Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-157/2025 17.02.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı ödənilmiş xidmət haqqının geri qaytarılması tələbinə dair iddiası üzrə işə mülki işə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh MMC-yə və X3 qarşı ödənilmiş xidmət haqqının geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14 oktyabr 2023-cü ildə onunla hüquqi şəxs Cavabdeh MMC-nin icraçı direktoru X5 arasında xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə görə Samir Cəbrayılov (müqavilə üzrə icraçı) onun (iddiaçının) sifarişi əsasında müqavilənin 2.1-ci bəndində qeyd edilən xidmətləri göstərməyi, o (iddiaçı) isə icraçının xidmətlər göstərəsi üçün ona «Qiymətlərin razılaşması» protkolunda qeyd edilən məbləği ödəməyi müəyyən edilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişi əsasında aşağıdakı xidmətləri göstərir: -Yaşayış və qeyri-yaşayış sahələrinin dizaynı, tikintisi, yenidən qurulması, təmiri və s. Təmir-tikinti işləri; -Yaşayış və qeyri-yaşayış sahələrinin dizaynı, tikintisi, yenidən qurulması, təmiri ilə bağlı materialların satışı və s.; -Əlavə razılaşma ilə bu müqavilədə nəzərdə tutulmayan xidmətlər göstərmək; Müqavilənin tərkib hissəsi olan «Qiymətlərin razılaşması» protokoluna uyğun olaraq icraçının Sumqayıt şəhəri Saray qəsəbəsində Mobil tipli 24 kv.m A-fremo evi tikib ona (iddiaçıya) verməsi, qeyd edilən xidmətin dəyəri kimi ilkin ödəniş olaraq onun (iddiaçının) icraçıya 4000 (dörd min) manat, 10 ay üzrə aylıq ödəniş olan 300 (üç yüz) manat, ikinci ödəniş olaraq 2000 (iki min) manat ödəməyi nəzərdə tutulmuşdur. Müqavilənin 7.1-ci bəndinə əsasən müqavilə 14 oktyabr 2023-cü ildə qüvvəyə minir və 14 yanvar 2024-cü il tarixə kimi qüvvədə qalır. Müqavilənin 3.2-ci bəndinə görə sifarişçi işləri təhvil aldıqdan sonra ödənişi tam şəkildə 10 iş günü ərzində icraçıya ödəyir. 14 oktyabr 2023-cü ildə ilkin ödəniş olaraq 4000 (dörd min) manat pulu cavabdeh Samir Cəbrayılovaun kart hesabına köçürmüşdür. O (iddiaçı) müqavilə ilə üzərinə düşən öhdəliyi icra edərək ilkin ödənişi etsə də, cavabdehlər Sumqayıt şəhəri Saray qəsəbəsində Mobil tipli 24 kv.m A-fremo evi tikib ona (iddiaçıya) təhvil verməmişdirlər.Müqavilədən göründüyü kimi o (iddiaçı) işləri təhvil aldıqdan sonra ödənişi tam şəkildə ödəməli idi, lakin cavbdehlər evi tikib təhvil vermədikləri üçün ödənişi tam şəkildə ödəməyi mümkün olmamışdır. Cavabdehlər müqavilə üzrə üzərlərinə düşən öhdəliyi icra etmədikləri üçün cavabdehlərə tələbnamə ilə müraciət edib xidmət haqqı olaraq ödədiyi 4000 (dörd min) manat pulun ona (iddiaçıya) geri qaytarılmasını istəmişdir. Lakin müraciətinə cavab verilmədiyi üçün məsələ ilə bağlı olaraq aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət etmişdir. Qurum tərəfindən isə problemin zəruri həllinə görə Azərbaycan Respublikası Baş Prokurorluğuna müvafiq məktub ünvanlanmışdır. Eyni zamanda DİN aidiyyəti asayiş orqanına elektron qaydada da şikayət yazmış və ondan Abşeron rayon Polis İdarəsində izahat alınaraq, cavabdehdən pulun tezliklə tərəfinə (iddiaçıya) ödənilməsinin təmin ediləcəyi bildirilmişdir. May ayında isə məbləğdən sadəcə 1800 (bir min səkkiz yüz) manatı ona (iddiaçıya) qaytarılmışdır. Hər dəfə qalan pulunu tələb edərkən müxtəlif bəhanələrlə gözlədilmişdir. Mübahisənin danışıqlar yolu ilə həll edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Müqavilə üzrə tərəflər olaraq onlar öhdəlikləri müəyyən edib müqaviləni imzalamışlar. Müqavilə bağlandığı andan qüvvəyə minmiş və tərəflər üçün məcburi olmuşdur. O (iddiaçı) müqavilə ilə üzərinə düşən öhdəliyi icra etsə də, cavabdehlər öhdəliklərini yerinə yetirməmiş və müqavilə şərtlərini pozmuşdurlar. Cavabdehlər müqavilə tərəfi kimi hüquqlarından və imkanlarından sui-istifadə edərək, ona (iddiaçıya) zərər vurmaqla fayda əldə etməyə çalışmışlar. Cavabdehlər mülki qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdurlar. Cavabdehlər mülki qanunvericiliyə uyğun olaraq vicdansız sahib hesab edilirlər. Cavabdehlər ondan (iddiaçıdan) aldıqları pulun əvəzində evi tikib təhvil verməməklə onun (iddiaçının) mülkiyyəti hesabına əsassız varlanmışdırlar. Cavabdehlər müqavilə üzrə öhdəliyi pozduqları üçün ödədiyi 4000 (dörd min) maat pulu ona qaytarmalıdırlar. Bundan başqa, məbləğin qaytarılmasının gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz də cavabdehlərdən tutulub ona (iddiaçıya) ödənilməlidir. Eləcə də , məhkəmə xərcinə daxil olan çəkdiyi xərcin əvəzi də cavabdehlərdən alınaraq ona (iddiaçıya) ödənilməlidir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 385.2, 386.1, 389, 399, 405, 421, 423,1092.1, 157, 425, 437, 438, 441, 442, 443, 445.1, 447, 448, 449, 452, 454, 560, 21, 1115-ci maddələrinə istinad edərək, xidmət haqqı olaraq ödədiyi 2200 (iki min iki yüz) manat pulun, məbləğin qaytarılmasının gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik beş faizin və 42 (qırx iki) manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xidmət haqqı olaraq ödədiyi 2200 (iki min iki yüz) manat pulun, məbləğin qaytarılmasının gecikdirilməsinə görə gecikdirilmiş vaxt üçün illik beş faizin və 42 (qırx iki) manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxaralmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 382 saylı xidmət müqaviləsinin 1.2-ci bəndindən görünür ki, sifarişçi icraçının xidmətlərini göstərməsi üçün ona məbləği tərəflər arasında öncədən razılaşdırılmış olan «Qiymətlərin razılaşması protokolu»na əsasən ödəyir və bu müqaviləyə əsaslanaraq tərəflərin təyin edəcəyi hər bir əlavə tapşırığa (tapşırıqlara) görə tərəflər rəsmi olaraq bu müqaviləyə əlavələr «Qiymətlərin razılaşması protkolu» ilə müəyyən edilir. Həmin müqavilənin 4.1.1-ci bəndindən görünür ki, icraçı bu müqavilədə və bu müqaviləyə əlavə razılaşmalarda əks olunan xidmətləri müqavilədə nəzərdə tutulan müddət (müqavilənin qüvvədə olma) ərzində tam şəkildə yerinə yetirir. Həmin müqavilənin 4.1.2-ci bəndindən görünür ki, icraçı sifariş olunan xidmətlərin göstərilməsinin gecikdirilməsi və ya tapşırıqların dəyişdirilməsinə qərar vermək üçün xidmətlərin göstərilməsinə mane olan hər hansı vəziyyət barədə sifarişçiyə məlumat verir. Həmin müqavilənin 7.1-ci bəndindən görünür ki, bu müqavilə xx.xx.2023-cü il tarixdə qüvvəyə minir və xx.xx.2024-cü il tarixə kimi qüvvədə qalır. Həmin müqavilədən görünür ki, icraçı Cavabdeh MMC sifarişçi İddiaçı sifarişi əsasında Sumqayıt şəhəri Saray qəsəbəsində Mobil tipli A-fremo evin tikintisini, sifarişçi isə icraçının hesabına ilkin olaraq 4000 (dörd min) manat, 10 ay ərzində hər ay 300 (üç yüz) manat, 2-ci ödənişin isə 2000 (iki min) manat ödənilməsi barədə öhdəlik götürmüşlər. İşdə olan Cavabdeh MMC-nin nizamnaməsindən görünür ki, həmin cəmiyyətin təsisçisi X4r. İşdə olan Mpay ödəniş sisteminə aid xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, X1 hesabına 4000 (dörd min) manat ödənilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı Cavabdeh MMC ilə aralarında bağlanmış müqavilənin ləğv edilməsini və 4000 (dörd min) manat məbləğində vəsaitin ona geri qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respuölikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet səhifəsindən çıxarışdan görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1şdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 382 saylı xidmət müqaviləsinə əsasən icraçı Cavabdeh MMC sifarişçi İddiaçı sifarişi əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində Sumqayıt şəhəri Saray qəsəbəsində Mobil tipli A-fremo evin tikintisini, sifarişçi isə icraçının hesabına ilkin olaraq 4000 (dörd min) manat, 10 ay ərzində hər ay 300 (üç yüz) manat, 2-ci ödənişin isə 2000 (iki min) manat ödənilməsi barədə öhdəlik götürmüşlər. Bu məqsədlə İddiaçı həmin cəmiyyətin təsisçisi X2 hesabına ilkin olaraq 4000 (dörd min) manat ödəniş etmişdir. Lakin cavabdeh cəmiyyət müqavilə üzrə öhdəliyini icra etməmiş, müqavilə müddəti ərzində tikintisi razılaşdırılmış A-fermo evini inşa edərək sifarişçiyə təhvil verməmişdir. İcraçı cəmiyyət tərəfindən öhdəlik yerinə yetirilmədiyinə görə İddiaçı ilkin olaraq ödədiyi 4000 (dörd min) manat xidmət haqqını geri tələb etmiş, həmin məbləğdən 1800 (bir min səkkiz yüz) manatı ona qaytarılmış, qalan 2200 (iki min iki yüz) manat isə qaytarılmamışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, iddia 2200 (iki min iki yüz) manat tələbinə dair hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın 2200 manat pul vəsaitinə görə illik beş faizin cavabdehdən tutulması hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onunödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.2-ci maddəsinə əsasən bankuçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.3.-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasənona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdehdən xx.xx.2023-cü il tarixdən məhkəmə qətnaməsi qəbul edildiyi tarixədək, yəni 1 il 4 ay müddət üçün illik 5 faiz olmaqla 146.64 (bir yüz qırx altı manat altmış dörd qəpik) manat pul tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2200 (iki min iki yüz) manat, 1 il 4 ay müddət üçün illik 5% hesblanmaqla 146.64 (bir yüz qırx altı manat altmış dörd qəpik) manat, cəmi 2346.64 (iki min üç yüz qırx altı manat altmış dörd qəpik) manat və 42 (qırx iki) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-157/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-157/2025
17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver