Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1484/2023 21.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, Ərizəçi Nadir qızının iştirakı ilə, Ərizəçi Nadir qızının “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsinə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Nadir qızı şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X1 xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyası Saratov vilayətinin Azinski rayonunun Sniqorski qəsəbəsində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi müraciətində göstərmişdir ki, X4 həyat yoldaşı olmuş, xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyası Saratov vilayətinin Azinski rayonunun Sniqorski qəsəbəsində vəfat etmiş, yaşadığı qəsəbə qəbristanlığında dəfn edilmişdir. Mərhum həyat yoldaşı X1 ölüm faktı qeydiyyat orqanında qeyd edilməmişdir. Hazırda miras qalmış əmlaka vərəsəlik işi açılması ilə bağlı mərhum həyat yoldaşı X1 ölüm haqqında şəhadətnaməsi tələb olunur. Maraqlı şəxsnə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Qeyd olunan faktı başqa cür əldə edə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxır. Məhkəmə iclasında iştirak edən Ərizəçi Nadir qızı ərizəsinə uyğun izahat verərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Maraqlı şəxs tərəfindən Ərizəçi Nadir qızına ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1101 №li məktubda X1 ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edildikdən sonra ona ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olduğu bildirilmişdir. Yevlax şəhər 28 Aprel qəsəbə sovetliyi tərəfindən xx.xx.1974-cü il tarixdə verilmiş A3 239978 №li nikah haqqında şəhadətnamədən görünür ki, X4 ilə Ərizəçi Nadir qızı arasında bağlanmış nikah 1974-cü ilin yanvar ayının 08-ci günündə akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada isə Əliyeva soyadı verilmişdir. Yevlax şəhəri İcra Hakimiyyəti Başçısının Aran qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəli tərəfindən verilmiş 499 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi həqiqətən də Yevlax rayonu, Aran qəsəbəsində yaşayır və mərhum əri X4 xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasında vəfat etmiş və Rusiya Federasiyasında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 və X6 ifadələrində ərizəçinin övladları olduqlarını, atası X1 Rusiyada yaşadığını və xx.xx.2013-cü il tarixdə orada vəfat etdiyini və mərhumun yaşadığı qəsəbədə dəfn edildiyini, yas mərasiminin burada Aran qəsəbəsində keçirildiyini bildirmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 və X2 ifadələrində ərizəçinin onların qonşusu və həmkəndlisi olduğunu, X1 xx.xx.2013-cü ildə Rusiyada öldüyünü və orada dəfn olduğunu, habelə yas mərasiminin Yevlax rayonu Aran qəsəbəsində keçirildiyini, həmin mərasimdə iştirak etdiklərini bildirmişdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin və şahid ifadələri, habelə digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, xx.xx.1946-cı ildə Ermənistan SSRi, Basarkeçər rayonunda doğulmuş X4 xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyası Saratov vilayətinin Azinski rayonunun Sniqorski qəsəbəsində ölmüş, həmin tarixdə sözügedən qəsəbədə dəfn olunmuşdur. Ərizəçi Nadir qızı həyat yoldaşının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, ərizə təmin edilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1946-cı ildə doğulmuş X1 xx.xx.2013-cü il tarixdə Rusiya Federasiyası Saratov vilayətinin Azinski rayonunun Sniqorski qəsəbəsində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölümün müvafiq icra orqanında qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1484/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1484/2023
21.06.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver