Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1569/2023 27.09.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı Bahyəddin qızının, Cavabdeh1 iştirakları ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsinə köçürülmə və istifadə hüquqlarının tanınması tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onların cavabdehlərə məxsus Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən yaşayış evinə köçürülməsi, həmin evdə istifadə hüququnun tanınması, yaşayış və yardımçı sahələrdən cavabdehlərlə birlikdə istifadə qaydalarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.1994-cü il tarixdə rəsmi olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.1995-ci il təvəllüdlü Nuranə, xx.xx.1997-ci il təvəllüdlü Aygün, xx.xx.1998-ci il təvəllüdlü Sevda və xx.xx.2004-cü il təvəllüdlü Murad adlı dörd uşaqları anadan olmuşdur. Ailəsində yüngül mübahisə olmuşdur. Həmin mübahisədən sonra o, məcbur qalıb ata evinə getmişdir. Lakin cavabdehlər onu həmin evə buraxmırlar. Həmin evə gəlin köçərək orada cavabdehlərlə birgə təsərrüfatı idarə etmişdir. Övladları da həmin evdə dünyaya gəlmişlər. Ona məxsus cehiz əşyaları da həmin evdədir. Özü də həmin evdə qeydiyyatdadır. Onun isə getməyə yeri yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia tələbini müdafiə etdiyini, birgə nikah dövründə 1994-cü ildən 2023-cü ilin əvvəllərinədək Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən yaşayış evdə fasiləsiz olaraq yaşamış və bu müddət ərzində də həmin evin təmir olunmasında, vəziyyətinin xeyli yaxşılaşdırılmasında iştirak etdiyini bildirmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı onun ailəsinə xəyanət etmiş, başqa-başqa kişilərlə oturub-durmaqla ailəsinə yaraşmayan hərəkətlərə yol verdiyindən onunla aralarında mübahisə olduğundan sonuncuya evə gəlməməsini bildirmiş, sonradan isə onu evə buraxmamışdır. Keçmiş arvadı hazırki iddiamı olan Zərifin başqa kişilərlə olan münasibətindən xəbəri olmamış yalnız kənd camaatı arasında gedən söhbətlərdən sonra bunu bilmiş, hətta sonuncu dəfə Zərifi izlədikdən sonra onun Ziya adlı şəxslə harasa getdiyinin şahidi olmuşdur. Ziyanın onun ailəsinin namusuna toxunması barədə Yevlax rayon polis şöbəsinə şikayət etsə də, sonuncunun əməlində cinayət olmadığından polis də tədbir görməmişdir. Zərif həmin araşdırma zamanı Ziya ilə intim münasibətdə olduğunu bildirmişdir. Bundan sonra boşanma ilə bağlı məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin 2(039)- 715/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçıdan boşanmışdır. Cavabdeh həmçinin izahatında bildirmişdir ki, iddiaçının iddia etdiyi Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən yaşayış evi nə onun, nə də digər cavabdeh olan anası Cavabdeh2 mülkiyyətində deyil, habelə həmin evin hər hansı çıxarışı (mülkiyyət sənədi) yoxdur. İddiaçının həmin evdə yaşadığı zaman evin təmir olunmasında iştirak etdiyini qeyd etmişdir. Bütün bunları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçı və cavabdehin izahatlarını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2023-cü il tarixli, MŞM/MT031/2023-00368 saylı arayışdan məlum olur ki, İddiaçı Bahyəddin qızı evdən istifadə hüququ ilə bağlı mediatora müraciət etmişdir. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.1994-cü il tarixdə verilmiş AZ-T №li 056762 nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X3 arasında bağlanmış nikah 1994-cü ilin fevral ayının 21-cı günündə akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada isə Qasımova soyadı verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 8713 saylı arayışdan görünür ki, İddiaçı Bahyəddin qızının Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatdına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada məumat yoxdur. Mingəçevir Regional “ASAN Xidmət” X2 05/09İS/122689-23 №-li, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə aid olan məlumatlar xx.xx.1975-ci il təvəllüldlü İddiaçı Bahyəddin qızı, xx.xx.1968-ci il təvəllüdlü əri Cavabdeh1, qızı xx.xx.1995-ci il təvəllüdlü X7, qızı xx.xx.1997-ci il təvəllüdlü X8, qızı xx.xx.1998-ci il təvəllüdlü X5 və oğlu xx.xx.2004-cü il təvəllüdlü X9. Yevlax rayonu Aşağı Salamabad kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, 274 saylı arayışdan görünür ki, İddiaçı Bahyəddin qızı həqiqətən də Yevlax rayonu Aşağı Salamabad kəndində qeydiyyatdadır. Yevlax rayonu Aşağı Salamabad kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, 271 saylı arayışdan görünür ki, Yevlax rayonu Aşağı Salamabad kəndində qeydiyyatda olan İddiaçı Bahyəddin qızı 1994-cü ilin fevral ayında ailə həyatı quraraq Aş.Salamabad kəndində gəlmişdir. İddiaçı Bahyəddin qızı 2022-ci ildə Aş.Salamabad kəndindən getmişdir. Məhkəmənin sorğusuna DƏDK və RPHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Yevlax rayonu Aşağı Salamabad kəndində Cavabdeh1 adına qeydiyyata alınmış əmlak aşkar edilməmişdir. Cavabdeh2 adına isə digər ailə üzvləri ilə birgə DT və XK-nin Yevlax rayon şöbəsi tərəfindən verilmiş JN-0045 nömrəli şəhadətnaməyə əsasən 2,25 ha sahəsi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-061F nömrəli şəhadətnaməyə əsaən isə 0,10 ha sahəsi olan həyətyanı torpaq sahəsi qeydə alınmışdır (iddiaçı və digər cavabdeh sözügedən əmlaklarda mülkiyyətçilər sırasına daxil deyil); Yevlax Rayon Məhkəməsinin 2(039)-715/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında Yevlax rayon Aşağı Salamabad kənd sovetində 21 fevral 1994-cü il tarixdə bağlanmış nikah pozulması qət edilmişdir. Beləliklə, Məhkəmə tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, İddiaçı 21 fevral 1994-cü il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha girərək, həmin tarixdən Yevlax rayonu Aşağı Salamabad kəndində yerləşən cavabdehin mərhum atası Qasım Qasımovun və digər Cavabdeh2 və digərilərinin mülkiyyətində olan (Məhəməmməd Qasımov həmin torpaq sahəsinin mülkiyyətçiləri sırasına daxil deyil) sahəsi 0,10 ha olan həyətyanı torpaq sahəsində inşa edilmiş özbaşına tikili hesab olunan fərdi yaşayış evinə gəlin köçmüş, cehiz əşyalarını həmin həmin evə gətirmiş, tərəflər arasında yaranan mübahisəyə qədər – 2023-cü ilin əvvəllərinədək həmin evdə fasiləsiz yaşayaraq hər iki cavabdehlə birgə təsərrüfat idarə etmiş, birgə nikah dövründə sözügedən evin təmirində, habelə şəraitinin xeyli yaxşılaşdırılmasında iştirak etmiş, sonradan ailəsində yaranmış mübahisə nəticəsində həmin evdən getmiş və geri qayıtmaq istədikdə isə Cavabdeh1 tərəfindən adıçəkilən evə buraxılmamış, Yevlax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 217.2-ci maddələrinə əsаsən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabr 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin müvafiq maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin müvafiq maddələrinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi, hazırki iş üzrə mübahisəli hüquq münasibəti 2000-ci ilə qədər yarandığından, habelə mübahisəli ev özbaşına tikili olduğundan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi və 01 oktyаbr 2009-cu il tаrixədək qüvvədə olmuş Azərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin 53-cü maddəsi hazırki işə tətbiq edilməlidir. 01 oktyаbr 2009-cu il tаrixədək qüvvədə olmuş Azərbаycаn Respublikаsı Mənzil Məcəlləsi: Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub: “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdehlər Konstitusiyanın 43-cü maddəsində nəzərdə tutulmuş qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması hаlındа bеlə Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan «heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz» məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı (mənzildə yaşamaq səlahiyyəti versə idi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada «heç kəs» və «yaşadığı» ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. «Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz» məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Əgər «heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz» məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci maddələrinə əsаsən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinad edərək məhkəmə hesab edir ki, mübahisəli ev özbaşına tikili olduğundan, tərəflərin birgə nikahda olduqları olan zaman birgə vəsaitləri hesabına həmin evdə müəyyən təmir tikinti işləri aparılaraq evin vəziyyəti xeyli yaxşılaşdırıldığından, iddiaçı cavabdehlərlə həmin evdə birgə yaşamaqla birgə təsərrüfat idarə etdiklərindən iddiaçının da mübahisəli yaşayış sahəsində cavabdehlərlə bərabər surətdə yaşamaq hüququ vardır. Cavabdehlər Konstitusiyanın yuxarıda qeyd olunan qadağanedici normasını pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Məhkəmə iddianın evdən istifadə hüququnun tanınması, yaşayış və yardımçı sahələrdən cavabdehlərlə birlikdə istifadə qaydalarının müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, hazırki iddia üzrə mübahisəli ev özbaşna tikili olduğundan, cavabdehlərin və digər hər hansı şəxsin həmin əmlak üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatından keçmədiyindən iddia bu hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Qasımova X6 rayonu, Aşağı Salamabad kəndində yerləşən fərdi yaşayış köçürülsün. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-1569/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1569/2023
27.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver