Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1489/2024 15.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Cavid Faiq oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktına dair ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs olaraq Yevlax 1 saylı Notariat ofisini qeyd etməklə, Yevlax Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, valideynləri anası X26, X2ndan miras qalmış Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 424 nömrəli qərarına əsasən 0,65 ha torpaq sahəsi və X2 ilə birgə nikahda olduğu ərəfədə Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən həyətyani torpaq sahəsi olaraq 0,27 ha torpaq sahəsinə və valideynlərinin digər miras əmlakını qəbul etdiyini nəzərə alaraq həmin mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və həmin əmlaklara tam şəkildə payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, sonradan iddianın həcminin azaldılmasına dair ərizəsində iddia tələbinin mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun anası X26 xx.xx.2018-ci il tarixidə vəfat etmişdir. Anası vəfat etdikdən onun adına Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 424 nömrəli qərarına əsasən 0,65 ha torpaq sahəsi olmuşdur. Eləcədə X2 ilə birgə nikahda olduğu ərəfədə Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarına əsasən həyətyanı torpaq sahəsi olaraq 0,27 ha torpaq sahəsi mülkiyyətində olmuşdur. Anası xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. X2 1985-ci ildə vəfat etmişdir. O, yeganə vərəsədir ki, bütün mirası orada yaşamaqla idarə etmişdir. Hər iki torpaq sənədi ilə ona verilmiş torpaqlar onun sərəncamındadır. Ata və anasının vərəsələri X35, X9, X27, X28, X18, Həsənova, Şəmsiyyə Surxay qızı və Ərizəçi qeyd edilən vərəsələr valideynlərindən qalan mirası istəmirlər. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə baxışı zamanı ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs, Yevlax rayon 1 saylı Notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, notariat kontorunun nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutları tədqiq edərək, ərizəçinin nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Notariat kontorunun xüsusi notariusu Tamaşa Atakişiyeva tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2023-cü il tarixli 593/2023 saylı məktubda qeyd edilir ki, 22 sentyabr 2018-ci il tarixdə vəfat etmiş Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatda olmuş anası X10 qalmış miras əmlaka mirasın qəbulu faktı vaxtında rəsmiləşdirilməsinə baxmayaraq, adına vərəsəlik haqqında şəhadətnamə verməyi xahiş etməyi barədə ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Onun mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Mirasın qəbul edilməsinə dair müddətin tərəfindən ötürüdüyünə görə onun uzadılması və miras əmlakın bölüşdürülməsi üçün müvafiq rayon məhkəməsinə müraciət edilməsi xahiş olunur. JN-0018 KOD 90108018 №-li “torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, X19 Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 424 saylı qərarı ilə Yevlax rayonu Malbinəsi kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,65 ha torpaq sahəsi verilmişdir. JN-405F KOD 90108018 №-li “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, X19 və Ərizəçi Yevlax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 424 saylı qərarı ilə Yevlax rayonu Malbinəsi kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı 0,27 ha torpaq sahəsi verilmişdir. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının Malbinəsi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İ 954081 №-li, ölüm haqqında şəhadətnamədən görünür ki, X26 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Yevlax rayonu Malbinəsi kənd sovetliyi tərəfindən xx.xx.1985-ci il tarixdə verilmiş İİ- ЖГ 407636 №-li, ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. Güllücə kənd sovetliyi tərəfindən xx.xx.1956-cı il tarixdə verilmiş İ-ИE № 262357 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X26 arasında bağlanmış nikah 1956-cı ilin aprel ayının 09-cu günündə akt qeydləri kitabında 9 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyeva, arvada isə Əliyeva soyadı verilmişdir. Yevlax rayonu Malbinəsi kənd sovetliyi tərəfindən xx.xx.1986-cı il tarixdə verilmiş Xİ-ЖГ 432439 №-li, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1957ci il təvəllüdlü X20 X2 anası X21r. Yevlax rayonu Malbinəsi kənd sovetliyi tərəfindən xx.xx.1962-ci il tarixdə verilmiş AЗ 307259 №-li, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X5 X2 anası X21r. Yevlax rayonu, Malbinəsi kənd inzibati nümayəndəliyi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş AZ-T № 570504 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X29 ilə X22 arasında bağlanmış nikah 1982-ci ilin dekabr ayının 20-ci günündə akt qeydləri kitabında 57 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada isə Hüseynova soyadı verilmişdir. Yevlax rayonu Malbinəsi kənd sovetliyi tərəfindən xx.xx.1966-cı il tarixdə verilmiş AЗ ******* №-li, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1966-ci il təvəllüdlü X14 X2 anası X21r. Yevlax rayonu Malbinəsi kənd sovetliyi tərəfindən xx.xx.1964-cü il tarixdə verilmiş AЗ 720726 №-li, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü X15 X2 anası X21r. Yevlax rayonu Malbinəsi kənd sovetliyi tərəfindən xx.xx.1972-ci il tarixdə verilmiş İ- ЖГ 296837 №-li, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X6 X2 anası X21r. Yevlax rayon İcra Hakimiyyəti Başçısının Malbinəsi kənd inzibati nümayəndəliyi tərəfindən xx.xx.1993-cü il tarixdə verilmiş V-ЖГ № 449109 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X30 ilə X23 arasında bağlanmış nikah 1993-cü ilin noyabr ayının 06-cı günündə akt qeydləri kitabında 35 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada isə Ağayeva soyadı verilmişdir. Yevlax rayonu Malbinəsi kənd sovetliyi tərəfindən xx.xx.1970-ci il tarixdə verilmiş AЗ ******* №-li, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü X4 X2 anası X21r. Yevlax rayon Malbinəsi kənd sovetliyi tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş V- ЖГ № 423996 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X16 ilə X11 arasında bağlanmış nikah 1991-ci ilin aprel ayının 08-ci günündə akt qeydləri kitabında 16 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Həsənov, arvada isə Həsənova soyadı verilmişdir. X35 tərəfindən xx.xx.2023-cü il tarixdə notariat ofisində vermiş ərizədən görünür ki, anası X26 xx.xx.2018-ci il tarixdə vəfat etmiş ondan miras qalmış əmlaklarına dair vərəsəliyi faktiki qəbul etməmiş, etmək fikrindədə deyildir. X9 tərəfindən xx.xx.2023-cü il tarixdə notariat ofisində vermiş ərizədən görünür ki, anası X26 xx.xx.2018-ci il tarixdə vəfat etmiş ondan miras qalmış əmlaklarına dair vərəsəliyi faktiki qəbul etməmiş, etmək fikrindədə deyildir. X27 tərəfindən xx.xx.2023-cü il tarixdə notariat ofisində vermiş ərizədən görünür ki, anası X26 xx.xx.2018-ci il tarixdə vəfat etmiş ondan miras qalmış əmlaklarına dair vərəsəliyi faktiki qəbul etməmiş, etmək fikrindədə deyildir. X28 tərəfindən xx.xx.2023-cü il tarixdə notariat ofisində vermiş ərizədən görünür ki, anası X26 xx.xx.2018-ci il tarixdə vəfat etmiş ondan miras qalmış əmlaklarına dair vərəsəliyi faktiki qəbul etməmiş, etmək fikrindədə deyildir. X12 tərəfindən xx.xx.2023-cü il tarixdə notariat ofisində vermiş ərizədən görünür ki, anası X26 xx.xx.2018-ci il tarixdə vəfat etmiş ondan miras qalmış əmlaklarına dair vərəsəliyi faktiki qəbul etməmiş, etmək fikrindədə deyildir. X18 tərəfindən xx.xx.2023-cü il tarixdə notariat ofisində vermiş ərizədən görünür ki, Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatda olmuş mərhum anası X26 xx.xx.2018-ci il tarixdə vəfat etmiş və onun tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilən müddət ötürülmüşdür, onun ölümdən sonra qalmış mirası nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq və faktiki nədə ərizə ilə qəbul etməmiş, mirasın tərkibinə daxil olan əmlakları istifadə və idarə etməmiş, buna görə də öz vərəsəlik hüququnu rəsmiləşdirmək və miras əmlakdan pay almaq niyyətində deyildir. Yevlax rayon Qeydiyyat Şöbəsinin 13/09/İS/060780-24 №-li, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2018-ci ilədək daxil edilmiş bütün xx.xx.1937-ci il təvəllüdlü X26 (xx.xx.2018-ci il tarixdə vəfat etmiş) və ailə üzvləri barədə məlumatlar belə qeyd olunmuşdur; həyat yoldaşı xx.xx.1924-cü il təvəllüdlü X8 (vəfat etmiş), qızı xx.xx.1962-ci il təvəllüdlü X9, oğlu xx.xx.1964-cü il təvəllüdlü X28, oğlu xx.xx.1966-cı il təvəllüdlü X27, oğlu xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi, qızı xx.xx.1970-ci il təvəllüdlü X7, qızı xx.xx.1972-ci il təvəllüdlü X18, və oğlu xx.xx.2003-cü il təvəllüdlü X24r. Yevlax rayon Qeydiyyat Şöbəsinin 13/09/İS/060782-24 №-li, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1985-ci ilədək daxil edilmiş bütün xx.xx.1924-cü il təvəllüdlü X8 (xx.xx.1985-ci il tarixdə vəfat etmiş), və ailə üzvləri barədə məlumatlar belə qeyd olunmuşdur; həyat-yoldaşı xx.xx.1937-ci il təvəllüdlü X26 (vəfat etmiş), qızı xx.xx.1962-ci il təvəllüdlü X9, oğlu xx.xx.1964-cü il təvəllüdlü X28, oğlu xx.xx.1966-cı il təvəllüdlü X27, oğlu xx.xx.1968-ci il təvəllüdlü Ərizəçi, qızı xx.xx.1970-ci il təvəllüdlü X7, qızı xx.xx.1972-ci il təvəllüdlü X13r. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı:
10. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1.Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlarla təsdiq olunur ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsindən JN-0018 KOD 90108018 №-li dövlət aktına əsasən Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 0.65 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsindən JN-405F KOD 90108018 №-li şəhadətnaməsinə əsasən Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 0.27 ha fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi X17 və Ərizəçi mülkiyyətinə verilmişdir. Ərizəçi müvafiq olaraq mərhumun övladı olmaqla Elmira Əliyevanın varisi olmuş və sonuncu, xx.xx.2018-ci il tarixdə öldükdən sonra ondan miras qalmış əmlakı (torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsindən JN-0018 KOD 90108018 №-li dövlət aktına əsasən Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 0.65 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsindən JN-405F KOD 90108018 №-li şəhadətnaməsinə əsasən Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 0.27 ha fərdi yaşayış evinin həyətyanı torpaq sahəsini) birinci növbə vərəsə kimi həmin miras əmlakdan istifadə etməklə onu faktiki olaraq qəbul etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, dinləyib, iş üzrə sübutları nəzərdən keçirərək belə qənaətə gəlir ki, digər sübutları təkzib edən, onların mötəbərliyini sübut növü kimi şübhə altına alan hallar müəyyən edilmədiyindən həmin ifadələr mötəbər sübut kimi qəbul edilməlidir. Ərizədə qeyd edilən faktın təsdiq edilməsi iddiaçaya vərəsəlik haqqında şəhadətnamənin alınması üçün gərəkdir, miras əmlakın qəbul edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət də keçdiyindən və bu müddətin uzadılması imkanı da itirildiyindən ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməz və bu faktın qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsindən JN-0018 KOD 90108018 №-li dövlət aktına əsasən Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 0.65 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsindən JN-405F KOD 90108018 №-li şəhadətnaməsinə əsasən Yevlax rayonu, Malbinəsi kəndində yerləşən 0.27 ha fərdi yaşayış evinin həyətyanı torpaq sahəsi övladı Ərizəçi tərəfindən qəbul edilməsi faktı təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəs ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Kamil Əliyev