Məhkəmə qərarları › İş №2(039)-1561/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1561/2020

09.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1561/2020 09.10.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X7, X5 və X3 qarşı cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsi və pasport qeydinin ləğvinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X7, X5 və X3 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi və onların pasport qeydinin ləğvinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 2 ünvanında yerləşən evin mülkiyyətçisidir və ailəsi ilə birlikdə faktiki olaraq həmin ünvanda yaşayır. Cavabdehlərin hazırda onun mülkiyyətində olan ünvanda pasport qeydiyyatında olsalar da, həmin ünvanda faktiki olaraq uzun müddətdir ki, yaşamırlar. Onların qeydiyyatı formal xarekter daşıyır. O, hazırda cavabdehlərin onun mülkiyyətində olan evdən istifadə hüquqlarına xitam verilməsi və pasport qeydinin ləğvini istəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi cavabdehlərə çatdırılması üçün Yevlax şəhər 1 saylı inzaibati ərazi dairəsi üzrə nümayəndəliyə göndərilmişdir. Ərazi nümayəndəliyinin məhkəməyə ünvanladığı məktubunda cavabdehlərin qeyd olunan ünvanda yaşamadığı və hansı ünvanda yaşaması barədə məlumatlarının olmaması bildirilmişdir. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, mülkiyyətində olan yaşayış evini xx xxxx 2020-ci il tarixdə alqı-satqı yolu ilə cavabdeh X1 almışdır. Digər cavabdehlər isə Mehparə Səfərovanın uşaqları olmaqla, evin satılması üçün notarial qaydada razılıq ərizəsi vermişlər. Lakin buna baxmayaraq bu vaxta qədər onlar ona məxsus evdən qeydiyyatdan çıxmamışlar və bu, bir mülkiyyətçi kimi onun hüquqlarını pozur. Qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçının izahatını dinləyib hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** №li, xx.xx.2020-ci il tarixli çıxarışından görünür ki, İddiaçı Yevlax şəhəri, F.X.Xoyski küçəsi 80 saylı evə və onun yerləşdiyi 0.0450 torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Yevlax rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, 195-158061-3220 saylı məktubundan görünür ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən mümkündür. İş materiallarına əlavə edilmiş Yevlax rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, 195-19937-1220 saylı məktubundan görünür ki, X11 xx.xx.2012-cü ildən, X9 xx.xx.2009-cu ildən və X8 xx.xx.2009-cu ildən ünvan 1 ünvanında pasport qeydiyyatındadırlar. İş materiallarında olan X8 ilə (satıcı) İddiaçı (alıcı) arasında bağlanmış AN-İ seriyalı ******* saylı, xx xxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsinindən görünür ki, satıcı ünvan 3 ünvanında yerləşən 6 otaqlı fərdi yaşayış evini alıcıya satmışdır. Müqaviləyə əsasən satıcı X8 xx.xx.2020-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürür. AN-İ seriyalı ******* saylı, xx xxxx 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə notariat işinin materiallarından görünür ki, digər cavabdehlər X15(X10) oğlu və X9, X3 məxsus və ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına razılıq vermişlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın; Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmişşəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, ünvan 3 saylı ev İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlərin həmin mənzilin iddiaçıya satılmasına razılıq vermişlər və mülkiyyətçisi ilə onların arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsinin şərti kimi notariat qaydasında təsdiqlənməli olan yazılı razılaşma bağlanmamışdır.Cavabdehlər hazırda faktiki olaraq həmin ünvanda yaşamır, cavabdehlər daimi yaşadığı yer üzrə qeydiyyata düşməmiş və hal-hazıradək iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildən cavabdehlərin istifadə hüququna xitam verilməsi barədə tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalması sonuncunun mülkiyyət hüququnu məhdudlaşdırır. Ona görə də cavabdehlərin mənzildən istifadə hüququnun olmadığının müəyyən edilməsi "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məqsədi baxımından iddiaçının tələbi əsasında cavabdehin səlahiyyətli dövlət orqanları tərəfindən iddiaçının mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 3 saylı evindəncavabdehlər-X6, X4 və X2 istifadə hüququna xitam verilməlidir. Göstərilənləri əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Yevlax şəhəri, F.X.Xoyski küçəsi, 80 saylı evində cavabdehlər- X6, X4 və X2 istifadə hüququna xitam verilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra, cavabdehlər- X6, X4 və X2 Yevlax şəhəri, F.X.Xoyski küçəsi, 80 saylı evdən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar