Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1481/2021 19.10.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı iştirakı ilə, iddiaçı X3 qanuni nümayəndəsi İddiaçı Cavabdeh qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və mirasda məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 qanuni nümayəndəsi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, X4 tərəfindən Cavabdeh 01.09.2016-ci il tarixində bağışlanmış ünvan 1 ünvanına dair daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 21.09.2016-ci tarixli, ********** qeydiyyat nömrəli çıxarışının ləğv edilməsi, o cümlədən oğlu X3 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakda məcburi pay hüququnun müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının qanuni nümayəndəsi iddia tələbini belə əsaslandırmışdır ki, o, X9 ilə 2013cü ilin əvvəllərində ailə quraraq nikahlarını 13.11.2013-cü ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 09.12.2013-cü ildə X10 adlı övladları dünyaya gəlmişdir. O, ailə qurandan sonra ünvan 2 ünvanına gəlin köçmüşdür. Oğlu bu evdə doğulmuş, hal-hazırda da oğlu ilə birlikdə həmin ünvanda yaşayır. X1, oğlu X6 yeganə varisi X3 hüquq və mənafelərini nəzərə almadan qeyd olunan fərdi yaşayış evini digər oğlu Cavabdeh(hazırkı iş üzrə cavabdeh) 01.09.2016-cı il tarixdə qanunsuz olaraq bağışlamışdır. Həyat yoldaşı X9 10.07.2016-cı il tarixdə vəfat etmişdir. Həmin gündən etibarən X1 onlara gün-güzəran verməmiş, bütün gücü ilə onları evdən çıxarmağa cəhd etmişdir. Bütün bunlara baldızları və qaynı Cavabdeh da qoşulmuş və məqsədləri onu və azyaşlı övladını evdən çıxarmağa istiqamətlənmişdir. Mirasda azyaşlı Cavidin məcburi pay hüququnun olmasına baxmayaraq, qaynanası sağ ikən evini oğlu Cavabdeh bağışlamış, bundan sonra sonuncu öz adına çıxarış alaraq evə mülkiyyət hüququ əldə etmişdir. Evin əvvəlki mülkiyyətçisi X5 mübahisələndirilən fərdi yaşayış evini oğlu Cavabdeh bağışlayarkən, ondan əvvəl vəfat etmiş digər oğlu X6 yeganə varisi X3 həmin mirasda olan məcburi pay hüququnu saxlamalı idi. Cavabdeh olduğu yer məlum olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. AZE seriyalı 11693995 №li şəxsiyyət vəsiqəsindən görünür ki, X9 ilə İddiaçı birgə nikahından 09.12.2013-cü il təvəllüdlü Cavid adlı uşaqları var. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 938573 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X9 10.07.2016-ci ildə vəfat etmişdir. 01.09.2016-cı il tarixli “daşınmaz əmlakın bağışlanması” müqaviləsindən görünür ki, X2 şəhəri Yeni Yevlax küçəsi bina 5, mənzil 14 ünvanında yerləşən iki otaqlı mənzilini oğlu Cavabdeh bağışlamışdır. Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X5 09.02.2021-ci ildə ölmüşdür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə mərhum Azər Səlimovun birgə nikahından iddiaçı Cavid Səlimov doğulmuş, iddiaçının atası Azər Səlimov 2016-ci ildə ölmüş, atası öldükdən sonra iddiaçının nənəsi Nədimə Səfərova mülkiyyətində olan mənzili 2016-cı ildə iddiaçının əmisi-hazırkı iş üzrə Cavabdeh bağışlamış və 2021-ci ildə ölmüşdür. İddiaçı, nənəsi Nədimə Səfərovanın mülkiyyətində olmuş və sonradan əmisi Cavabdeh bağışlanmış mənzildə məcburi pay hüququnun(mərhum atası Azər Səlimova çatası pay üzrə) olduğunu əsas gətirərək bağışlanma müqaviləsinin etibarsız sayılmasını istəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) miras qoyanın birinci dərəcəli vərəsələri sayılır. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Həmin Məcəllənin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 yanvar 2021-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər. Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarında həm də göstərilmişdir ki, “Bəzən miras qoyan vəfatından öncə yalnız vəsiyyətnamə ilə deyil, bağışlama müqaviləsi əsasında əmlakını əvəzsiz özgəninkiləşdirməklə də qanuni vərəsələrini həmin mirasdan məhrum edə və ya miras əmlakın həcmini azalda bilər. Bununla əlaqədar qeyd edilməlidir ki, mülkiyyətçinin öz əmlakına dair sərəncam verməsi, bağışlaması onun konstitusiya hüquqlarından biridir. Bu hüquqların məhdudlaşdırılması isə yalnız qanunvericilik qaydasında ola bilər və belə məhdudlaşdırma digər şəxslərin bəşəri hüquqlarının müdafiəsinə xidmət etməlidir”. Həmin Qərarda o da qeyd olunmuşdur ki, “Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır: tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı; əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı; əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli; həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı Cavid Səlimov Mülki Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən mərhum nənəsi Nədimə Səlimovanın birinci dərəcəli vərəsəsi olmaqla məcburi pay hüququ olan şəxs olsa da, nənəsi tərəfindən özünə məxsus fərdi yaşayış evinin bağışlanmasından iki ildən artıq müddət keçdiyindən və Mülki Məcəllənin 1200-cü maddəsində nəzərdə tutulan dispozitiv şərtlər eyni zamanda mövcud olmadığından iddiaçının tələbi təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı X3 qanuni nümayəndəsi İddiaçı Cavabdeh qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və mirasda məcburi pay hüququnun müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1481/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1481/2021
19.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver