Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-1485/2023 22.06.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X5, Ərizəçi4 Abdulxalıq qızının, X1 və X3 mirasın qəbul edilmə tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Rəsmiyyə Səlimova, Ərizəçi4, Dilarə Səlimova, Lalə Səlimova, maraqlı şəxs olaraq Yevlax rayon 1 saylı Notariat Ofisini qeyd etməklə, ərizə ilə məhkəməyə müraciət edərək, valideynləri X6 və X2 miras qalmış əmlaklarına Yevlax rayonu Qaramanlı kəndində yerləşən X4 mülkiyyətində olmuş 3.3970 ha torpaq sahəsinə və torpağın mülkiyyətə verilməsinə dair JN-110B KOD 90107018, o cümlədən JN-110 A KOD 90107018 nömrəli şəhadətnamə ilə valideynlərinə məxsus 0,30 ha torpaq sahəsinin 2/17 hissəsində mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi1 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin müəyyən edilmişdir ki, Ərizəçi1 digər ərizəçilər Ərizəçi2 və Rəsmiyyə Səlimovanın adından ərizəni imzalasa da, bu səlahiyyətlərini təsdiq edən etibarnaməni, habelə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş və bu çatışmamazlığı aradan qaldırmamışdır. Mülki Prosessual Məcəllə: Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, X5, Ərizəçi4 Abdulxalıq qızının, X1 və X3 mirasın qəbul edilmə tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1485/2023
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-1485/2023
22.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver