Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1551/2024 17.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi» haqqında ərizəsi üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı «şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı X5 icraatında olan 27 aprel 2019-cu il tarixli HK-1/658 nömrəli material üzrə qəbul edilmiş 07 may 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında qohumluq əlaqələrini itirmiş X1 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə ünvanlayaraq, Yevlax rayon Polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı X5 icraatında olan 27 aprel 2019-cu il tarixli HK-1/658 nömrəli material üzrə qəbul edilmiş 07 may 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar əsasında qohumluq əlaqələrini itirmiş X1 itkin düşmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək izah etdi ki, X3 onun həyat yoldaşıdır. 35 ildir ki, harada olmağından məlumatı yoxdur. Ərizəçi məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı orqan Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə iştirakları olmadan baxaraq, qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Rizvanı 30 ildir görmür. Ondan heç bir xəbər yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək göstərdi ki, ərizəçi onun qonşusudur. Rizvan ərizəçinin həyat yoldaşıdır. Uzun müddətdir ki Rizvandan xəbər yoxdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs 02 may 2024-cü il tarixli 1156 saylı məktubundan məlum olur ki, Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 20 yanvar 1981-ci il tarixli ll-JQ 413648 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X3 ilə X4 arasında 20 yanvar 1981-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-nin 07 may 2019-cu il tarixli HK-1/658 saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, Ərizəçi X1 axtarışı ilə bağlı polisə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-nin 15 iyul 2024-cü il tarixli 3-13-117/2-11790/24 saylı məktubundan məlum olur ki, X1 xəbərsiz itkin düşməsi və ya axtarışda olması barədə Yevlax RPŞ-də hər hansı bir məlumat yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHB-nın 1 nömrəli sahə İƏD-si üzrə nümayəndəliyi tərəfindən 01 iyul 2024-cü il tarixdə verilmiş 5-9- 1/2-405/2024 saylı məktubundan məlum olur ki, X1 itkin düşməsi barədə nümayəndəlikdə heç bir məlumat yoxdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X3 yaşadığı Yevlax şəhəri, E.Ağayev küçəsi 4 saylı evdən çıxıb getmiş, indiyədək onun barəsində heç bir məlumat yoxdur. X1 barəsində yerli icra hakimiyyəti orqanlarında da (Yevlax RPŞ-də, Yevlax şəhəri 1 nömrə icra nümayəndəliyində) hər hansı bir məlumat yoxdur. X3 olmadığından və onun harada olması barədə rəsmi sənəd olmadığına görə onun övladlarının sosial hüquqlarının həyata keşirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən Əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 40.2-ci maddəsinə əsasən İtkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 312-ci maddəsinə əsasən Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 314.1-ci maddəsinə əsasən Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 315.1-ci maddəsinə əsasən Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə məhkəmə qətnaməsi itkin düşənin əmlakının idarə olunması üçün müvafiq icra hakimiyyəti orqanının müqavilə bağladığı şəxsə verilməsi üçün (zəruri halda daimi idarə üçün) əsasdır. Ona görə də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 19 iyul 1952-ci il tarixdə anadan olmuş X3 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 315.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19 iyul 1952-ci il tarixdə anadan olmuş X3 xəbərsiz itkin düşmüş hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1551/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1551/2024
17.07.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver