Məhkəmə qərarları › İş №2(039)-1570/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-1570/2020

25.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-1570/2020 25.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Filipovnanın və nümayəndəsi X2 Cavabdeh iştirakı ilə İddiaçı Filipovnanın Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Filipovna Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu, Aeroport qəsəbəsində yerləşən «xxxxxxxxxxxxxxxxxxxxxxx» QSC «Azalaqro» Yevlax Aviasiya şirkətinin balansında və onun istifadəsində olan 3 nömrəli barak evdən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və onun öz əşyalar ilə birlikdə həmin mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Filipovna məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, cavabdeh onun oğlu Əvəz Qurbanovla ailə qurmuş və onun icarəsində olan «xxxxxxxxxxxxxxxxxxxxxxx» QSC «Azalaqro» Yevlax Aviasiya şirkətinin balansında olan evə köçmüşdür. Onların birgə nikahlarından Oqtay Qurbanov adlı bir övladları olmuşdur. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli qətnamsəsi ilə oğlu ilə Gülnarənin arasında olan nikah pozulmuşdur. Həmçinin Yevlax Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli qətnamsəsi ilə Gülnarənin onun icarəsində olan evə köçürülməsi də qət edilmişdir. X7 xx xxxx 2020-ci il tarixdə anasının ona baxmaması səbəbindən vəfat etmişdir. Hazırda cavabdehin yaşayış tərzi onları narahat edir. Cavabdeh evdə təmizliyə riayət etmir. Uşaq öldükdən sonra cavabdehin həmin evdə qalması mənasızdır. İddiaçı Filipovna məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı Filipovnanın nümayəndəsi X5 məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, sözgedən ev anasına icarəyə verilmişdir. Cavabdeh onunla ailəli olduğundan və birgə nikahlarından bir uşaqları olduğundan həmin mənzilə köçürülməsi qət edilmişdir. Hazırda birgə nikahlarından olan uşaq vəfat etmişdir. Cavabdehin həmin mənzildə qalması mənasızdır. İddiaçı Filipovnanın nümayəndəsi X5 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, Əvəz Qurbanovla ailəli olmuşlar və birgə nikahlarından Oqtay adlı bir övladları olmuşdur. Uşaq anadən olandan qüsurlu uşaq olmuşdur. Ailə münasibətləri baş tutmadığından ayrılmışlar. Məhkəmə qətnaməsi ilə onun övladı ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. Uşaq xəstə olduğundan vəfat etmişdir. Hazırda onun başqa yaşayış yeri yoxdur. Qətnamə ilə onun həmin evdə istifadə hüququ tanınmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli 2(039)-260/2009 saylı qətanməsinin surətindən məlum olur ki, «xxxxxxxxxxxxxxxxxxxxxxx» QSC «Azalaqro» Yevlax Aviasiya şirkətinin balansında olan cavabdeh İddiaçı Filipovnaya icarəyə verilmiş iki otaqlı 3 nömrəli evdən iddiaçı Cavabdeh və onun azyaşlı uşağı X3 istifadə hüququ tanınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli 2(039)-237/2009 saylı qətanməsinin surətindən məlum olur ki, X5 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(039)-1284/2019 saylı qətanməsinin surətindən məlum olur ki, iddiaçı Cavabdeh X4 qarşı «maneələrin aradan qaldırılması» tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 1259 saylı arayışından məlum olur ki, X6 xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmədə aydın oldu ki, iddiaçı Qurbanova X1 Qurbanovla Cavabdeh evlənmişlər. Onların birgə nikahlarında X6 adlı bir uşaqları olmuşdur. Ailə münasibətləri baş tutmadığında nikahları pozulmuşdur. Cavabdeh iddi ərizəsi ilə məhkəməyə müraciət etmiş və onun azyaşlı uşağı ilə birlikdə «xxxxxxxxxxxxxxxxxxxxxxx» QSC «Azalaqro» Yevlax Aviasiya şirkətinin balansında olan İddiaçı Filipovnaya icarəyə verilmiş iki otaqlı 3 nömrəli evdən istifadə hüququ tanınmışdır. X6 adlı uşaq xx xxxx 2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı cavabdehin istifadə hüququna xitam verilməsi və evdən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin l və ll hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin l hissəsinə əsasən, Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Ağalarovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyana və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxxxx 2007-ci il tarixli qərarında göstərilir ki, «…yaşayış sahəsindən istifadəyə xitam verilməsi məsələsi məhz yaşayış sahəsindən istifadə qaydasına aid olunan məsələlərdən biridir… Eyni zamanda, ailə üzvləri yaşadığı halda, onlardan birində mənzilə mülkiyyət hüququ, digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır… Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin». Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Yuxarıda qeyd olunan hallara qiymət verən məhkəmə hesab edir ki, cavabdehin istifadə hüququna xitam verilməsi hazırki bazar qiymətinə uyğun kompensasiya ödəməklə mümkündür. Cavabdehin istifadə hüququna kompensasya ödənilmədən xitam verilməsi mümkün deyildir. Odur ki, belə bir vəziyyətdə cavabdehin mübahisəli evdən istifadə hüququna xitam verilməsi cavabdehin mənzil hüquqlarını pozmuş olacaqdır. Həmçinin məhkəmə hesab edir ki, cavabdehin iddiaçının oğlu Əvəz Qurbanovla birgə nikahlarından olan övladının vəfat etməsi onun istifadə hüququna xitam verilməsi üçün əsas deyil. Cavabdehin həmin evdən istifadə hüququnun tanınması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə qət edilmişdir. Ona görə də İddiaçı Filipovnanın Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Filipovnanın Cavabdeh qarşı «istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar