Məhkəmə qərarları › İş №2(039)-152/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-152/2021

12.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-152/2021 12.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh Calal oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Calal oğluna qarşı cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılmasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Calal oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən zəbt edilmiş ona məxsus 0,44 hektar torpaq sahəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yevlax rayon Balçılı kəndində yerləşən 0,44 ha torpaq sahəsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX ******* nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsinə cavabdeh qanunsuz yiyələnmişdir. Ona bu barədə məlumat versə də, heç bir nəticə olmamışdır. Həmin torpaq sahəsi tam qanuni əsaslarla ona məxsusdur. Torpaq sahəsinin planı və ölçüsünə əsasən Yevlax rayonu Balçılı kəndində yerləşən 0,44 ha torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Cavabdehin həmin torpaq sahəsində yerləşməsi barədə heç bir sənədi yoxdur. Sadəcə həmin torpaq sahəsini zəbt edibdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh Calal oğlu iddia tələbini qəbul etmədiyini və iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Yevlax rayonu Balçılı kəndində 0,44 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı, X1, X2 və X4 adlarına daşınmaz əmlakın dövlət reyestrində müvafiq olaraq 120 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini müəyyən etmək üçün mütəxəssis rəyinin alınması qərara alınmışdır. Mütəxəssis rəyinin alınması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2021-ci il tarixli rəyindən görünür ki, İddiaçı məxsus torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyini bildirsə də, iddiaçı bu halı təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmiş, ekspert rəyi və iş materialları ilə də bu hal öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ekspertiza tədqiqatını dəyəri 95 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçıdan tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Calal oğluna qarşı cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılmasına dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 95 manat iddiaçıdan alınaraq “Kadastr və X3 Mərkəzi” MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar