq edən sənədlərin göstərilən “Ərizəçi Vahid qız” Ərizəçi məxsus olan AЗ №-li ******* №-li doğum haqqında şəhadətnamədə göstərilən şəxs ilə eyni şəxsdir, “X15” mərhum “X4” məxsus olan ölüm aktı qeydində göstərilən şəxs olması, həmin arxiv materialları və elektron baza məlumatlarını ərizəçiyə məxsus olması faktı müəyyən edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-148/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-148/2025
21.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver