Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1552/2020 10.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi Nümayəndə və vəkili Məmmədov Fərhad Möhübbət oğlunun Cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 ona aid olan əşyaları ilə birlikdə mülkiyyətində olan Yevlax şəhəri, Yeni Yevlax küçəsi ev 5/14 saylı mənzildən çıxarılmasına dair dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, oğlu İddiaçı Yevlax şəhəri, Yeni Yevlax küçəsi ev 5, mənzil 14-dün mülkiyyətçisidir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* saylı xx xxxxxxxx 2016-cı il tarixli çıxarışı vardır. Həmin mülkiyyət sənədinə əsasən Yeni Yevlax küçəsi ev 5, mənzil 14, ********** qeydiyyat nömrəsi ilə xx xxxxxxxx 2016-cı il tarixindən onun əmlakıdır. Bu prosseslərə qədər isə həmin əmlak ona mülkiyyəti olmuş, bu mülkiyyət xx xxxxxxx 2004cü il tarixində 735 saylı qeydiyyat vəsiqəsi ilə onun mülkiyyəti olmuşdur. O, həmin əmlakı xx xxxxxxxx 2016-cı il tarixində Daşınmaz Əmlakın bağışlanma müqaviləsi ilə rəsmi qaydada oğluna bağışlamışdır. Bu səbəbdən də Rəşad mübahisələndirilən əmlakın qanuni mülkiyyətçısı olaraq evində yaşayan X4 oğlunun evindən ona məxsus əşyaları ilə birlikdə çıxarılmasını istəyir. Cavabdeh oğluna məxsus əmlakda yaşamaqla bərabər, ona qarşı son dərəcə amansız rəftar edir. Yaşlı və xəstə mütamadi olaraq gərgin vəziyyətdə saxlayır. Onun qanunsuz hərəkətləri ucbatından o, evdə yaşaya bilmir. Bu hal o dərəcə də dözülməz hal alıb ki, o hər gün ağlayaraq kömək istəyir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili Məmmədov Fərhad Möhübbət oğlu məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, Nümayəndə mərhum oğlu X10 ilə ailə qurduqdan sonra həmin evə gəlin köçmüşdür. Həyat yoldaşı xx xxxx 2016-cı il tarixdə vəfat etmişdir. O gündən qaynanası ilə münasibətləri korlanmışdır. Hazırda qaynanası onu evdən çıxarmaq istəyir. Onun başqa yaşayış yeri yoxdur. Azərlə birgə nikahlarından bir uşağı var və həmin uşağı 18 yaşına qədər həmin evdə böyütmək istəyir. Uşaq böyüyəndən sonra özü həmin evdən çıxacaqdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2016-cı il tarixli AZ-l 810992 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X10 xx xxxx 2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən ********** qeydiyyat nömrəli xx xxxxxxxx 2016-cı il tarixli çıxarışın surətindən məlum olur ki, Yevlax şəhəri, Yeni Yevlax küçəsi ev 5, mənzil 14 İddiaçı məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxxx 2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən məlum olur ki, Yevlax şəhəri, Yeni Yevlax küçəsi ev 5, mənzil 14 Nümayəndə İddiaçı bağışlamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2013-cü il tarixli AZ-l 903692 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X10 ilə X4 arasında xx xxxxxx 2013-cü il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 4 saylı Mənzil İstismar sahəsinın xx xxxxxx 2020-ci il tarixli 201 saylı arayışından məlum olur ki, X1 rayonu, Yuxarı Qarxun kəndində qeydiyyatda olmasına baxmayaraq, faktiki olaraq, hal-hazırda Yevlax şəhəri, Yeni Yevlax küçəsi ev 5, mənzil 14-də yaşayır. Məhkəmədə aydın oldu ki, iddiaçının mərhum qardaşı X10 ilə cavabdeh X4 xx xxxxxx 2013-cü il tarixdə rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Cavabdeh Yevlax şəhəri, Yeni Yevlax küçəsi ev 5, mənzil 14-də köçərək orada yaşamışdır. X10 xx xxxx 2016-cı il tarixdə vəfat etmişdir. Həmin mənzili isə Nümayəndə xx xxxxxxxx 2016-ci il tarixdə İddiaçı bağışlamışdır. İddiaçı qanunla müəyyən edilmiş qaydada həmin mənzili adına rəsmiləşdirmişdir. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehin evdən çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin l və ll hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mübahisəli mənzildən istifadə ilə əlaqədar tərəflər arasında mübahisəli hüquq münasibətinin 2013-cü ildə yaranması ilə əlaqədar mübahisə xx xxxxxxx 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələblərinə uyğun həll edilməlidir. İş materiallarmdan görünür ki, X4 mübahisəli mənzilə onun mülkiyyətçisi olan iddiaçının mərhum qardaşının həyat yoldaşı kimi köçmüş və həmin maddələrin tələblərinə müvafıq olaraq mənzilə mülkiyyətçinin ailə üzvü kimi hüquq və vəzifələr əldə etmişdir. Belə olduqda, X4mübahisəli mənziləistifadə hüququna malik olmuş və iddiaçının mərhum qardaşı birgə nikahda olduğu dövrdə həmin hüquqlarındanistifadə etmişdir. Lakin, cavabdehin həyat yoldaşı vəfat etdikdən sonra onların ailə münasibətlərinə xitam verilmişdir. Qanunun həmin normasının məzmunundan göründüyü kimi mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildikdə keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Lakin, məhkəmə tərəfindən həmin maddədə göstərilən hallar nəzərə alınaraq keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququ müəyyən müddətə saxlanıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30.1Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.4 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə belə qənaətə gəlir ki, ailə münasibətlərinə xitam verildiyindən cavabdeh X2 İddiaçı məxsus Yevlax şəhəri, Yeni Yevlax küçəsi ev 5 mənzil 14-dən istifadə hüququ saxlanıla bilməz və həmin hüquqa xitam verilməlidir, lakin, iddiaçı tərəfindən cavabdehin yaşayış sahəsi əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə maddi imkanının olmasını təsdiq edən hər hansı bir sübut təqdim edilmədiyindən X2 həmin mənzildən istifadə hüququ müəyyən müddətə saxlanılmalıdır. Məhkəmə həmin müddəti müəyyən edərkən, X2 himayəsində xx xxxxxx 2013-cü il təvəllüdlü X6 olmasını da nəzərə alaraq belə qənaətə gəlir ki, azyaşlı uşağın hüquqlarının müdafiəsi baxımından X2 Yevlax şəhəri, Yeni Yevlax küçəsi ev 5 mənzil 14-dən istifadə hüququ bir il müddətinə saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X2 Yevlax şəhəri, Yeni Yevlax küçəsi ev 5 mənzil 14-dən istifadə hüququ 1 (bir) il müddətinə saxlanılsın. Müəyyən edilmiş müddət bitdikdə Yevlax şəhəri, Yeni Yevlax küçəsi ev 5 mənzil 14dən istifadə hüququna xitam verilməklə cavabdeh X4 ona aid olan əşyaları ilə birlikdə həmin mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-1552/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1552/2020
10.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver