Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1482/2021 26.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Məhəmməd oğluna qarşı cavabdehin zəbt etdiyi torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhəmməd oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun icarəsində olan 20 hektar torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yevlax rayonu Varvara Bələdiyyəsinin mülkiyyətində olan 3,79 hektar, 11,81 hektar və 4,40 hektar torpaq sahəsi, cəmi 20 hektar torpaq sahəsi 09.03.2024-cü il ilə kimi müqavilə əsasında ona icarəyə verilmişdir. Bu barədə ona Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin DƏDRX tərəfindən 14.06.2016-ci il tarixli, 3 ədəd Hüquqların Dövlət qeydiyyat qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar verilmişdir. O, həmin 20 hektar torpaq sahəsini şifahi razılaşma əsasında 01.06.2020-ci ildən 01.06.2021-ci ilə kimi Yevlax rayonu Cırdaxan kəndində yaşaya Cavabdeh icarəyə verilmişdir. Şifahi razılaşma əsasında torpaq icarəsinin müddəti başa çatmasına və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh həmin torpaq sahəsindən qanunsuz istifadə etməkdə davam edir. Cavabdehin həmin torpaq sahəsindən çıxarılmasını istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh Məhəmməd oğlu məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, iddiaçının nümayəndəsi izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Yevlax rayonu Varvara Bələdiyəsinin Varvara kəndində yerləşən 3,79 ha torpaq sahəsi icarə hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Yevlax rayonu X1 kəndində yerləşən 11,81 ha torpaq sahəsi icarə hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Yevlax rayonu X1 kəndində yerləşən 4,40 ha torpaq sahəsi icarə hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsi hər hansı qanuni əsas olmadan cavabdehin istifadə və sahibliyindədir. Buna görə də, iddiaçı həmin torpaq sahəsi ilə bağlı hüquqlarını həyata keçirə bilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının istifadəsində olan torpaq sahəsini hər hansı qanuni əsas olmadan istifadə etdiyindən iddiaçının tələbi haqlıdır və cavabdeh iddiaçının istifadəsində olan Yevlax rayonu Varvara kəndində yerləşən 20 ha torpaq sahəsindən çıxarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Məhəmməd oğlu İddiaçı istifadəsində olan Yevlax rayonu Varvara kəndində yerləşən 20 ha torpaq sahəsindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-1482/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1482/2021
26.08.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver